Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
435

Mədəniyyət işçiləri arasında debatlar təşkil edilib

İyunun 17-də Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzin təşkilatçılığı ilə mədəniyyət işçiləri arasında debatlar təşkil olunub.

Bərdə Regional Mədəniyyət İdarəsinin Mingəçevir şəhər Gənc Mədəniyyət İşçilərinin Koordinasiya Kreativ Qrupunun üzvlərinin iştirakı ilə reallaşmış debatlarda, eyni zamanda, mədəniyyət könüllülüləri də iştirak ediblər.

Debatlar çərçivəsində xüsusi olaraq müzakirə olunan mövzular sırasında müasir mədəni xidmətlər, mədəniyyət müəssisələrin sosial imici, mədəniyyət siyasətinin prioritetləri, müasir gənclər və bizim mədəniyyət, mədəniyyət sahəsi üzrə beynəlxalq tendensiyalar və s. mövzular yer alıb. Bu cür mövzular ətrafında regionlarda çalışan mədəniyyət işçiləri ilə birgə açıq müzakirələrin aparılmasının önəmliyini bildirən mərkəzin direktoru siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev vurğulayıb ki, məhz bu cür açıq təşəbbüslər mədəniyyət işçilərinin peşəkarlıq dərəcəsinə və onların sosial statusuna müsbət təsir göstərəcək.

Belə ki, konkret müəssisələr üzrə görülə biləcək birgə layihələr ətrafında aparılan müzakirələr çərçivəsində Heydər Əliyev mərkəzləri, muzeylər, kitabxanalar və mədəniyyət mərkəzləri kimi müəssisələrin fəaliyyətinin müasirləşməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Gəncləri mədəniyyət müəssisələrinə cəlb etməklə mədəniyyət sahəsinin aktuallığının artmasına nail olmağın mümkün olduğunu bildirən mərkəzin şöbə müdiri Nurəddin Babazadə mövcud istiqamətdə planlı şəkildə layihələrin reallaşdırılması zərurətini də səsləndirib.

Daha sonra Gənc Mədəniyyət İşçilərinin Koordinasiya Kreativ Qrupunun üzvləri Nahid Musayev, Ceyhun İsmayılzadə, Mərziyyə Əmirxanlı, Pərviz Qasımov, Orxan İbrahimov, Emin Cəbrayıl, Nərmin Osmanova, Emil Xanlarov, Aysel İsmayılova, Cavid Əliyev və digərləri öz fəaliyyətindən bəhs edərək maraqlı fikirlər bildiriblər və canlı müzakirələr davam etdirilib.

Mədəniyyət işçilərinin cəmiyyətdə daha fəal mövqe tutulmasında gənc mədəniyyət işçilərinin rolunu təkrar bildirən tədbirin iştirakçıları bu məqsədlə görüşlərin və müzakirələrin daha intensiv şəkildə təşkilinə dair qərar qəbul olunub.

XƏBƏRLƏR

03.07.2020 16:57
Dəyişən reallığa uyğunlaşan mədəniyyət
03.07.2020 16:52
Murad Hüseynov: Virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına ciddi riayət etməkdir
02.07.2020 14:38
Mədəniyyət müəssisələrinin fəaliyyətinə həsr olunmuş iclas keçirilib
02.07.2020 13:27
Vikipediyada Mikayıl Müşfiq haqqında özbək dilində bölmə istifadəyə verilib
01.07.2020 15:43
Beynəlxalq Muğam Mərkəzindən canlı yayımlar davam edir
01.07.2020 11:50
Avropa Şurasının Mədəniyyət, irs və landşaft məsələləri üzrə Rəhbər Komitəsinin növbəti iclası videokonfrans formatında keçirilib
30.06.2020 15:51
Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə uşaqlar üçün nəzərdə tutulan rəsm müsabiqəsi davam edir
30.06.2020 15:48
Azərbaycan və Özbəkistan məktəbliləri arasında beynəlxalq onlayn festival təşkil ediləcək
30.06.2020 15:08
Peşəkar kitabxanaçılar arasında debat keçirilib
30.06.2020 15:02
Beynəlxalq Muğam Mərkəzi tərəfindən unudulmaz xanəndənin irsi ilə bağlı tədqiqatlar davam etdirilir
30.06.2020 11:42
Əməkdar artist Emin Əliyevin rəhbərliyi ilə onlayn rəqs kursları davam edir
29.06.2020 13:22
“Tərəfdaşlarla görüş” layihəsi çərçivəsində növbəti onlayn videokonfrans təşkil olunub
26.06.2020 17:32
Respublika Gənclər Kitabxanası Silahlı Qüvvələr Günü münasibətilə videoçarxlar hazırlayıb
25.06.2020 17:09
“Birgə mütaliə” layihəsinin növbəti kitab müzakirəsi narkomaniyanın törətdiyi fəlakətlər və onlarla mübarizəyə həsr olunub
25.06.2020 11:10
“Mənim yay tətilim-2020” Respublika Uşaq Rəsm Müsabiqəsi davam edir
25.06.2020 11:09
Bölgələrdəki mədəniyyət müəssisələrinin fəaliyyəti onlayn formada davam edir
24.06.2020 17:03
Gəncədə “Şah Abbas” və “Uğurlu Xan” karvansara kompleksi bərpadan sonra istifadəyə verilib
24.06.2020 11:16
Açıq xarakterli mədəni konsaltinq xidmətləri davam edir
23.06.2020 12:32
“Minnətdarıq” adlı respublika rəsm müsabiqəsinin onlayn sərgisi açılıb
23.06.2020 10:11
“Birgə mütaliə” adlı layihə davam edir
22.06.2020 11:02
INTERACT layihəsi çərçivəsində Andrey Zvyaqintsevlə onlayn ustad dərsi baş tutub
22.06.2020 10:43
Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynov beynəlxalq onlayn konfransda iştirak edəcək
22.06.2020 10:35
Bədii təhsilin perspektivliyi müzakirə edilib