07.05.2020 11:19
Qəyyur Yunusun sehrli və sirrlərlə dolu ecazkar əsərlərindən biri “Qarabağ gözəlləri” isimli sənət nümunəsidir. Maraqlı, seçilən dəsti-xətti ilə öz “mən”ini təsdiqləyən rəssamın qacar üslubu və şərq minatürünə olan marağı və müraciəti bu əsərdə də özünü büruzə vermişdir. Rəssamın yaradıcılığının əsas hissəsini qadın obrazları tutur. Əsərdə təbiət mənzərəsinin əhatəsində 3 qadın obrazı ön planda
əks olunmuşdur.Qırmızı və torpaq rənglərinin müxtəlif çalarlarının incə və güclü kombinasiyası kompozisiyaya bədii güc və enerji aşılayır. Geyimlərin xırda detallar ilə bəzək, sinəbənd ilə təsviri ənənəviliyi və qədimiliyi vurğulayır. Həmçinin, sadə, kvadrat planlı və gümbəzli kənd evinin təsviri ilə dövrün məişət və yaşayışı haqqında məlumatı bizlərə təqdim edilir. Müasir dövrdə yaradılan bu əsər “Qacar üslub”unda olan ən gözəl nümunələrdən biridir.