Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
740

Anar Kərimov Portuqaliyanın səfiri ilə görüşdü

Sentyabrın 23-də Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Portuqaliya Respublikasının Türkiyə Respublikası və Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Paula Leal da Silva səlahiyyət müddətinin sona çatması münasibətilə qəbul edib.

Görüşdə Portuqaliya Respublikasının Azərbaycan Respublikasındakı fəxri konsulu Murad Rəhimov və Səfirliyin mədəniyyət və təhsil məsələləri üzrə müşaviri Mario Tiago Paixao da iştirak edib.

Səfir Paula Leal da Silva əvvəlcə səmimi qəbulə görə Anar Kərimova təşəkkür edib, çalışdığı müddət ərzində ölkələrimiz arasında mədəniyyətin qarşılıqlı maraq kəsb edən sahələrində əməkdaşlıqdan və həyata keçirilmiş işlərdən söhbət açıb.

Görüş zamanı ölkəmizin mədəni irsinin qorunması sahəsində birgə əməkdaşlıq, portuqal dilinin Azərbaycanda təbliği ilə bağlı layihələrin reallaşdırılması, sosial media vasitəsilə portuqaliyalı və azərbaycanlı gənclər arasında mübadilə proqramlarının həyata keçirilməsi  və digər məsələlər barədə müzakirələr aparılıb.

Sonda Anar Kərimov Azərbaycan-Portuqaliya arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, ikitərəfli münasibətlərin daha da genişləndirilməsi və ölkələrimizin bir-birinə qarşılıqlı dəstək verməsindən məmnunluğunu ifadə edib, səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.

XƏBƏRLƏR

23.10.2020 15:58
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Zəngilandakı məscidin ermənilər tərəfindən təhqir olunması ilə bağlı BƏYANATI
20.10.2020 16:37
Mədəniyyət Nazirliyinin Xudafərin körpüləri ilə bağlı Bəyanatı
15.10.2020 18:02
Anar Kərimov Ermənistanın Gəncə şəhərinə raket hücumu ilə bağlı UNESCO baş direktoruna müraciət edib
14.10.2020 09:30
Şuşa qalasına həsr olunmuş virtual sərgi açılıb
12.10.2020 09:15
Mədəniyyət obyektlərinin oğurlanması və ya qeyri-qanuni ixracı ilə bağlı beynəlxalq onlayn konfrans keçirilib
09.10.2020 18:14
Mədəniyyət Nazirliyi “Qarabağnamə” layihəsini təqdim edir
09.10.2020 10:27
Mədəniyyət Nazirliyində Özbəkistan səfiri ilə görüş keçirilib
07.10.2020 11:35
Mədəniyyət Nazirliyi tərəfindən beynəlxalq təşkilatlara müraciət ünvanlanıb
05.10.2020 11:13
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin BƏYANATI
03.10.2020 16:18
“Ordumuz üçün yarat” layihəsinin təqdimatı keçirildi
03.10.2020 12:29
Anar Kərimov Rusiya və Kolumbiyanın ölkəmizdəki səfirləri ilə görüşüb