Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
605

Mədəniyyət Nazirliyinin “Yaradıcılığı evdə öyrən” layihəsi uğurla davam edir

Hazırda ÜST tərəfindən COVİD-19 xəstəliyinin pandemiya elan edilməsi, xəstəliyin dünya üzrə geniş kütlə arasında yayılmasını nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində xüsusi rejimə keçilməsi il bağlı qərar qəbul edilmişdir. Bu baxımdan digər sahələrdə olduğu kimi mədəniyyətin onlayn təbliği, insanların evdə asudə vaxtlarını səmərəli təşkili üçün Mədəniyyət Nazirliyinin yeni “Yaradıcılığı evdə öyrən - özünü kəşf et və bacarıqlarınla tanın” adlı layihəyə start verilmişdir.

Layihə insanlara təlim proqramlarından faydalanaraq yeni bacarıqları kəşf etməyə və özünə əminlik hisslərini gücləndirməyə imkan yaratmaq məqsədi daşıyır. Bununla bağlı Nazirliyinin rəsmi facebook səhifəsindən hər gün yaradıcılıq dərsləri paylaşılır. Bu video dərslər xalq sənətkarlığı, aşıq musiqi, rəsm, bədii qiraət, rəqs kimi mədəniyyətin müxtəlif istiqamələrinə həsr olunur və ev şəraitində milli mədəni irsimizin bu növlərinin insanlar tərəfindən mənimsənilməsini ehtiva edir.

Aprel ayının 6-dan etibarən Mədəniyyət kanalında da layihənin veriliş forması nümayiş etdiriləcək və ictimaiyyətin faydalanması imkanları genişləndiriləcəkdir.

Nazirliyin sosial şəbəkələrdə #yaradıcılığıevdəöyrən həştəqi ilə paylaşılan layihəsinə ictimaiyyətin tanınmış nümayəndələri tərəfindən qoşulmaqla bağlı müraciətlər edilir.

İlk olaraq 24 saylı Nizami 1-ci seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmiş Könül Nurullayeva və onun seçki qərargahı prosesə aktiv formada qoşulmuşdur. Bu təşəbbüs Bakı şəhəri, Nizami rayonu üzrə qeydiyyatda olan vətəndaşlardan layihəyə qoşulanlar üçün xüsusi imkanlar yaratmışdır. Belə ki, qeyd edilən rayonda qeydiyyatda olan, layihə çərçivəsində elan edilmiş müsabiqəyə qoşulan və müvafiq qaydalara uyğun olaraq qalib seçiləcək vətəndaşlar qiymətli hədiyyələrlə yanaşı, pul mükafatına və sertifikatlara da layiq görüləcəklər.

Bakı şəhəri, Nizami rayonunda (seçki dairəsindən asılı olmayaraq bütün rayon ərazisinə şamil edilir) qeydiyyatda olan şəxslər (seçimlər zamanı şəxsiyyət vəsiqəsi və ya şəxsiyyətini təsdiq edən digər sənəd nəzərə alınacaq)  layihədən aşağıdakı kimi yararlana bilərlər:

  1. Nazirliyin rəsmi facebook səhifəsində #yaradıcılığıevdəöyrən həştəqi ilə paylaşılan videolardan öz maraq dairəsinə uyğun birini və ya bir neçəsini seçmək (layihə üzrə tikmə, toxuma, biçmə, xalçaçılıq, ağac və taxta üzərində oyma, şüşə üzərində işləmə, vitraj, dekorativ bəzək əşyaları hazırlama, aksesuar hazırlanması və s. kimi sənətkarlıq növləri, eləcə də bədii qiraət, rəqs, musiqi, rəsm çəkmək kimi işlər təqdim edilə bilər);
  2. Həmin videolardan bəhrələnməklə yeni məhsul hazırlamaq (məsələn qiraət dərsinə baxmaqla şeir demək, sənətkarlıq dərsinə baxmaqla suvenir hazırlamaq, rəsm dərsinə baxmaqla rəsm çəkmək və s.);
  3. Yaratdığı məhsulun hazırlanma prosesini və hazır variantını evdə mobil telefon vasitəsilə çəkmək (bu videodan məhsulun onun tərəfindən hazırlandığı aydın bilinməlidir);
  4. Həmin videonu (maksimum 15 dəqiqə olmalı, əgər dəqiqəsi artıqdırsa mobil telefonun texniki imkanlarından istifadə edilməklə qısaldılması) facebookda öz səhifəsində #yaradıcılığıevdəöyrən həştəqi ilə paylaşmaq və bəhrələndiyi video dərsin linkini də əlavə etmək.

Qeyd: Layihə üzrə müsabiqədə qeyd edilən sahələr üzrə yalnız həvəskar şəxslər iştirak edə bilər.

Cari ilin may ayının 7-dək (videonun son yerləşdirilmə tarixi 1 may 2020-ci il, son qiymətləndirilmə tarixi 7 may 2020-ci il olmaqla) davam edəcək müsabiqədə iştirak edən şəxslərin hazırladığı və facebookda ən çox bəyənilən (like) ilk üç video qalib olacaq. Nəticədə 1-ci yerin qalibinə 1000 manat, 2-ci və 3-cü yer sahiblərinə də pul mükafatı ilə yanaşı hədiyyələr və sertifikatlar da təqdim ediləcəkdir.

 Suallarla üzləşən vətəndaşlar “Deputat Qərargahında” yaradılmış İşçi Qrupu ilə əlaqə saxlaya bilərlər. (İş:012 422 22 41, mob: 055 276 23 75)

XƏBƏRLƏR

23.05.2020 17:48
"15 İyun - Milli Qurtuluş Günü"nə həsr olunmuş müsabiqə elan edilib
23.05.2020 17:33
Peşə etikasının yeni prinsipləri
23.05.2020 17:02
Beynəlxalq Muğam Mərkəzində gənc ifaçıların konserti təqdim edilib
23.05.2020 16:18
“Global message” adlı virtual sərgi keçirilib
23.05.2020 16:13
Beynəlxalq Muğam Mərkəzi "Qədim alətlərimiz" rubrikasından Şahrud aləti haqqında mühazirəni təqdim edib
22.05.2020 14:56
Seyid Əzim Şirvaninin qəzəllərinin özbək dilinə tərcüməsi başa çatıb
22.05.2020 14:32
“Koronavirus: yeni mədəni paradiqmalar” beynəlxalq videokonfrans
22.05.2020 10:31
“Qədim alətlərimiz” rubrikasından şahrud aləti haqqında mühazirə təqdim edilib
20.05.2020 18:56
Mədəni konsaltinq xidmətləri davam edir
20.05.2020 18:48
“Müsyo Jordan və dərviş Məstəli şah” tamaşası bu dəfə onlayn göstəriləcək
20.05.2020 15:10
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Kino Şurası yaradılıb
20.05.2020 14:42
“AZƏRBAYCANIM” III Respublika Uşaq Rəsm Festivalı çərçivəsində elan olunmuş müsabiqə üçün qeydiyyat başa çatıb
20.05.2020 10:53
Səsi və ifası ilə yaddaşlarda yaşayan Həqiqət Rzayeva
19.05.2020 17:49
Mədəniyyət Nazirliyində videokonfrans keçirilib
19.05.2020 12:37
Beynəlxalq Muğam Mərkəzindən növbəti canlı efir Xalq artisti Arif Babayevə həsr olunub
19.05.2020 11:26
“Minnətdarıq” adlı respublika rəsm müsabiqəsinə qeydiyyat yekunlaşıb
19.05.2020 11:19
Xalq şairi Rəsul Rza haqqında “Azərbaycanın novator şairi” adlı videoçarx təqdim edilib
18.05.2020 18:56
“Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik” mövzusunda onlayn beynəlxalq konfrans keçirildi
18.05.2020 18:11
Vikipediyada Laçın rayonu haqqında özbək dilində bölmə istifadəyə verilib
18.05.2020 18:07
Azərbaycan Dövlət Rəsm Qalereyası növbəti videokonfrans keçirib
18.05.2020 10:35
18 may - Beynəlxalq Muzeylər Günüdür
17.05.2020 15:37
Milli Kitabxana “Əbdürrəhim Bəy Haqverdiyev -150” adlı daycesti virtual rejimdə təqdim edib
15.05.2020 18:01
Quba rayon Tarix-Diyarşünaslıq Muzeyinin 85 yaşı tamam olur
15.05.2020 17:18
“Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik” adlı onlayn beynəlxalq konfrans təşkil olunacaq