Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1066

Muzeylərin fəaliyyətinə həsr olunmuş videokonfrans keçirilib

Ölkəmizdə koronavirus (COVİD-19) infeksiyası səbəbindən tətbiq edilən sosial izolyasiya tədbirləri və xüsusi karantin rejimi ilə bağlı Mədəniyyət Nazirliyi öz fəaliyyətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları və Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi tələb və tövsiyələr əsasında davam etdirir. Mədəniyyət Nazirliyi Aparatında, nazirliyin tabe təşkilatları və idarələrində, aparıcı mədəniyyət müəssisələrində fəaliyyət videokonfrans rejimində tənzimlənir.

Aprelin 14-də Mədəniyyət naziri Əbülfəs Qarayevin iştirakı ilə respublikanın aparıcı muzeylərinin fəaliyyətinə həsr olunmuş videokonfrans keçirilib.

Konfransda Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, nazir müavini Sevda Məmmədəliyeva, nazirliyin məsul əməkdaşları, ölkəmizin aparıcı muzeylərin rəhbərləri və başqaları videokonfransda iştirak ediblər.

Videokonfransda çıxış edən nazir Əbülfəs Qarayev bu günlərdə ölkəmizin mədəniyyət sahəsinin idarə olunması ilə bağlı görülən işlər, vətəndaşlara mədəni xidmətlərin göstərilməsi, videodərslərin keçirilməsi, muzeylərə və qoruqlara 360° virtual turların təşkili, kitabxanaların onlayn xidmətləri, eləcə də digər mədəniyyət müəssisələrinin bu istiqamətdə həyata keçirdikləri tədbirlərdən danışıb. Qeyd edilib ki, hazırkı vəziyyət bizdən yeni çağırışlar, müasir yanaşmalarla işləməyi tələb edir. Bu günə qədər ölkəmizin mədəniyyət sahəsində elektron xidmətlərin tətbiqi istiqamətində xeyli işlər görülüb. Həyata keçirilən tədbirlərin daha da inkişaf etdirilməsi, yeni xidmətlərin tətbiqi, bu xidmətlərdən istifadənin asanlaşdırılması vacibdir. Yaranmış fasilədən muzeylərimizin əməkdaşları da səmərəli istifadə etməlidir. Yeni ideyalar, yeni yanaşmalar üzərində düşünülməli, beynəlxalq təcrübədən də yararlanaraq muzeylərin fəaliyyətinin daha da inkişafı təmin olunmalıdır. Muzeylərdə virtual sərgilər genişləndirilməlidir. Həmçinin Böyük Vətən müharibəsində qələbənin 75 illik yubileyi münasibətilə bütün muzeylərdə çoxşaxəli fəaliyyət təmin olunmalı, virtual sərgilər təşkil edilməlidir. Bu iş eyni zamanda sosial şəbəkələr üzərindən də davam etdirilməlidir.

Əbülfəs Qarayev bildirib ki, yaranmış vəziyyətdə Mədəniyyət Nazirliyi tərəfindən başladılan layihə və təşəbbüslər, eləcə də göstərilən digər elektron mədəni xidmətlər daha da genişləndirilməlidir.

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək muzeylərin fəaliyyətinin daha da gücləndirilməsi və günün tələbələrinə uyğun olaraq elektron xidmətlərin keyfiyyətinin daha da artırılmasının vacibliyindən danışıb. Yaranmış şəraitdə muzeylərin elektron xidmətlərin həyata keçirilməsi məsələsinə çevik reaksiya verdiklərini diqqətə çatdırıb. Nazir müavini göstərilən elektron xidmətlərin daha da yüksəldilməsi istiqamətində işlərin davam etdiyini bildirib.

Məsələ ilə bağlı fikirlərini bölüşən Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev də bu günlərdə mədəni xidmətlərin göstərilməsi sahəsində yeni təcrübənin yaşandığını qeyd edib. Bildirib ki, bu istiqamətdə həyata keçirilən tədbirlər davam etdirilməli, bütövlükdə mədəniyyət sistemində elektron xidmətlərin səviyyəsi daha da artırılmalıdır.

Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Azadə Hüseynova,  Mədəniyyət sərvətlərinə nəzarət və reyestrlər sektorunun müdiri Yaşar Hüseynli, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru Sərdar Fərəcov, Muzey Mərkəzinin İnzibati Təsərrüfat Müdiriyyətinin direktoru Liana Vəzirova, Abdulla Şaiqin mənzil-muzeyinin direktoru Ülkər Talıbzadə, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktor Alla Bayramova və başqaları çıxış edərək mövcud vəziyyətdə muzeylərin fəaliyyəti barədə məlumat verib, elektron xidmətlərin göstərilməsi sahəsində atılan addımlardan danışıblar.

