15.09.2020 10:25
Bu gündən etibarən, Azərbaycan Milli Xalça Muzeyi həftə içi çərşənbə axşamı – cümə günləri, saat 10.00-dan 20.00-dək açıq olacaq.
Muzeyin fəaliyyəti mövcud qaydalara, sanitar normalarına və metodiki göstərişlərin tələblərinə uyğun təşkil olunacaq, muzeyə 10 nəfərdən çox olmayan qruplar buraxılacaq.
Şənbə-bazar günləri dezinfeksiya işləri ilə əlaqədar muzey ictimaiyyət üçün bağlı qalacaq.