Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
293

Bu gün görkəmli aktrisanın 75 yaşı tamam olur

Bu gün Azərbaycanın Xalq artisti, SSRİ Dövlət Mükafatı laureatı, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, “Şərəf” ordenli Şəfiqə Məmmədovanın doğum günüdür.

Bu gün görkəmli sənətkar 75 yaşını qeyd edir.

Azərbaycan tamaşaçısı onu “Bizim Cəbiş müəllim" filmində yaratdığı obrazla yaxşı tanıyır. Tamaşaçıların yaddaşında Cəbiş müəllimin arvadı kimi yaşayan obraz, heç şübhəsiz ki, bu, Şəfiqə xanımın ən yaxşı ekran işlərindən biridir. O, bu obrazı o qədər təbii və inandırıcı yaradıb ki, onun iştirak etdiyi epizodlara baxanda tamaşaçı film izlədiyini unudur, ağır müharibə illərində Bakı ailələrindən birinin qonağı olub mürəkkəb məişət, yaşam, düşüncə paradiqmalarını həmin illərin adamları ilə birgə yaşayır.

Şəfiqə Məmmədova 1945-ci ildə Dağıstanın Dərbənd şəhərində doğulub. 1968-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun Musiqili Komediya aktyorluğu fakültəsini bitirib.

1980-ci ildə Anarın “Şəhərin yay günləri” pyesinin tamaşasındakı Dilarə roluna görə Azərbaycan Dövlət mükafatına, Rasim Ocaqovun 1981-ci ildə çəkdiyi “İstintaq” filmindəki müstəntiqin arvadı obrazına görə isə SSRİ Dövlət mükafatına layiq görülüb.

1968-ci ildən Akademik Milli Dram Teatrının truppasına qəbul olunub. Aktrisa U.Şeksprin “Hamlet” (Gertruda), Aleksandr Şirvanzadənin “Nakam qız” (Sona), L.Tolstoyun “Canlı meyit” (Maşa), H.Cavidin “Xəyyam” (Sevda), C.Məmmədquluzadənin “Dəli yığıncağı” (Pırpız Sona) və s. pyeslərində cazibədar səhnə obrazları yaradıb.

Şəfiqə Məmmədovanın Akademik Milli Dram Teatrının səhnəsində ifa etdiyi obrazlar bu gün də yaddaşlardadır. Ş.Məmmədova yaradıcılığının parlaq dövründə, 1980-ci ildə teatrdan uzaqlaşır və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (keçmiş Teatr İnstitutu) pedaqoji fəaliyyətə başlayıb.

Şəfiqə Məmmədovanın kino yaradıcılığı da, maraqlı obrazlarla zəngin olub. “Qaraca Qız”, “Dədə Qorqud”, “İstintaq”, “Bizim Cəbiş müəllim”, “Ad günü”, “Xoşbəxtlik qayğıları” və. s. bədii filmlərində maraqlı qadın obrazlarını ifa edib.

Şəfiqə Məmmədovanın qardaşı Məmməd Məmmədov da aktyor olub. “Azərbaycanfilm” Kinostudiyasının ekranlaşdırdığı bir neçə filmdə (“Asif, Vasif, Ağasif”, “Burulğan” və s.) rolları ifa edib.

Şəfiqə Məmmədova Azərbaycanın görkəmli teatr rejissoru Mehdi Məmmədovun həyat yoldaşı olub. Mehdi Məmmədovla birgə nikahından Ülvi adlı oğlu var. Ülvi Mehdi də valideynlərinin sənət ömrünü davam etdirir. Kinossenarist kimi fəaliyyət göstərir.

Qeyd edək ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Şəfiqə Məmmədova 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

XƏBƏRLƏR

23.05.2020 17:48
"15 İyun - Milli Qurtuluş Günü"nə həsr olunmuş müsabiqə elan edilib
23.05.2020 17:33
Peşə etikasının yeni prinsipləri
23.05.2020 17:02
Beynəlxalq Muğam Mərkəzində gənc ifaçıların konserti təqdim edilib
23.05.2020 16:18
“Global message” adlı virtual sərgi keçirilib
23.05.2020 16:13
Beynəlxalq Muğam Mərkəzi "Qədim alətlərimiz" rubrikasından Şahrud aləti haqqında mühazirəni təqdim edib
22.05.2020 14:56
Seyid Əzim Şirvaninin qəzəllərinin özbək dilinə tərcüməsi başa çatıb
22.05.2020 14:32
“Koronavirus: yeni mədəni paradiqmalar” beynəlxalq videokonfrans
22.05.2020 10:31
“Qədim alətlərimiz” rubrikasından şahrud aləti haqqında mühazirə təqdim edilib
20.05.2020 18:56
Mədəni konsaltinq xidmətləri davam edir
20.05.2020 18:48
“Müsyo Jordan və dərviş Məstəli şah” tamaşası bu dəfə onlayn göstəriləcək
20.05.2020 15:10
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Kino Şurası yaradılıb
20.05.2020 14:42
“AZƏRBAYCANIM” III Respublika Uşaq Rəsm Festivalı çərçivəsində elan olunmuş müsabiqə üçün qeydiyyat başa çatıb
20.05.2020 10:53
Səsi və ifası ilə yaddaşlarda yaşayan Həqiqət Rzayeva
19.05.2020 17:49
Mədəniyyət Nazirliyində videokonfrans keçirilib
19.05.2020 12:37
Beynəlxalq Muğam Mərkəzindən növbəti canlı efir Xalq artisti Arif Babayevə həsr olunub
19.05.2020 11:26
“Minnətdarıq” adlı respublika rəsm müsabiqəsinə qeydiyyat yekunlaşıb
19.05.2020 11:19
Xalq şairi Rəsul Rza haqqında “Azərbaycanın novator şairi” adlı videoçarx təqdim edilib
18.05.2020 18:56
“Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik” mövzusunda onlayn beynəlxalq konfrans keçirildi
18.05.2020 18:11
Vikipediyada Laçın rayonu haqqında özbək dilində bölmə istifadəyə verilib
18.05.2020 18:07
Azərbaycan Dövlət Rəsm Qalereyası növbəti videokonfrans keçirib
18.05.2020 10:35
18 may - Beynəlxalq Muzeylər Günüdür
17.05.2020 15:37
Milli Kitabxana “Əbdürrəhim Bəy Haqverdiyev -150” adlı daycesti virtual rejimdə təqdim edib
15.05.2020 18:01
Quba rayon Tarix-Diyarşünaslıq Muzeyinin 85 yaşı tamam olur
15.05.2020 17:18
“Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik” adlı onlayn beynəlxalq konfrans təşkil olunacaq