Bildirilib ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə bütün muzey müəssisələri aprelin 20-dək tamaşaçılar üçün üçün bağlanıb, mütəmadi dezinfeksiya işləri həyata keçirilir. Respublikada fəaliyyət göstərən muzeylərin elektron bazasının yaradılması ilə bağlı muzeylər haqqında 3 dildə (Azərbaycan, rus, ingilis) məlumatları təqdim edən museum.az internet səhifəsi yaradılıb.

Əbülfəs Qarayev sonda çıxış edərək bir daha ölkə ərazisində koronavirus infeksiyasının qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərdən danışıb, vətəndaşlarımızın tətbiq edilən xüsusi qaydalara əməl etməsinin vacibliyini qeyd edib. Bildirib ki, ölkəmizin bu çətin sınaqdan tezliklə çıxması üçün Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə müvafiq dövlət qurumları tərəfindən qətiyyətli addımlar atılır.

Nazir hazırkı dövrdə mədəniyyət sahəsinin də üzərinə mühüm məsuliyyətin düşdüyünü vurğulayaraq göstərilən mədəni xidmətlərin daha da inkişaf etdirilməsi istiqamətində tapşırıq və tövsiyələrini verib.

XƏBƏRLƏR

03.07.2020 16:57
Dəyişən reallığa uyğunlaşan mədəniyyət
03.07.2020 16:52
Murad Hüseynov: Virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına ciddi riayət etməkdir
02.07.2020 14:38
Mədəniyyət müəssisələrinin fəaliyyətinə həsr olunmuş iclas keçirilib
02.07.2020 13:27
Vikipediyada Mikayıl Müşfiq haqqında özbək dilində bölmə istifadəyə verilib
01.07.2020 15:43
Beynəlxalq Muğam Mərkəzindən canlı yayımlar davam edir
01.07.2020 11:50
Avropa Şurasının Mədəniyyət, irs və landşaft məsələləri üzrə Rəhbər Komitəsinin növbəti iclası videokonfrans formatında keçirilib
30.06.2020 15:51
Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə uşaqlar üçün nəzərdə tutulan rəsm müsabiqəsi davam edir
30.06.2020 15:48
Azərbaycan və Özbəkistan məktəbliləri arasında beynəlxalq onlayn festival təşkil ediləcək
30.06.2020 15:08
Peşəkar kitabxanaçılar arasında debat keçirilib
30.06.2020 15:02
Beynəlxalq Muğam Mərkəzi tərəfindən unudulmaz xanəndənin irsi ilə bağlı tədqiqatlar davam etdirilir
30.06.2020 11:42
Əməkdar artist Emin Əliyevin rəhbərliyi ilə onlayn rəqs kursları davam edir
29.06.2020 13:22
“Tərəfdaşlarla görüş” layihəsi çərçivəsində növbəti onlayn videokonfrans təşkil olunub
26.06.2020 17:32
Respublika Gənclər Kitabxanası Silahlı Qüvvələr Günü münasibətilə videoçarxlar hazırlayıb
25.06.2020 17:09
“Birgə mütaliə” layihəsinin növbəti kitab müzakirəsi narkomaniyanın törətdiyi fəlakətlər və onlarla mübarizəyə həsr olunub
25.06.2020 11:10
“Mənim yay tətilim-2020” Respublika Uşaq Rəsm Müsabiqəsi davam edir
25.06.2020 11:09
Bölgələrdəki mədəniyyət müəssisələrinin fəaliyyəti onlayn formada davam edir
24.06.2020 17:03
Gəncədə “Şah Abbas” və “Uğurlu Xan” karvansara kompleksi bərpadan sonra istifadəyə verilib
24.06.2020 11:16
Açıq xarakterli mədəni konsaltinq xidmətləri davam edir
23.06.2020 12:32
“Minnətdarıq” adlı respublika rəsm müsabiqəsinin onlayn sərgisi açılıb
23.06.2020 10:11
“Birgə mütaliə” adlı layihə davam edir
22.06.2020 11:02
INTERACT layihəsi çərçivəsində Andrey Zvyaqintsevlə onlayn ustad dərsi baş tutub
22.06.2020 10:43
Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynov beynəlxalq onlayn konfransda iştirak edəcək
22.06.2020 10:35
Bədii təhsilin perspektivliyi müzakirə edilib