Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
4701

Mədəniyyət naziri Əbülfəs Qarayev videoqəbul keçirib

Ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün reallaşdırılan sosial izolyasiya tədbirləri və karantin rejimi ilə bağlı Mədəniyyət Nazirliyi öz fəaliyyətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları və Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi tələb və tövsiyələr əsasında davam etdirir.

Mədəniyyət Nazirliyi Aparatında, nazirliyin tabe təşkilatları, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və regional idarələrdə, aparıcı mədəniyyət müəssisələrində fəaliyyət videokonfans rejimində tənzimlənir. Mövcud vəziyyətdə fəaliyyətini müvəqqəti dayandırmış müəssisə və təşkilatların əməkdaşlarının distant formada işləməsi təmin edilib.

Aprelin 9-da Mədəniyyət naziri Əbülfəs Qarayev videoqəbul keçirərək, əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib, suallarını cavablandırıb.

Videoqəbulda nazir müavini Rafiq Bayramov, nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov, nazirliyin Aparat rəhbəri Fikrət Babayev, regional idarələrin rəisləri və nazirliyin digər məsul əməkdaşları iştirak edib.

Əbülfəs Qarayev əvvəlcə ölkə ərazisində koronavirus infeksiyasının qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərdən danışıb, vətəndaşlarımızın dövlət tərəfindən tətbiq edilən xüsusi qaydalara əməl etməsinin vacibliyini qeyd edib. Vurğulanıb ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə müvafiq dövlət qurumları tərəfindən koronovirusla mübarizədə qətiyyətli addımlar atılır və ölkəmiz bu çətin sınaqdan qısa zamanda çıxacaqdır.

Nazir bu günlərdə ölkəmizin mədəniyyət sahəsinin idarə olunması ilə bağlı görülən işləri, vətəndaşlara mədəni xidmətlərin göstərilməsi, videodərslərin keçirilməsi, muzeylərə və qoruqlara virtual turların, onlayn kitabxana xidmətlərinin təşkili, eləcə də digər mədəniyyət müəssisələrinin bu istiqamətdə həyata keçirdikləri tədbirləri yüksək qiymətləndirib. Əbülfəs Qarayev belə tədbirlərin daha da inkişaf etdirilərək gələcəkdə də davamlı həyata keçirilməsinin müasir dövrün tələbləri kimi dəyərləndirib.

Eyni zamanda Mədəniyyət Nazirliyi tərəfindən başladılan layihə və təşəbbüslərin ictimaiyyət tərəfindən rəğbətlə qarşılandığı diqqətə çatdırılıb. Nazir mədəniyyət işçilərini yaranmış vəziyyətdən səmərəli istifadə edərək öz yaradıcılıqlarını inkişaf etdirməyə, bütövlükdə ölkəmizin mədəni həyatının daha da zənginləşməsinə töhfə verməyə çağırıb.

Daha sonra vətəndaşların müraciətləri dinlənilib.

Videoqəbulda vətəndaşlar tərəfindən istedadlı uşaqlar üçün mədəniyyətin müxtəlif sahələri üzrə onlayn müsabiqələrin təşkili, ümumrespublika bədii qiraət müsabiqəsinin keçirilməsi, onlayn dərslərin genişləndirilməsi, “Bölgələrdə yaşayan tarix” adlı layihənin icrası, İsmayıllı rayon Tarix-Diyarşünaslıq Muzeyində ekspozisiyanın qurulması və muzeyin balansa götürülməsi, Tovuz rayon Aşıq Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinə yeni ştatların verilməsi, ixtisasartırma kurslarının onlayn təşkili barədə müraciətlər səsləndirilib.

Vətəndaşlar həmçinin mədəniyyət müəssisələrinin nəzdindəki biçmə-tikmə dərnəklərində tibbi maskaların hazırlanması, kreativ sənayenin inkişaf etdirilməsi və satışların həyata keçirilməsi üçün regional idarələrin əhatə etdiyi rayon və şəhərlərdə yerli icra hakimiyyət orqanları tərəfindən müəyyən yerlərin ayrılmasına dəstək göstərilməsi, kitabxana fondlarının ehtiyatlarının saytlarda nümayiş etdirilməsi məqsədilə proqram təminatı, kitabxanalarının müasir standartlara uyğun texniki avadanlıqlarla təchiz olunması və digər məsələlərlə bağlı nazirə müraciət ediblər.

Vətəndaşların bütün müraciətləri dinlənilib, qaldırılan məsələlər müvafiq qaydada qeydə alınıb. Bəzi xahişlər həll edilib, digər müraciətlərin araşdırılması və qanunvericilik çərçivəsində həll olunması üçün müvafiq tapşırıqlar verilib.

Əbülfəs Qarayev sonda bir daha videoqəbulun keçirilməsinin əhəmiyyətini vurğulayaraq, vətəndaşlarla birbaşa qəbullarla yanaşı, bu formada ünsiyyətin də gələcəkdə davam etdirilməsinin vacibliyini qeyd edib.

XƏBƏRLƏR

29.07.2021 16:11
Azərbaycan Kinosu Gününə həsr olunmuş açıq havada Kinosevərlər Gecəsi keçiriləcək
27.07.2021 16:50
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunmuş XII Qəbələ Musiqi Festivalı
27.07.2021 12:26
Musiqili Teatrın işıqçısı, şəhid Əliağa Məmmədovun xatirə lövhəsinin açılışı olub
26.07.2021 15:24
“Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi” adlı layihə həyata keçirilir
23.07.2021 18:09
Televiziya kanalları ilə əməkdaşlığa dair işçi qrupunun ilk iclası keçirildi
22.07.2021 10:07
Mədəniyyət naziri Anar Kərimovun Milli Mətbuat və Jurnalistika Günü münasibətilə müraciəti
17.07.2021 17:00
“Mədəniyyət naminə sülh” qlobal kampaniyası çərçivəsində onlayn görüş keçirilib
17.07.2021 11:58
Türkiyədən Qarabağda yaradılacaq kitabxanalara hədiyyə olunan kitabların təqdimetmə mərasimi keçirildi
16.07.2021 17:00
Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın üzvləri bəlli oldu
15.07.2021 18:49
UNESCO Siyahısına daxil olmuş 4 elementin sertifikatları mədəniyyət naziri Anar Kərimova təqdim edilib
15.07.2021 17:46
Anar Kərimov Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti ilə görüşüb
15.07.2021 11:45
“Salam, Azərbaycan!” və “Şəki – gözəlliyin sehri” kitablarının təqdimat mərasimi keçirildi
15.07.2021 11:29
Mədəniyyət naziri Anar Kərimov Special Edition Talks layihəsində çıxış edib
14.07.2021 15:51
Mədəniyyət Naziri "Diplomatiya həftəsi" çərçivəsində keçirilən tədbirdə iştirak edib
14.07.2021 14:49
"Mədəniyyət/Culture" jurnalının yeni sayı işıq üzü görüb
13.07.2021 18:51
Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib
09.07.2021 18:58
Mədəniyyət naziri Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüşüb
08.07.2021 19:20
Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin Gürcüstana səfəri davam edir
08.07.2021 16:38
Kazanda Azərbaycan Milli Xalça Muzeyinin sərgisi açılıb
07.07.2021 17:25
Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfəri davam edir
06.07.2021 17:48
Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda səfərdədir
06.07.2021 11:24
Azərbaycan ilə Gürcüstan arasında mədəni əlaqələrin inkişaf perspektivləri müzakirə olunub
02.07.2021 12:38
Mədəniyyət naziri Akademik Milli Dram Teatrının yaradıcı heyəti ilə görüşüb
01.07.2021 10:38
Tovuzda Qala düzü Son Orta əsrlər dövrü abidəsində ilkin tədqiqatlar aparılıb
30.06.2021 17:35
Mədəniyyət naziri Misirin ölkəmizdəki səfiri ilə görüşdü
29.06.2021 12:21
Azərbaycan Film Komissiyasının təqdimat mərasimi keçirildi
29.06.2021 11:30
“Biz” tarixi-sənədli filminin təqdimat mərasimi keçirildi
26.06.2021 18:14
Mədəniyyət Nazirliyində Türkiyə ilə kino sahəsində əməkdaşlıq məsələləri müzakirə olundu