Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
302

Abay Kunanbayevin 175 illik yubileyinə həsr olunmuş videokonfrans təşkil olunub

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, TÜRKSOY Beynəlxalq təşkilatı, Qazaxıstanın Azərbaycandakı səfirliyi, Azərbaycan Milli Kitabxanası və Dövlət Pedaqoji Universiteti birgə nəşr etdikləri görkəmli qazax şairi və mütəfəkkiri Abay Kunanbayevin 175 illik yubileyi münasibətilə “TÜRKSOY Kitabxanası” seriyasından professor Elman Quliyevin “Abay Kunanbayev” kitabının təqdimatına həsr olunmuş videokonfrans keçirib.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov açılış nitqi ilə çıxış edərək videokonfrans iştirakçılarını salamlayıb.

İki hissədən ibarət videokonfransda tanınmış elm adamları iştirak ediblər. Daha sonra “Selam sana kalemkaşlım” adlı video konfrans iştirakçılarına nümayiş olunub.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək bildirib ki, mütərəqqi bəşəriyyət və bütün türk dünyası, türkdilli xalqlar qazax xalqının böyük şairi Abayın yubileyini böyük təntənə ilə qeyd edir. Beynəlxalq mədəniyyət təşkilatı TÜRKSOY özünün çoxillik ənənələrinə sadiq qalaraq 2020-ci ili “Abay ili” elan etmişdir və çox təəssüflər olsun ki, bütün dünyanı cənginə alan pandemiya təhlükəsi Abayın yubileyinin geniş şəkildə qeyd olunmasına imkan vermədi və biz çox az tədbirlərlə kifayətlənməli olduq. Böyük Abay Azərbaycanda da daim sevilən şairlərdən olub və onun əsərləri, habelə Qazax ədəbiyyatının böyük klassiki Muxtar Auezovun “Abay” romanı hələ sovet dövründə Azərbaycanda çox böyük tirajla çap olunaraq yayılıb. Abayın şeirləri respublikamızda dillər əzbəri olub.

K.Tahirov öz çıxışını ümummilli liderimiz Heydər Əliyevin sözləri ilə bitirib: “Abay, onun yaradıcılığı bütün bəşəriyyətə, bütün xalqlara məxsusdur. Təbii ki, bu, qazax xalqının fəxri, qazax xalqının xoşbəxtliyidir. Çünki onun belə görkəmli övladı, alimi, maarifçisi var və o, öz xalqını xoşbəxtliyə və firavanlığa aparan düzgün yol göstərmişdir. Bununla yanaşı, o, bütün bəşəriyyətə, eyni zamanda, Azərbaycan xalqına məxsusdur”.

Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova kitabxananın tərtib etdiyi “Abay Kunanbayev – 175” (http://anl.az/el/vsb/Abay_Kunanbayev/index.htm ) adlı virtual kitab sərgisini konfrans iştirakçılarına təqdim etmişdir. Virtual sərgidə Abay Kunanbayev haqqında Azərbaycanın görkəmli şəxslərinin fikirləri, Abayın portretləri, müəllifi olduğu əsərlər, haqqında yazılan kitab və məqalələri tam mətnləri ilə öz əksini tapıb.

XƏBƏRLƏR

19.09.2020 17:43
“İrsimiz məsuliyyətimizdir” adlı layihənin ilk tədbiri keçirilib
18.09.2020 18:16
“İrsimiz Məsuliyyətimizdir” layihəsinə start verilir
18.09.2020 17:20
Kövkəb Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbinin əsaslı təmirdən sonra açılışı keçirilib
18.09.2020 16:41
“Güllələnmiş heykəllər” ziyarət olunub
18.09.2020 16:37
Dövlət Xidmətinin rəis müavini, rəisin vəzifə səlahiyyətlərini icra edən Azad Cəfərli Çıraqqalada aparılan bərpa işləri ilə tanış olub
18.09.2020 15:50
Milli Musiqi Günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub
18.09.2020 15:45
Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyi qeyd olunub
18.09.2020 14:33
Musiqi Mədəniyyəti Dövlət Muzeyi Milli Musiqi Günü münasibətilə tədbir keçirib
18.09.2020 12:32
Milli Məclisin Mədəniyyət komitəsinin iclasında Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov iştirak edib
17.09.2020 14:19
Milli Musiqi Günündə “O olmasın, bu olsun” yenidən nümayiş ediləcək
17.09.2020 11:32
Mədəniyyət Nazirliyinin ictimaiyyətə müraciəti geniş maraq doğurub
16.09.2020 16:39
“Muzey eksponatının hekayəsini sən danış” müsabiqəsinin qalibləri mükafatlandırıldı
16.09.2020 14:44
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin 10 illik yubileyi münasibəti ilə sənədli film hazırlanır
16.09.2020 09:37
Özbəkistan mətbuatında qədim və orta əsrlərdə Azərbaycan-özbək xalqları arasındakı əlaqələrə dair məqalə dərc olunub
16.09.2020 09:29
“Öncə Vətəndir” adlı onlayn fotoplakat sərgisi açılıb
16.09.2020 09:27
Özbəkistan portalı Azərbaycanın işğal edilmiş torpaqlarında tarixi abidələrin dağıdılması ilə bağlı məqalə yayıb
15.09.2020 10:49
Dövlət Rəsm Qalereyası tərəfindən növbəti onlayn sərgi - “Öncə Vətəndir”
15.09.2020 09:08
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə rəis müavini təyin edildi
14.09.2020 18:15
Uşaqlar və böyüklər üçün nəzərdə tutulan ustad dərsləri keçiriləcək
14.09.2020 12:36
Gənclər Kitabxanası “Əhmədiyyə Cəbrayılov 100” adlı biblioqrafik icmal tərtib edib
14.09.2020 10:48
Dövlət Rəsm Qalereyasının “Digitalart-lab” adlı layihəsi davam edir
14.09.2020 10:27
“Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür