Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
492

Quba rayon Tarix-Diyarşünaslıq Muzeyinin 85 yaşı tamam olur

Muzeyin əsası görkəmli ziyalı və din xadimi Əhməd Əfəndi Çələbizadə tərəfindən qoyulmuşdur. O, 1924-cü ildə dərs dediyi mədrəsədə tarix muzeyi yaratmış, burada Azərbaycan tarixinə aid materialları toplamışdır. Eksponatların əksəriyyəti Əhməd Əfəndiyə məxsus olmuşdur. Bununla yanaşı, o, idarə və təşkilatlar, ayrı-ayrı şəxslərlə əlaqə saxlamış, bir sıra əşyaların muzeyə verilməsinə nail olmuşdur. Bu əşyalar sırasında qədim əlyazmaları və kitablar, xalça və xalça məmulatları, xalq tətbiqi sənəti nümunələri, zərgərlik məmulatları olmuşdur.
1932-ci ilin avqust ayında Quba Rayon İcraiyyə Komitəsinin iclasında "Quba şəhərində muzeyin təşkili barədə" xüsusi məsələ müzakirə edilmişdir. İclasda muzeyin təşkili məqsədilə mütəxəssislər tərəfindən hazırlanmış tezislərə və plan-layihəyə baxılmışdır. Hər iki sənəddə muzeyin ekspozisiyasının təşkili ilə bağlı tövsiyələr, habelə təxmini strukturu öz əksini tapmışdır. 
Layihədən məlum olub ki, ekspozisiyanın ilk bölməsi rayonun təbiətinə həsr olunmuşdur. Burada rayonun və keçmiş Quba qəzasına aid müxtəlif xəritələr, quraşdırılmış, bitki aləmi və faydalı qazıntılarından nümunələr nümayiş etdirilmişdir.
Sonrakı bölmələr bölgənin tarixinə, mədəniyyətinə və etnoqrafiyasına həsr olunmuşdur. Bölmələrin adları: "Keçmiş Quba qəzasının qədim mədəniyyət abidələri", "Quba xanlığının yaranmasına qədər olan dövrə aid materiallar", "Quba xanlığının rus çarizmi tərəfindən zəbt edilməsi", "Komendantlıq dövrü".
Ekspozisiyada ayrıca "Etnoqrafiya" bölməsi də nəzərdə tutulmuşdu. Bu bölmədə azərbaycanlılarla yanaşı, rayonda yaşayan azsaylı xalqların həyatına, adət-ənənələrinə, sənətkarlığına, xüsusən bölgədə geniş yayılmış xalça sənətinə və misgərliyə aid materiallar göstərilirdi. Ekspozisiyada 1920-1930-cu illərdə Qubanın mədəniyyət, maarif və təsərrüfatını əks etdirən materiallar da yer almışdı.
Xalq Maarif Komissarlığının 14 may 1935-ci il əmri ilə Əhməd Çələbizadə Quba Tarix Muzeyinə müdir təyin olunub. 1937-ci ildə o, repressiya qurbanı olub və muzey bağlanıb. 1943-cü ildə Quba ictimaiyyəti tarix muzeyinin açılması ilə bağlı Mərkəzi Komitəyə məktubla müraciət edib. Azərbaycan SSRİ Xalq Komissarları Sovetinin 04.21.1943 tarixli əmri ilə Qubada muzeyin yaradılması haqqında qərar qəbul edilib. Muzey 1944-cü ilin avqust ayında görkəmli alim və mütəfəkkir, şair Abbasqulu ağa Bakıxanovun yaşadığı indiki Ərdəbil küçəsi, 93 saylı binada fəaliyyətə başlayıb.
2015-ci ildən muzey Mədəniyyət Nazirliyi tərəfindən Quba şəhəri Nizami parkı ərazisində tikilən yeni binada fəaliyyət göstərir. Muzeyin əsas və köməkçi fondunda 10 mindən çox eksponat qorunub saxlanılır.

XƏBƏRLƏR

09.07.2020 12:36
“Səma” rəqs ansamblı beynəlxalq virtual yarışmada uğur qazanıb
08.07.2020 12:29
Əməkdar artist Emin Əliyevin rəhbərliyi ilə onlayn rəqs kursları davam edir
08.07.2020 10:37
“ Mənim yay tətilim-2020” uşaq rəsm müsabiqəsi davam edir
07.07.2020 11:58
Beynəlxalq mədəni əlaqələrin qurulmasında muzeylərin rolu
06.07.2020 14:19
Əməkdar artist Tofiq Hüseynov vəfat edib
06.07.2020 11:11
Beynəlxalq Muğam Mərkəzindən canlı yayım opera sənətimizin yaranmasına həsr olunub
03.07.2020 16:57
Dəyişən reallığa uyğunlaşan mədəniyyət
03.07.2020 16:52
Murad Hüseynov: Virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına ciddi riayət etməkdir
02.07.2020 14:38
Mədəniyyət müəssisələrinin fəaliyyətinə həsr olunmuş iclas keçirilib
02.07.2020 13:27
Vikipediyada Mikayıl Müşfiq haqqında özbək dilində bölmə istifadəyə verilib
01.07.2020 15:43
Beynəlxalq Muğam Mərkəzindən canlı yayımlar davam edir
01.07.2020 11:50
Avropa Şurasının Mədəniyyət, irs və landşaft məsələləri üzrə Rəhbər Komitəsinin növbəti iclası videokonfrans formatında keçirilib
30.06.2020 15:51
Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə uşaqlar üçün nəzərdə tutulan rəsm müsabiqəsi davam edir
30.06.2020 15:48
Azərbaycan və Özbəkistan məktəbliləri arasında beynəlxalq onlayn festival təşkil ediləcək
30.06.2020 15:08
Peşəkar kitabxanaçılar arasında debat keçirilib
30.06.2020 15:02
Beynəlxalq Muğam Mərkəzi tərəfindən unudulmaz xanəndənin irsi ilə bağlı tədqiqatlar davam etdirilir
30.06.2020 11:42
Əməkdar artist Emin Əliyevin rəhbərliyi ilə onlayn rəqs kursları davam edir
29.06.2020 13:22
“Tərəfdaşlarla görüş” layihəsi çərçivəsində növbəti onlayn videokonfrans təşkil olunub
26.06.2020 17:32
Respublika Gənclər Kitabxanası Silahlı Qüvvələr Günü münasibətilə videoçarxlar hazırlayıb
25.06.2020 17:09
“Birgə mütaliə” layihəsinin növbəti kitab müzakirəsi narkomaniyanın törətdiyi fəlakətlər və onlarla mübarizəyə həsr olunub
25.06.2020 11:10
“Mənim yay tətilim-2020” Respublika Uşaq Rəsm Müsabiqəsi davam edir
25.06.2020 11:09
Bölgələrdəki mədəniyyət müəssisələrinin fəaliyyəti onlayn formada davam edir