Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2201

“Sosial izolyasiya dövründə kitabxanaların fəaliyyəti” mövzusunda onlayn tədbir təşkil edilib

Respublika Gənclər Kitabxanası Gəncə şəhər MKS-i və onun tabeliyində fəaliyyət göstərən 16 saylı filialın əməkdaşları ilə “Zoom” proqramı vasitəsilə “Sosial izolyasiya dövründə kitabxanaların fəaliyyəti” mövzusunda birgə tədbir təşkil edib.

Respublika Gənclər Kitabxanasının fəaliyyətinin əsas prinsipi olan “Öyrənək, öyrədək” şüarı əsasında təşkil edilən onlayn tədbirin əsas məqsədi təcrübə mübadiləsi, karantin dövründə kitabxanaların fəaliyyətində müşahidə edilən yeniliklər və onların müzakirəsi olub. İki saata yaxın davam edən onlayn konfransı giriş sözü ilə açan aparıcılar Hüquq informasiya şöbəsinin müdiri Günay Həsənova və 16 nömrəli kitabxana filialının böyük kitabxanaçısı Mirvari Cəfərova Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyevin və Gəncə şəhər MKS-nin direktoru Elmira Əliyevanın bu tip tədbirlərin keçirilməsi mühümlüyünə və bu layihələrin kitabxanalararası əlaqələrin, əməkdaşlığın inkişafında mühüm rol oynamasına dair söylədikləri fikirləri tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Tədbir hər üç kitabxananın mütəxəssislərinin çıxışları, fikir mübadilələri əsasında keçib. Tədbirdə Respublika Gənclər Kitabxanasının direktor müavini Xalidə Musayeva “Karantin dövründə Respublika Gənclər Kitabxanasının fəaliyyətinə baxış”, Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri Səadət Şəfiyeva “Virtual sərgilər və videoçarxlar”, Metodika və biblioqrafiya şöbəsinin müdiri Tamella Məmmədova “Elektron məlumat bazaları”, Xarici ədəbiyyat şöbəsinin müdiri Nübar Cəlilova “Xarici dillərdə tərtib edilən virtual kitab sərgiləri və videoçarxlar”, Gəncə MKS-i və onun tabeliyində olan 16 saylı filialdan isə Metodiki işlərin təşkili şöbəsinin müdiri İradə Abbasova “Pandemiya şəraitində MKS-nin fəaliyyəti”, Məlumat biblioqrafiya şöbəsinin müdiri Səbinə Məmmədova “Pandemiya şəraitində biblioqrafik sorğular”, Kitabxanalararası abonement şöbəsindən Vüsalə Hüseynova “Pandemiya şəraitində virtual sifariş”, Komplektləşdirmə və kitabişləmə şöbəsi müdiri Gülnaz İsgəndərova “Pandemiya şəraitində MKS-nin yeni layihələri” 16 nömrəli kitabxana filialının böyük kitabxanaçısı Mirvari Cəfərova “Sosial izolyasiya dövründə tədbirlərin keçirilməsi” mövzularında çıxışlar ediblər.

“Zoom” proqramı vasitəsilə “Sosial izolyasiya dövründə kitabxanaların fəaliyyəti” mövzusunda keçirilən birgə tədbirin görüntüləri Respublika Gənclər Kitabxananın sosial şəbəkələrinə yerləşdirilib.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb