Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2008

Murad Hüseynov: Virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına ciddi riayət etməkdir

Karantin rejiminə ciddi əməl olunmaması fəsadlara səbəb ola bilər. Hazırkı vəziyyət narahatlıq yaradır. Çünki insanlar bəzən qaydaları pozur, karantin rejiminə əməl etmir və bu da çox ciddi narahatlıq yaradır. İnfeksiyanın yayıldığı ilk günlərdən ölkəmizdə də bu virusla mübarizənin yüksək səviyyədə təşkili üçün lazımi qərarlar qəbul olunub, infeksiyanın yayılmasının qarşısının alınması istiqamətində çox böyük işlər görülüb.

Hamı və hər kəs bu işdə nümunə göstərməlidir. Necə ki, Böyük Vətən müharibəsi illərində “Hamı bir nəfər üçün, bir nəfər hamı üçün!” şüarının tələblərinə uyğun yaşayırdılar, biz də bu gün Prezident İlham Əliyevin irəli sürdüyü “Biz birlikdə güclüyük” deyib milli birlik, vətəndaş həmrəyliyi və sosial məsuliyyət hissi nümayiş etdirməliyik. Bu da müharibədir, lakin həmin müharibədən fərqli olaraq onu gözlə görmək olmur. Yediyin yeməklə, udduğun hava ilə, toxunduğun əşya ilə bədəninə daxil ola bilən kiçik virus mikrobları gen və işıqlı dünyanı başına dar edə bilər. Bununla üzləşməmək üçün mümkün olan yolu çox asan və sadə yolu həkimlər göstəriblər: sosial məsafə, maska taxmaq və gigiyena qaydalarına riayət etmək!”

Bu sözləri Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov deyib.

Bu sahədə hər kəsin vətəndaş məsuliyyətinin xüsusi əhəmiyyət daşıdığını söyləyən Xalq artisti Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqa müraciətini xatırladıb: “Biz bu müraciətlərə dəstək olmalı və gələcəyimiz naminə həmrəylik nümayiş etdirməliyik. Sosial izolyasiya aksiyasında məsuliyyətlimizi hiss edək. Bütün dünyanın mübarizə apardığı koronavirusdan qorunmaqda, onun yayılmasının qarşısını almaqda təsirli vasitələrdən biri olan maskadan istifadə bu gün çox vacibdir. İndi hər kəs qaydalara riayət etməli, öz sağlamlığını nəzarətdə saxlamalı, gigiyena qaydalarına əməl edərək qoruyucu maskadan istifadə etməlidir. Bəllidir ki, virus hava-damcı yolu ilə yayılır və biz bunu görmürük. Bu səbəbdən də özümüzü və ətrafımızdakıları ikiqat qorumalıyıq. İndi bu xəstəlikdən qorunmaq üçün hər şey öz əlimizdədir. Hər kəs özünü qorumaqla ətrafdakıları qorumalıdır. Əfsus ki, hələ də cəmiyyətdə yaxın və qohumları yoluxmayana qədər virusa inanmayanlar var. Xəstəlik gələndə artıq çox gec olur. Ölkəmizin daha ağır fəsadlarla üzləşməməsi üçün qaydalara əməl etməli, tibbi maskalardan istifadə olunmalı, sosial məsafə saxlanılmalıdır. Bu bir reallıqdır ki, ki, karantin rejiminin tələblərinin pozulması, məsuliyyətsiz yanaşma daha ciddi təhlükəyə səbəb olur. Vətəndaşlarımız bilməlidir ki, virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına riayət etməkdir. Cəmiyyət olaraq sona qədər həmrəylik nümayiş etdirəcəyimiz halda bu mürəkkəb vəziyyətdən çıxa biləcəyik. Biz nə qədər pozuntulara qarşı barışmaz olsaq, ətrafımızdakı insanların biganəliyinə qarşı mübarizlik nümayiş etdirsək, bir o qədər tez və müsbət nəticə əldə edə bilərik. Çalışaq ki, bu çətin məqamda özümüzlə harmoniyanı tarazlaşdıra bilək , yeni maraqlar və fəaliyyətə köklənək”.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib