Azərbaycan Milli Xalça Muzeyi tanınmış mütəxəssislərin müxtəlif mövzulara həsr olunmuş mühazirələrini keçirməyə davam edir.
Beləliklə, Azərbaycan Milli Xalça Muzeyi sizi tarix elmləri doktoru Tarix Dostiyevin “Səlcuq dövrü keramikası” mövzusunda mühazirəsini dinləməyə dəvət edir. Mühazirədə XI-XII əsrlərdə müsəlman mədəniyyətinin inkişafında önəmli rol oynamış Səlcuq türklərinin hakimiyyəti dövründə yüksək inkişaf edən sənət sahələrindən birinin - bədii keramikanın ümumi xüsusiyyətlərindən bəhs olunacaq. Həmçinin muzeyin kolleksiyasında saxlanılan Səlcuq dövrünə aid keramika haqqında ətraflı məlumat veriləcək. Mühazirə Azərbaycan dilində aparılacaq.
Məlumat üçün bildiririk ki, karantin qaydalarına əsasən mühazirə iştirakçılarının sayı 10 nəfərdən artıq olmayacaq. Bunu nəzərə alaraq, aşağıdakı linkə daxil olaraq öncədən qeydiyyatdan keçməyiniz xahiş olunur.