Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1025

Mədəniyyət Nazirliyi yeni layihəyə start verib

Hazırda ÜST tərəfindən COVID-19 xəstəliyinin pandemiya elan edilməsi, xəstəliyin dünya üzrə geniş̧ kütlə arasında yayılmasını nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində xüsusi rejimə keçilməsi ilə bağlı qərar qəbul edilmişdir. Bu baxımdan digər sahələrdə olduğu kimi mədəniyyətin online təbliği, insanlara evdə boş̧ vaxtlarının səmərəli təşkili üçün Mədəniyyət Nazirliyi “Yaradıcılığı evdə öyrən - özünü̈ kəşf et və bacarıqlarınla tanın” adlı yeni layihəyə start verib.

Layihə insanlara yeni bacarıqları kəşf etməyə və özünə əminlik hisslərini gücləndirməyə imkan yaradacaqdır.

Bu məqsədlə Nazirliyin “YouTube” kanalından, “Facebook”, “Instagram” səhifələrində maksimum istifadə olunmaqla adıçəkilən layihə həyata keçirilməkdədir.

Artıq layihəyə müxtəlif yaradıcı şəxslər qoşulmuşdur. Belə ki, hər biri 30-45 saniyəlik #yaradıcılığıevdəöyrən layihəsinə qoşulmaqla bağlı çağırış̧ videoları, eyni zamanda, aşıq musiqisini və müxtəlif yaradıcı şəxslərin sahələri üzrə maarifləndirici, təlim videolarını artıq Mədəniyyət Nazirliyinin sosial şəbəkələrində görmək mümkündür.

Həmçinin layihə çərçivəsində televiziya kanallarından birində hər gün təlim xarakterli "Yaradıcılığı evdə öyrən" verilişinin təşkili nəzərdə tutulmuşdur. Daha geniş̧ tamaşaçı kütləsini məlumatlandırmaq üçün bu veriliş efirdə olduğu vaxt bütün sosial şəbəkələrdə canlı olaraq nümayiş ediləcəkdir.

Veriliş̧ sadə formatda - bir aparıcı və bir qonağın iştirakı ilə hər gün 30-45 dəqiqə təşkil edilməklə bərabər, müxtəlif növlər üzrə maarifləndirmə prosesinə həsr olunacaqdır. Verilişə dəvət olunacaq sahələrinin peşəkarları olan qonaqlar ilk günlərdə sahə üzrə ilkin bilik və bacarıqların təlimini aparacaq, növbəti günlərdə isə təlimin növbəti mərhələləri, master klaslar nümayiş olunacaqdır.

Veriliş çərçivəsində qısa rubrikanın təşkili və Azərbaycanın görkəmli mədəniyyət xadimləri barədə maraqlı faktlar təqdim edilməsi də nəzərdə tutulmuşdur.

Bu layihə həm də uşaq və yeniyetmələrin xüsusi marağına səbəb olacaqdır. Çünki hazırda bütün dərnək və kursların keçirilməsi dayandırılmışdır. Eyni zamanda, evdə vaxtlarının səmərəli keçməsi üçün valideynlər də övladları ilə birgə yeni bacarıqlar əldə edə və bu bacarıqlarını daha da təkmilləşdirə biləcəklər. Layihə zamanı bütün təhlükəsizlik, gigiyenik qaydalara riayət edilməsi, nazirliyin aidiyyəti şöbələri ilə koordinasiya şəraitində həyata keçirilməsi nəzərə alınmışdır. Təşkilati məsələlər texnoloji imkanlardan (telefon, internet və s.) istifadə olunmaqla həll edilir.

Layihə çərçivəsində bu təlimlərdən əldə etdikləri bacarıqları videoya çəkərək "#yaradıcılığıevdəöyrən" həştəqi ilə paylaşan və nazirliyin rəsmi “Facebook” səhifəsini qeyd (tag) edənlərin ən çox bəyənilən ilk üç videonun sahiblərinə nümayiş etdirdikləri bacarıqlarına uyğun olaraq qiymətli hədiyyələr təqdim ediləcəkdir.

XƏBƏRLƏR

23.05.2020 17:48
"15 İyun - Milli Qurtuluş Günü"nə həsr olunmuş müsabiqə elan edilib
23.05.2020 17:33
Peşə etikasının yeni prinsipləri
23.05.2020 17:02
Beynəlxalq Muğam Mərkəzində gənc ifaçıların konserti təqdim edilib
23.05.2020 16:18
“Global message” adlı virtual sərgi keçirilib
23.05.2020 16:13
Beynəlxalq Muğam Mərkəzi "Qədim alətlərimiz" rubrikasından Şahrud aləti haqqında mühazirəni təqdim edib
22.05.2020 14:56
Seyid Əzim Şirvaninin qəzəllərinin özbək dilinə tərcüməsi başa çatıb
22.05.2020 14:32
“Koronavirus: yeni mədəni paradiqmalar” beynəlxalq videokonfrans
22.05.2020 10:31
“Qədim alətlərimiz” rubrikasından şahrud aləti haqqında mühazirə təqdim edilib
20.05.2020 18:56
Mədəni konsaltinq xidmətləri davam edir
20.05.2020 18:48
“Müsyo Jordan və dərviş Məstəli şah” tamaşası bu dəfə onlayn göstəriləcək
20.05.2020 15:10
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Kino Şurası yaradılıb
20.05.2020 14:42
“AZƏRBAYCANIM” III Respublika Uşaq Rəsm Festivalı çərçivəsində elan olunmuş müsabiqə üçün qeydiyyat başa çatıb
20.05.2020 10:53
Səsi və ifası ilə yaddaşlarda yaşayan Həqiqət Rzayeva
19.05.2020 17:49
Mədəniyyət Nazirliyində videokonfrans keçirilib
19.05.2020 12:37
Beynəlxalq Muğam Mərkəzindən növbəti canlı efir Xalq artisti Arif Babayevə həsr olunub
19.05.2020 11:26
“Minnətdarıq” adlı respublika rəsm müsabiqəsinə qeydiyyat yekunlaşıb
19.05.2020 11:19
Xalq şairi Rəsul Rza haqqında “Azərbaycanın novator şairi” adlı videoçarx təqdim edilib
18.05.2020 18:56
“Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik” mövzusunda onlayn beynəlxalq konfrans keçirildi
18.05.2020 18:11
Vikipediyada Laçın rayonu haqqında özbək dilində bölmə istifadəyə verilib
18.05.2020 18:07
Azərbaycan Dövlət Rəsm Qalereyası növbəti videokonfrans keçirib
18.05.2020 10:35
18 may - Beynəlxalq Muzeylər Günüdür
17.05.2020 15:37
Milli Kitabxana “Əbdürrəhim Bəy Haqverdiyev -150” adlı daycesti virtual rejimdə təqdim edib
15.05.2020 18:01
Quba rayon Tarix-Diyarşünaslıq Muzeyinin 85 yaşı tamam olur
15.05.2020 17:18
“Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik” adlı onlayn beynəlxalq konfrans təşkil olunacaq