Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
44

Teatr Xadimləri İttifaqı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov AZƏRTAC-a bildirib ki, ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsi məqsədilə Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna bu gün ianə edilib.

Azər Paşa Nemətov teatr ictimaiyyəti və rəhbərlik etdiyi kollektivin üzvləri adından koronovirus pandemiyasından əziyyət çəkən insanlara şəfa diləyib, Azərbaycan vətəndaşlarının sağlam gələcəyi uğrunda virusla mübarizədə öz töhfəsini verən bütün insanlara təşəkkürünü bildirib: “Azərbaycan dövləti koronovirus pandemiyasının qarşısının alınması istiqamətində çox vacib və faydalı addımlar atıb, tədbirlər həyata keçirib. Dövlətimizin başçısının fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fondu bunun ən böyük bariz nümunələrindən biridir. Ölkəmizin Prezidenti və Birinci vitse-prezidentimiz böyük nümunə göstərərək bir illik əmək haqlarını bu fonda ianə etdilər. Biz də dəstək göstərməyi özümüzə borc bildik. Səhiyyə işçilərimiz, eyni zamanda digər əlaqədar qurumlar çox böyük fədakarlıqla bu pandemiyaya qarşı mübarizə aparırlar. Onların hər birinə öz minnətdarlığımızı bildiririk. İnanıram ki, bu xəstəlik tezliklə ölkəmizdən çəkilib gedəcək və həyatımız yenə öz məcrasına qayıdacaq, insanlar sağlam, xoşbəxt və qayğısız yaşayacaqlar”.

XƏBƏRLƏR

26.03.2020 17:38
Əməkdar rəssam Rəşid Həsənov (Şerif) vəfat edib
26.03.2020 15:43
Mərkəzi İncəsənət məktəbində “Bizi birləşdirən mədəniyyət” layihəsinin çəkilişlərinə start verildi
26.03.2020 14:04
Milli İncəsənət Muzeyi onlayn iş rejiminə keçib
26.03.2020 14:01
“Yuğ” Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
25.03.2020 13:42
“Bizi birləşdirən mədəniyyət” layihəsinə start verilir
23.03.2020 14:27
Əbülfəs Qarayev Mədəniyyət Nazirliyinin rəsmi facebook səhifəsi vasitəsilə ictimaiyyətə müraciət ünvanlayıb
23.03.2020 10:39
Muzeyləri onlayn ziyarət etmək imkanı yaradıldı
19.03.2020 17:38
Mədəniyyət naziri Novruz bayramı münasibətilə ölkəmizin mədəniyyət ictimaiyyətini təbrik edib
19.03.2020 14:12
“Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində Gəncə şəhəri haqqında videoçarx hazırlanıb
19.03.2020 13:51
Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki
18.03.2020 14:03
Mehriban Əliyeva: Əminəm ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik
18.03.2020 10:27
Azərbaycan musiqi tarixinin korifeyi - Xan Şuşinski
17.03.2020 16:59
Özbəkistanda Şah İsmayıl Xətainin anadilli “Divan”ının nadir və unikal nüsxəsi aşkar edilmiş və onun surəti əldə edilib
17.03.2020 16:19
Xalq artisti Rafael Dadaşov son mənzilə yola salındı
17.03.2020 13:58
Rafael Məlik oğlu Dadaşov