Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2569

Əməkdar artist Adil Zeynalov vəfat edib

Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir.

Lənkəran Dövlət Dram Teatrının rejissoru, Əməkdar artist Adil Ağakərim oğlu Zeynalov 2020-ci il mart ayının 12-də ömrünün 60-cı ilində vəfat etmişdir.

Adil Zeynalov 1960-cı il fevralın 20-də Lənkəran şəhərində anadan olmuşdur.

1978-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakultəsinə daxil olmuş və 1983-cü ildə bitirmişdir.

1977-ci ilin sentyabr ayından Lənkəran Dövlət Dram Teatrında  səhnə  quraşdırıcısı vəzifəsində əmək fəaliyyətinə başlamış, 1983-cü ildən aktyor, 2002-ci ilin aprel ayından ömrünün sonunacan həmin teatrda quruluşçu rejissor vəzifəsində çalışmışdır.

2012-ci ildə milli teatr sənətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür.

Teatrda işlədiyi ötən müddət ərzində A.Zeynalov bir sıra yaddaqalan rollar yaratmışdır. Onlardan Müəllim (“Olanlardan-keçənlərdən” Ü.Hacıbəyov), Mahmud (“Piyada Mahmud” M.Kərim), Zahid (“Büllur sarayda” İ.Əfəndiyev), Lal (“Ölülər” C.Məmmədquluzadə), Qara Fedya (“Vicdanın hökmü” H.Mirələmov), Korifey (“Şah Edip” Sofokl), Neron (“Şeytanın oyunları” M.Xubai), Əflatun (“Sovqat” M.Məmmədov), Con (“Şeytan işığı” K.Nəzirli), Molla Həsənağa (“Ay lolo və ya moskvalı gəlin” H.Mirzə) kimi obrazlar aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindən sayılır.

A.Zeynalov rejissor kimi bir sıra əsərlərə quruluş vermişdir. Onlardan Q.Cəmşidinin “Hacı Kərimin aya səyahəti”, Ə.Səmədlinin “Toyda Çelentano oxuyur”, İ.Məlikzadənin “Gəl qohum olaq”, Ə.Nesinin “Üç yeriyən bədbəxtlik”, A.Abdullayevin “İnsan və şeytan”,  F.Mustafanın   “İlğım”, A.Babayevin “Kaloğlanın sərgüzəştləri”, B.Nuşiçin “Nazirin xanımı”, L.Korsinskinin “Kələkbaz”, Y.Əzimzadənin “Nəsrəddin”, H.Cavidin “Ana”, S.S.Axundovun “Qaraca qız”, Elçinin “Mənim sevimli dəlim”,V.Səmədoğlunun “Mamoy kişinin yuxuları”, Süleyman və Həmdiyyə Latıpovların “Şah və əks-səda”, “Evlən, oğul, evlən” M.Məmmədovun “Sovqat”, “Əcnəbi kürəkən”, İ.Əfəndiyevin “Qəribə oğlan”, Ş.Başbəyovun “Dəmir qadın”, Ə.Əmirlinin “Köhnə ev”, H.Mirzənin “Ay lolo və ya moskvalı gəlin”, Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” və s. tamaşalarını göstərmək olar. 

A.Zeynalov həmçinin “Qətl günü”, “Durnalar qayıtdı”, “40-cı qapı”, “Susmuş vicdan” və s. filmlərdə müxtəlif xarakterli rollar ifa etmişdir.

A.Zeynalovun oynadığı “Olanlardan-keçənlərdən” (Ü.Hacıbəyov) və “Ölülər” (C.Məmmədquluzadə) tamaşaları hazırda Azərbaycan Dövlət Televiziyasının “Qızıl fondu”nda saxlanılır.

Adil Zeynalov Azərbaycan teatr sənətinin görkəmli sənətkarlardan biri idi. Amansız ölüm onu  aramızdan apardı.

Zaman keçəcək, lakin yaratdığı rəngarəng obrazlar və quruluş verdiyi tamaşalar gözəl sənət nümunələri kimi yaddaşlarda yaşayacaqdır.

Adil Zeynalovun əziz xatirəsi onu tanıyanların və sevənlərin qəlbində qalacaqdır.

Allah rəhmət eləsin!

XƏBƏRLƏR

25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!