Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1790

INTERACT layihəsi çərçivəsində Andrey Zvyaqintsevlə onlayn ustad dərsi baş tutub

Mədəniyyət Nazirliyinin dəstəyi və İctimai Televiziyanın (İTV) mətbuat dəstəyi ilə “Debüt” studiyası tərəfindən iyunun 16-dan başlayan uzunmüddətli INTERACT layihəsi çərçivəsində tanınmış Rusiyalı rejissor Andrey Zvyaqintsevlə onlayn ustad dərsi baş tutdu.  İnteraktiv formatda baş tutan ustad dərsində 150-dən çox dinləyici iştirak edərək tanınmış rejissora öz suallarını ünvanladı.

Görkəmli kinorejissor, Xalq artisti Eldar Quliyev tərəfindən 1987-ci ildə təsis olunan və “Debüt” studiyası qısametrajlı və tammetrajlı debüt bədii filmlərin, beynəlxalq birgə layihələrin istehsalı, Azərbaycan kino sənətinin dünyada təbliği ilə yanaşı INTERACT tipli tədris proqramlarının həyata keçirilməsi istiqamətində də fəaliyyət göstərir. 

Tədris laboratoriyası funksiyasını həyata keçirən INTERACT layihəsinin məqsədi Azərbaycanda kino sahəsində təhsil alan tələbələr, həmçinin yeni fəaliyyətə başlayan kinematoqrafçıları təlim, prodakşn və post-prodakşn, distribüsiya və maliyyələşdirmə imkanları ilə təmin etməkdən ibarətdir.

Layihənin həftədə iki dəfə olmaqla bir ay müddətində davam edəcək INTERACT ONLINE adlı ilk mərhələsi gənc kinematoqrafçılara tanınmış beynəlxalq peşəkarlarla onlayn ustad dərsləri vasitəsilə məlumat mübadiləsi imkanını təklif edir. Bütün ustad dərsləri orijinal dildə (müvafiq olaraq ingiliscə və ya rusca) və Azərbaycan dilində sinxron tərcümə seçimi ilə təqdim olunUR.

INTERACT ONLINE-nin növbəti mühazirəçiləri aşağıdakılardır:

- Matyö Darras  (Mövzu: “Laboratoriyalar, ko-prodakşn  forumları və festivallar”) – 2017-ci ildə özünün təsis etdiyi “Pop Up Film Residency” kino-rezidensiyasının rəhbəri. Həmçinin “European Network NISI MASA” gənc kinematoqrafçıların Avropa şəbəkəsinin təsisçisi və rəhbəri (2002-2012), “TorinoFilmLab” yaradıcılıq laboratoriyasının həmtəsisçisi və bədii rəhbəri (2008-2018) olub. “Positif” kino jurnalında məqalələri dərc olunub (1998-2016), “Cannes Critics’ Week” (2005-2011) və “San Sebastian Film Festival” (2010-cu ildən) kimi festivallarda festival proqramının tərtibatçısı olub. “First Cut Lab” yaradıcılıq laboratoriyasının həmtəsisçisi və direktorudur.

- Əddis Hacıyev (Mövzu: “Bədii quruluş: ideyadan ekrana qədər”) – Rusiya Kinematoqrafçıları İttifaqının Kino və TV Rəssamları Gildiyasının Vitse-Prezidenti. Moskva Kino Məktəbinin (MKB) “Bədii quruluş” proqramının kuratoru. Britaniya Dizayn və İncəsənət Ali Məktəbinin müəllimi. Vizual mədəniyyət və bədii strategiyaların formalaşdırılması sahəsində ekspert. Onlarla bədii filmin və yüzlərlə digər audiovizual məhsulun vizual həllinin müəllifidir. 

- Matyas Erdeli (Sərbəst müzakirə) – HSC,  xarici dildə Ən Yaxşı Film nominasiyasında Oskar mükafatına layiq görülmüş, Kann Kinofestivalında Qran Pri,  həmçinin BAFTA və Qızıl Qlobus mükafatına layiq görülmüş, rejissor Laslo Nemeşin “Son of Saul” (“Saulun oğlu”) filminin quruluşçu operatorudur. Son bir neçə ildə Kann kinofestivalında çəkdiyi altı müxtəlif filmlə təmsil olunmuşdur. Rejissor Şon Darkin ilə çəkdiyi, baş rollarını Cud Lou və Kerri Kunun ifa etdiyi “The Nest” (“Yuva”) filminin premyerası Sundance festivalında baş tutmuşdur.

-Natalya Drozd (Mövzu: “Go international: beynəlxalq bazarda ilk addımlar”) –prodüser karyerasına 2009-cu ildə STV Kinoşirkətində başlamışdır. 2013-2015-ci illərdə B’EST-in prodüserlər üçün təhsil kursunun rusiyalı təşkilatçısı olmuşdur. O, 10-dan çox tammetrajlı bədii filmin, həmçinin Anna Parmasın "Gəl boşanaq!" (2019), Nataliya Meşaninovanın “Dünyanın ürəyi” (2018), Boris Xlebnikovun “Aritmiya” (2017) filmlərinin prodüseri və ko-prodüseri olmuşdur. Natalyanın layihələrinin əksəriyyəti Rusiya və Avropa ölkələri arasında ko-prodakşnlardan ibarətdir.  Prodüser qismində Natalya üç dəfə Euroimage fondunun dəstəyini almışdır.  

Qeyd edək ki, INTERACT layihəsinin vorkşoplar və digər tədbirlərdən ibarət olacaq növbəti mərhələlərinin keçirilmə formatı və statusu COVID-19 pandemiyasının vəziyyətindən asılı olaraq yenilənəcək. 

INTERACT ONLINE-da müntəzəm iştirak gələcək mərhələlərə akkreditasiya almaq imkanı verir.

Layihə iştirakçılarının sayı məhduddur!

Buna görə də proqrama qoşulmaq istəyənlərdən www.debutfilms.az/interact saytında onlayn qeydiyyatdan keçmələri xahiş olunur. Akkreditasiyadan sonra iştirakçılar yuxarıda qeyd olunan ustad dərslərinə qoşulmaq üçün ZOOM platformasına keçid əldə edəcəklər.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib