Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
567

“Muzey eksponatının hekayəsini sən danış” müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olundu

Mədəniyyət Nazirliyinin ictimaiyyət tərəfindən böyük maraqla qarşılanan onlayn layihələrindən biri olan “Muzey eksponatının hekayəsini sən danış” müsabiqəsinin növbəti "Ən yaxşı xarici dildə yazılan hekayə" və "Ən yaxşı hekayə" kateqoriyaları üzrə qalibləri mükafatlandırılıb. Qaliblərə diplom və hədiyyələr nazirliyin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsində təqdim edilib.

Mədəniyyət Nazirliyi tərəfindən cari ilin 14 aprel tarixində elan edilən müsabiqənin əsas məqsədi cəmiyyətdə muzey işi sahəsinə yaradıcı münasibətin inkişaf etdirilməsi, istedadlı müəlliflərin aşkara çıxarılması, həmçinin mədəniyyətimizə marağın artırılmasıdır.

Müsabiqə çərçivəsində Museum.az “Facebook” səhifəsinin izləyicilərinə Bakı şəhərinin aparıcı muzeyləri – Azərbaycan Milli İncəsənət Muzeyinin və Azərbaycan Milli Xalça Muzeyinin fondunda qorunub saxlanılan, zəngin tarixə malik olan Azərbaycan incəsənəti, xalça, təsviri və dekorativ-tətbiqi sənət nümunələrindən seçilmiş tarixi, bədii, elmi əhəmiyyət kəsb edən 14 unikal eksponat təqdim edilmişdi. Müsabiqə iştirakçıları eksponatlardan birini seçərək ona həsr olunmuş yeni hekayə yazmalı idi.

Müsabiqənin dörd kateqoriya – "Qran Pri" kateqoriyası üzrə 3, "Ən yaxşı xarici dildə yazılan hekayə" kateqoriyası üzrə 4, "Ən yaxşı məktəbli hekayəsi" kateqoriyası üzrə 3 və "Ən yaxşı hekayə" kateqoriyası üzrə 9 olmaqla ümumilikdə 19 qalibi münsiflər heyəti tərəfindən seçilib.

Xatırladaq ki, ölkədə tətbiq olunan xüsusi karantin rejiminin tələbləri nəzərə alınaraq, sentyabrın 16-da Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən mükafatlandırma mərasiminə iki əsas kateqoriya (Qran Pri və “Ən yaxşı məktəbli hekayəsi) üzrə 5 qalib dəvət olunmuş və Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov tərəfindən qaliblər mükafatlandırılmışdı.

Müsabiqənin bütün qaliblərinin hekayələrinin toplanaraq kitab şəklində nəşr edilməsi və ictimaiyyətə təqdim edilməsi də nəzərdə tutulur.

XƏBƏRLƏR

23.10.2020 15:58
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Zəngilandakı məscidin ermənilər tərəfindən təhqir olunması ilə bağlı BƏYANATI
20.10.2020 16:37
Mədəniyyət Nazirliyinin Xudafərin körpüləri ilə bağlı Bəyanatı
15.10.2020 18:02
Anar Kərimov Ermənistanın Gəncə şəhərinə raket hücumu ilə bağlı UNESCO baş direktoruna müraciət edib
14.10.2020 09:30
Şuşa qalasına həsr olunmuş virtual sərgi açılıb
12.10.2020 09:15
Mədəniyyət obyektlərinin oğurlanması və ya qeyri-qanuni ixracı ilə bağlı beynəlxalq onlayn konfrans keçirilib
09.10.2020 18:14
Mədəniyyət Nazirliyi “Qarabağnamə” layihəsini təqdim edir
09.10.2020 10:27
Mədəniyyət Nazirliyində Özbəkistan səfiri ilə görüş keçirilib
07.10.2020 11:35
Mədəniyyət Nazirliyi tərəfindən beynəlxalq təşkilatlara müraciət ünvanlanıb
05.10.2020 11:13
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin BƏYANATI
03.10.2020 16:18
“Ordumuz üçün yarat” layihəsinin təqdimatı keçirildi
03.10.2020 12:29
Anar Kərimov Rusiya və Kolumbiyanın ölkəmizdəki səfirləri ilə görüşüb