Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
771

Anar Kərimov Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral ilə görüşüb

Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşdü.

Anar Kərimov səfiri salamlayaraq ilk görüşünün məhz Türkiyə səfiri ilə keçirilməsinin əlamətdar olduğunu bildirdi. O, son günlərdə baş verən hadisələrdə qardaş Türkiyənin hər zaman olduğu kimi Azərbaycanı tək qoymamasına və hərtərəfli dəstəyinə görə minnətdarlığını ifadə etdi.

Daha sonra mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Anar Kərimov Türkiyə ilə mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, hüquqi bazanın genişləndirilməsi, konkret sahələr üzrə təcrübə mübadiləsinin aparılması və ortaq mədəni irsin qorunması üçün geniş imkanlar olduğunu qeyd edib. Bildirib ki, mədəniyyət sənayeləri, kino, mədəni irs və muzey işi sahələrində Türkiyə təcrübəsinin öyrənilməsi Mədəniyyət Nazirliyinin prioritetlərindən biridir.

Erkan Özoral qəbula görə Anar Kərimova təşəkkür edib. Səfir Azərbaycanla Türkiyə arasında tarixən mövcud olan dostluq və qardaşlıq münasibətlərinin mədəniyyət sahəsində əməkdaşlıqda da ön planda olduğunu və bundan sonra da əməkdaşlığın inkişafı üçün əlindən gələni edəcəyini bildirib. Bu istiqamətdə xüsusilə mədəniyyət sahəsində tələbə mübadiləsi, mədəni irsin və tarixi abidələrin bərpası ilə bağlı Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) ilə əməkdaşlıq və hər zaman olduğu kimi beynəlxalq platformalarda əməkdaşlıq sahəsində də işlərin davam etdiriləcəyinə əminliyini ifadə edib.

Sonda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə işçi qrupun tərkibinin yenidən formalaşdırılması barədə razılığa gəlinib.

XƏBƏRLƏR

19.09.2020 17:43
“İrsimiz məsuliyyətimizdir” adlı layihənin ilk tədbiri keçirilib
18.09.2020 18:16
“İrsimiz Məsuliyyətimizdir” layihəsinə start verilir
18.09.2020 17:20
Kövkəb Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbinin əsaslı təmirdən sonra açılışı keçirilib
18.09.2020 16:41
“Güllələnmiş heykəllər” ziyarət olunub
18.09.2020 16:37
Dövlət Xidmətinin rəis müavini, rəisin vəzifə səlahiyyətlərini icra edən Azad Cəfərli Çıraqqalada aparılan bərpa işləri ilə tanış olub
18.09.2020 15:50
Milli Musiqi Günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub
18.09.2020 15:45
Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyi qeyd olunub
18.09.2020 14:33
Musiqi Mədəniyyəti Dövlət Muzeyi Milli Musiqi Günü münasibətilə tədbir keçirib
18.09.2020 12:32
Milli Məclisin Mədəniyyət komitəsinin iclasında Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov iştirak edib
17.09.2020 14:19
Milli Musiqi Günündə “O olmasın, bu olsun” yenidən nümayiş ediləcək
17.09.2020 11:32
Mədəniyyət Nazirliyinin ictimaiyyətə müraciəti geniş maraq doğurub
16.09.2020 16:39
“Muzey eksponatının hekayəsini sən danış” müsabiqəsinin qalibləri mükafatlandırıldı
16.09.2020 14:44
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin 10 illik yubileyi münasibəti ilə sənədli film hazırlanır
16.09.2020 09:37
Özbəkistan mətbuatında qədim və orta əsrlərdə Azərbaycan-özbək xalqları arasındakı əlaqələrə dair məqalə dərc olunub
16.09.2020 09:29
“Öncə Vətəndir” adlı onlayn fotoplakat sərgisi açılıb
16.09.2020 09:27
Özbəkistan portalı Azərbaycanın işğal edilmiş torpaqlarında tarixi abidələrin dağıdılması ilə bağlı məqalə yayıb
15.09.2020 10:49
Dövlət Rəsm Qalereyası tərəfindən növbəti onlayn sərgi - “Öncə Vətəndir”
15.09.2020 09:08
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə rəis müavini təyin edildi
14.09.2020 18:15
Uşaqlar və böyüklər üçün nəzərdə tutulan ustad dərsləri keçiriləcək
14.09.2020 12:36
Gənclər Kitabxanası “Əhmədiyyə Cəbrayılov 100” adlı biblioqrafik icmal tərtib edib
14.09.2020 10:48
Dövlət Rəsm Qalereyasının “Digitalart-lab” adlı layihəsi davam edir
14.09.2020 10:27
“Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür