Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3553

9 may faşizm üzərində qələbənin 75-ci ildönümü və Əzim Əzimzadənin 140 illiyi qeyd olunur

Bir neçə gündən sonra bir çox ölkələr kimi Azərbaycan da 9 may – faşizm üzərində qələbənin 75-ci ildönümünü qeyd edəcək. 1941-1945-ci illəri əhatə edən və tarixə Böyük Vətən müharibəsi adı ilə daxil olan müharibəyə son verən bu qələbədə Azərbaycan xalqının igid oğul və qızlarının əməyi və qəhrəmanlıqları az olmamışdır.

İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz şücaətləri ilə xalqımızın tarixinə yeni səhifələr yazmışlar.​​ Eyni zamanda bu gün Böyük Vətən müharibəsi dövründə öz yaradıcılığı ilə - müharibə əleyhinə karikatura və plakatları ilə vətənə xidmət göstərən görkəmli xalq rəssam, Azərbaycanda karikatura sənətinin banisi Əzim Əzimzadənin anadan olmasının 140 illiyi tamam olur. Bununla əlaqədar sizə təqdim etdiyimiz, Mərkəzimizdə müxtəlif illərdə bərpa edilmiş müharibə illərini əks etdirən nadir muzey əşyalarının bərpadan əvvəl və bərpadan sonrakı vəziyyətlərini göstərən fotolar hər iki əlamətdar tarixə həsr olunmusdur. Burada Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin çəkdiyi diplom işi, cəbhədən göndərdiyi məktub, 2 dəfə Sovet İttifaqı qəhrəmanı general Həzi Aslanova məxsus geyim nümunəsi, xalq rəssamı Əzim Əzimzadənin müharibə əleyhinə karikatura və plakatları, xalq rəssamı Maral Rəhmanzadənin bu mövzuya həsr olunmuş bir sıra işləri eləcə də, həmin dövrdə Azərbaycanın ictimai xadimlərinin, xalq rəssamlarımızın, ədiblərimizin, bəstəkarlarımızın ağır müharibə illərinə baxmayaraq fəaliyyətlərini davam etdirmələrinə dair faktlar öz əksini tapmışdır. ​Onu da qeyd edək ki, sizə təqdim etdiyimiz bu fotoşəkillər Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində Böyük Vətən Müharibəsinə aid bərpa olunmuş eksponatların çox kiçik bir qismini əks etdirir.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib