Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1029

Mədəniyyət Nazirliyinin ictimaiyyətə müraciəti geniş maraq doğurub

Azərbaycan xalqının zəngin mədəni irsinin qorunması, təbliği, ölkəmizdə mədəniyyətin müxtəlif  sahələrinin inkişaf etdirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqətindədir. Ölkəmizdə, bütün sahələrdə olduğu kimi, dövlət rəhbərliyinin yüksək diqqət və qayğı göstərdiyi mədəniyyət sahəsində də kompleks və sistemli islahatların həyata keçirilməsi günün tələbidir. Bu islahatların və reallaşdırılacaq işlərin daha səmərəli olmasını təmin etmək üçün mədəniyyətin müxtəlif sahələrində fəaliyyət göstərən təşkilatların və fərdlərin fikir, rəy və təkliflərinin nəzərə alınması da əhəmiyyət kəsb edir.

6 avqust 2020-ci il tarixində Mədəniyyət Nazirliyi tərəfindən mədəniyyət sahəsində fəaliyyət göstərən təşkilatların, bu sahə ilə bağlı insanların, yaradıcı şəxslərin fikir və təkliflərini öyrənmək məqsədilə ictimaiyyətə müraciət olunmuşdu.

Nazirliyin ictimaiyyətə müraciəti geniş maraq doğurmuşdur. Bununla bağlı indiyədək müraciətdə qeyd edilən info@creative.az elektron poçt ünvanına onlarla vətəndaş, dövlət və özəl mədəniyyət müəssisələri tərəfindən 22 müxtəlif sahə üzrə (tədris, mədəniyyətimizin xarici ölkələrdə təbliği, gənc kadrlara dəstəyin gücləndirilməsi, kitabxanaların fəaliyyətinin təkmilləşdirilməsi, mədəniyyət sahəsində idarəetmə, mədəni irsin qorunması, kino, teatr və musiqi sahələrinin inkişafı) çoxlu sayda rəy və təklif daxil olmuşdur.

Bundan əlavə, mədəniyyətimizin televiziya/radio kanallarında və sosial şəbəkələrdə  geniş təbliğ olunması, regionlarda mədəniyyət müəssisələrinin idarəedilməsində yeniliklərin tətbiq olunması, mədəniyyət müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı təkliflər, ayrı-ayrı layihə və müraciətlər daxil olmuşdur.

Göndərilən rəy və təkliflər Mədəniyyət Nazirliyi tərəfindən baxılaraq gələcək fəaliyyətdə nəzərə alınacaqdır.

XƏBƏRLƏR

20.10.2020 16:37
Mədəniyyət Nazirliyinin Xudafərin körpüləri ilə bağlı Bəyanatı
15.10.2020 18:02
Anar Kərimov Ermənistanın Gəncə şəhərinə raket hücumu ilə bağlı UNESCO baş direktoruna müraciət edib
14.10.2020 09:30
Şuşa qalasına həsr olunmuş virtual sərgi açılıb
12.10.2020 09:15
Mədəniyyət obyektlərinin oğurlanması və ya qeyri-qanuni ixracı ilə bağlı beynəlxalq onlayn konfrans keçirilib
09.10.2020 18:14
Mədəniyyət Nazirliyi “Qarabağnamə” layihəsini təqdim edir
09.10.2020 10:27
Mədəniyyət Nazirliyində Özbəkistan səfiri ilə görüş keçirilib
07.10.2020 11:35
Mədəniyyət Nazirliyi tərəfindən beynəlxalq təşkilatlara müraciət ünvanlanıb
05.10.2020 11:13
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin BƏYANATI
03.10.2020 16:18
“Ordumuz üçün yarat” layihəsinin təqdimatı keçirildi
03.10.2020 12:29
Anar Kərimov Rusiya və Kolumbiyanın ölkəmizdəki səfirləri ilə görüşüb
02.10.2020 15:17
Anar Kərimov Böyük Britaniyanın ölkəmizdəki səfiri və Britaniya Şurasının təmsilçisi ilə videokonfrans formatında görüşüb