Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
5632

Özbəkistanda “Azərbaycanın Qarabağ diyarı rəssamların gözü ilə” rəsm müsabiqəsi elan olundu

Cari ilin fevral ayında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Qarabağ - Azərbaycan mədəniyyətinin beşiyi” adlı mədəniyyət layihəsinə start verilib. 
Sözügedən layihə çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi “Azərbaycanın Qarabağ diyarı rəssamların gözü ilə” adlı rəsm müsabiqəsini elan edib. 

Müsabiqə Azərbaycan Respublikasının İsmayıllı regional Mədəniyyət İdarəsi və Xətai Sənət Mərkəzi ilə birlikdə keçirilir. 

“Azərbaycanın Qarabağ diyarı rəssamların gözü ilə” adlı rəsm müsabiqəsinin əsas məqsədi Özbəkistan və Azərbaycanın rəssamlıq istedadına malik olan yeniyetmə və gənc rəssamların evdə qaldıqları müddətdə səmərəli vaxt keçirərək gözəl sənət əsərləri yaratmalarına sövq etmək, onların fəaliyyətini stimullaşdırmaq, Azərbaycan, türk mədəniyyətini təbliğ etmək,  dostluq və qardaşlıq bağlarının daha da dərinləşdirməkdir. 

Müsabiqədə ən çox duyğu və düşüncələrlə işlənmiş, ideya və mənaya malik, habelə Qarabağda Azərbaycan xalqının yaratdığı zəngin mədəniyyət, ədəbiyyat, bölgənin özəlliyi və tarixinin daha geniş əks etdirilən rəsm əsərlərinə üstünlük veriləcəkdir. Seçim zamanı kənar (müəllim, valideyn) müdaxiləsiz işlərə xüsusi önəm veriləcəkdir. 

Rəsm müsabiqəsində Özbəkistan və Azərbaycanın yeniyetmə və gənc rəssamları (14 yaşdan yuxarı)  iştirak edə bilərlər. 

Təqdim olunan rəsm əsərlərinə xüsusi Münsiflər heyəti qiymət verəcəkdir ki, buraya Azərbaycan və Özbəkistanın tanınmış rəssamları daxil edilib. 

Müsabiqəyə 2020-ci il aprel ayının 24-dən start veriləcək, müsabiqə əsasən 14-30  yaş  kateqoriyası üzrə keçiriləcəkdir. 

Cari il 15 iyun tarixində yekun vurulacaq müsabiqəyə rəsmlərin fotoları, habelə əsəri çəkən rəssamın şəxsiyyətini təsdiq edən sənəd – pasportunun surəti və özü haqqında məlumat (əlaqə nömrələri, email) Daşkənd şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin elektron poçtuna göndərilməlidir (culcenter.az@gmail.com).

Rəsm əsərlərinin orginalı isə Özbəkistan tərəfdən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə (Daşkənd şəhəri Mirabad rayonu, Heydər Əliyev küçəsi 9, +998 71 293 50 92, 293) ünvanına, Azərbaycan tərəfdən isə Bakı şəhərindəki Xətai Sənət Mərkəzinə (Bakı şəhəri, Xocalı küçəsi 62, AZ1025, (+994) 12 490 84 51/52/53) göndərilməsi zəruridir.    

Hər iki ölkədən 5 ən yaxşı iş seçiləcək və qaliblərə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin, Azərbaycan Respublikasının İsmayıllı regional Mədəniyyət İdarəsinin pul mükafatları, habelə Fəxri diplomları təqdim olunacaqdır. 

Müsabiqə üçün göndərilən bütün  rəsm əsərlərinin Azərbaycan və Özbəkistanda sərgi salonlarında təqdimatı keçiriləcək, habelə sözügedən əsərlər Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə bu ölkədə müxtəlif ali məktəblərdə, mədəniyyət müəssisələrində yaradılmış Azərbaycan ocaqlarına daimi olaraq hədiyyə ediləcəkdir. 

Bundan başqa müsabiqəyə təqdim olunmuş rəsm əsərləri və onlar haqqında məlumat, fotoşəkil Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin saytında və Vikipediya Elektron ensiklopediyasında yaradılacaq səhifədə yerləşdiriləcəkdir. 

Müsabiqənin digər şərtləri haqqında əlavə məlumat Azərbaycan Mədəniyyət Mərkəzinin saytında (http://azculture.uz/musabiqeler.php?link=musabiqeler) veriləcəkdir.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb