Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
868

Xalq artisti Rafael Dadaşov son mənzilə yola salındı

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Xalq artisti, Prezident təqaüdçüsü Rafael Məlik oğlu Dadaşov 2020-ci il mart ayının 16-da, ömrünün 74-cü ilində vəfat edib.

Görkəmli sənətkar martın 17-də II Fəxri xiyabanda torpağa tapşırıldı.

Mərasimdə dövlət rəsmiləri, millət vəkilləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, mərhumun ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edirdi.

Jurnalistlərə açıqlama verən Mədəniyyət naziri Əbülfəs Qarayev Rafael Dadaşovun vəfatını Azərbaycan incəsənəti üçün böyük itki kimi səciyyələndirdi. Qeyd etdi ki, görkəmli aktyorun səhnədə və ekranda həyat verdiyi bir-birindən maraqlı obrazlar tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Rafael Dadaşovun yaratdığı sənət heç zaman dəyərini itirməyəcək, xatirəsi qəlblərdə əbədi yaşayacaq.

Nazir aktyorun ailə üzvlərinə, həmkarlarına və sənətsevərlərə başsağlığı verdi.

Qeyd edək ki, Rafael Dadaşov 1946-cı il yanvar ayının 4-də Zaqatala rayonunda anadan olub. 1972-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1976-cı ildən ömrünün sonunadək Akademik Milli Dram Teatrında çalışan aktyor bu sənət ocağının səhnəsində dünya və milli dramaturgiya nümunələri əsasında hazırlanmış tamaşalarda müxtəlif xarakterli yaddaqalan dramatik və tipik obrazlar yaradıb.

Rafael Dadaşov səhnədə qazandığı uğurları kinofilmlərdə də təkrarlamağa nail olub. Çəkildiyi “Var olun, qızlar”, “Yarımçıq qalmış serenada”, “Bəxt üzüyü”, “Mənim ağ şəhərim” bədii filmlərdə, həmçinin “Mehmanxana sahibəsi”, “Səni axtarıram”, “Bağışla”, “Yollar görüşəndə”, “Topal Teymur”, “Ordan-burdan”, “Mənim günahım”, “Göz həkimi” və s. televiziya tamaşalarında aktyor ustalığını nümayiş etdirərək tamaşaçıların rəğbətini qazanıb.

Yaradıcılıq uğurları yüksək qiymətləndirilən sənətkar 1987-ci ildə “Əməkdar artist”, 2006-cı ildə “Xalq artisti” fəxri adlarına, 2019-cu ildə “Şöhrət” ordeninə layiq görülüb. 2008-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.

Allah rəhmət eləsin.

 

XƏBƏRLƏR

26.03.2020 17:38
Əməkdar rəssam Rəşid Həsənov (Şerif) vəfat edib
26.03.2020 15:43
Mərkəzi İncəsənət məktəbində “Bizi birləşdirən mədəniyyət” layihəsinin çəkilişlərinə start verildi
26.03.2020 14:04
Milli İncəsənət Muzeyi onlayn iş rejiminə keçib
26.03.2020 14:01
“Yuğ” Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
25.03.2020 13:55
Teatr Xadimləri İttifaqı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
25.03.2020 13:42
“Bizi birləşdirən mədəniyyət” layihəsinə start verilir
23.03.2020 14:27
Əbülfəs Qarayev Mədəniyyət Nazirliyinin rəsmi facebook səhifəsi vasitəsilə ictimaiyyətə müraciət ünvanlayıb
23.03.2020 10:39
Muzeyləri onlayn ziyarət etmək imkanı yaradıldı
19.03.2020 17:38
Mədəniyyət naziri Novruz bayramı münasibətilə ölkəmizin mədəniyyət ictimaiyyətini təbrik edib
19.03.2020 14:12
“Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində Gəncə şəhəri haqqında videoçarx hazırlanıb
19.03.2020 13:51
Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki
18.03.2020 14:03
Mehriban Əliyeva: Əminəm ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik
18.03.2020 10:27
Azərbaycan musiqi tarixinin korifeyi - Xan Şuşinski
17.03.2020 16:59
Özbəkistanda Şah İsmayıl Xətainin anadilli “Divan”ının nadir və unikal nüsxəsi aşkar edilmiş və onun surəti əldə edilib
17.03.2020 13:58
Rafael Məlik oğlu Dadaşov