Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
342

“Tarixin yaddaşı unudulmur: Faşizm üzərində qələbənin 75 illiyinə həsr olunur” adlı növbəti regional onlayn seminar keçirilib

Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi (MSXƏEBM) Lənkəran, Lerik, Astara rayonlarının muzey müəssisələrində və Heydər Əliyev mərkəzlərində çalışan əməkdaşlar üçün Mədəniyyət Nazirliyinin 2020-ci ilin II yarımilinin iş planının müvafiq bəndinin icrası ilə əlaqədar “Tarixin yaddaşı unudulmur: Faşizm üzərində qələbənin 75 illiyinə həsr olunur” adlı növbəti regional onlayn seminar keçirilib.

Tədbirdə 1941-45 ci illərdə baş vermiş Böyük Vətən müharibəsinə və qələbənin əldə olunmasında Azərbaycan xalqının igid oğul və qızlarının qəhrəmanlıqlarından, habelə Azərbaycanın mədəniyyət və elm xadimlərinin xidmətlərindən söhbət açılıb. Vurğulanıb ki, 1941-1945-ci illərdə qazanılmış qələbədə üç amil həlledici rol oynayıb. Onlardan biri Azərbaycanın Bakı nefti ilə cəbhəyə köməyidir. Müharibə illərində ölkənin neft və neft məhsulları, təyyarələrin və tankların motor yağı, benzinlə təmin edilməsinin dörddə üçü Azərbaycanın istehsalı idi. Akademik Y. Məmmədəliyev də öz kəşfi ilə Iikinci Dünya müharibəsi illərində aviasiyamızın yüksək oktanlı yanacaqla təmin edilməsinə kömək edib.

Azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci diviziyalar Simferopolun, Odessanın və digər şəhərlərin, 77-ci diviziya Polşa və Çexoslovakiyanın, 223-cü diviziya Yuqoslaviyanın azad olunmasında fəal iştirak ediblər. 416-cı diviziya Qafqazdan Berlinə qədər böyük döyüş yolu keçib, Berlinin süquta yetirilməsində xüsusi fəallıq göstərib.

Qeyd edilib ki, azərbaycanlı döyüşçülər partizan dəstələri tərkibində Avropanın bir neçə ölkəsində faşizmə qarşı müqavimət hərəkatında fəal iştirak etmişlər və beləliklə, həmvətənlərimizin təqribən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. 30 nəfəri “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilmişdir. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunublar.

Tədbir zamanı qeyd olunan faktlara aid maddi sübutların – müxtəlif vaxtlarda mərkəzin bərpaçı–rəssamları tərəfindən bərpa olunmuş nadir muzey əşyalarının bərpasını əks etdirən fotoşəkillərindən ibarət videoçarx nümayiş etdirilib.

XƏBƏRLƏR

23.10.2020 15:58
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Zəngilandakı məscidin ermənilər tərəfindən təhqir olunması ilə bağlı BƏYANATI
20.10.2020 16:37
Mədəniyyət Nazirliyinin Xudafərin körpüləri ilə bağlı Bəyanatı
15.10.2020 18:02
Anar Kərimov Ermənistanın Gəncə şəhərinə raket hücumu ilə bağlı UNESCO baş direktoruna müraciət edib
14.10.2020 09:30
Şuşa qalasına həsr olunmuş virtual sərgi açılıb
12.10.2020 09:15
Mədəniyyət obyektlərinin oğurlanması və ya qeyri-qanuni ixracı ilə bağlı beynəlxalq onlayn konfrans keçirilib
09.10.2020 18:14
Mədəniyyət Nazirliyi “Qarabağnamə” layihəsini təqdim edir
09.10.2020 10:27
Mədəniyyət Nazirliyində Özbəkistan səfiri ilə görüş keçirilib
07.10.2020 11:35
Mədəniyyət Nazirliyi tərəfindən beynəlxalq təşkilatlara müraciət ünvanlanıb
05.10.2020 11:13
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin BƏYANATI
03.10.2020 16:18
“Ordumuz üçün yarat” layihəsinin təqdimatı keçirildi
03.10.2020 12:29
Anar Kərimov Rusiya və Kolumbiyanın ölkəmizdəki səfirləri ilə görüşüb