Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
692

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı onlayn tamaşaları təqdim edəcək

Ənənəvi olaraq hər il sentyabr ayında yeni mövsümünə başlayan Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı koronavirus pandemiyası ilə əlaqədar karantin şəraitində bu il bir qədər fərqli şəkildə öz tamaşaçıları ilə görüşəcəkdir.

Bu məqsədlə Teatrın virtual repertuarı tərtib edilmiş və ilk olaraq sentyabrın 19-da opera həvəskarları internet üzərindən (teatrın www.tob.az saytında və youtube  kanalında) dahi bəstəkarımız Üzeyir Hacıbəylinin "Koroğlu" operasının tamaşasını seyr edə biləcəklər. Qeyd edək ki, tamaşada əsas rolları Əməkdar artistlər Ramil Qasımov (Koroğlu), İlahə Əfəndiyeva (Nigar), Cahangir Qurbanov (Həsən xan) və b. ifa edəcəklər.

Eyni zamanda sentyabrın 20-də F.Əmirovun "Min bir gecə" baleti,  sentyabrın 23-də M.Maqomayevin "Şah İsmayıl" operası, sentyabrın 26-da V.A.Motsartın "Hamı belə edir" operası, 27-də N.Əliverdibəyovun "Cırtdan" uşaq operası və sentyabrın 30-da Q.Qarayevin "Yeddi gözəl" baletinin  tamaşaları nümayiş olunacaqdır.

XƏBƏRLƏR

20.10.2020 16:37
Mədəniyyət Nazirliyinin Xudafərin körpüləri ilə bağlı Bəyanatı
15.10.2020 18:02
Anar Kərimov Ermənistanın Gəncə şəhərinə raket hücumu ilə bağlı UNESCO baş direktoruna müraciət edib
14.10.2020 09:30
Şuşa qalasına həsr olunmuş virtual sərgi açılıb
12.10.2020 09:15
Mədəniyyət obyektlərinin oğurlanması və ya qeyri-qanuni ixracı ilə bağlı beynəlxalq onlayn konfrans keçirilib
09.10.2020 18:14
Mədəniyyət Nazirliyi “Qarabağnamə” layihəsini təqdim edir
09.10.2020 10:27
Mədəniyyət Nazirliyində Özbəkistan səfiri ilə görüş keçirilib
07.10.2020 11:35
Mədəniyyət Nazirliyi tərəfindən beynəlxalq təşkilatlara müraciət ünvanlanıb
05.10.2020 11:13
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin BƏYANATI
03.10.2020 16:18
“Ordumuz üçün yarat” layihəsinin təqdimatı keçirildi
03.10.2020 12:29
Anar Kərimov Rusiya və Kolumbiyanın ölkəmizdəki səfirləri ilə görüşüb
02.10.2020 15:17
Anar Kərimov Böyük Britaniyanın ölkəmizdəki səfiri və Britaniya Şurasının təmsilçisi ilə videokonfrans formatında görüşüb