Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
540

Respublika Gənclər Kitabxanası Beynəlxalq İnternet Forumda iştirak edib

Bu il faşizm üzərində Qələbənin 75 ili tamam olur. Bu qələbə bütün iştirakçı dövlətlər, o cümlədən Azərbaycan üçün də heç də asan başa gəlməyib. Minlərlə həmvətənlərimiz, Azərbaycanın qəhrəman oğul və qızları bu Qələbə naminə canlarından keçiblər. Onlar doğma Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda mərdliklə, hünərlə vuruşaraq həm də doğma Azərbaycan torpağını müdafiə ediblər. 170 mindən çox azərbaycanlının orden və medallarla təltif edilməsi, 130 nəfər həmyerlimizin isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi buna əyani sübutdur.

Qələbənin 75 illiyi münasibətilə beynəlxalq səviyyədə bir sıra tədbirlər, müsabiqələr, İnternet forumlar və s. təşkil olunmaqdadır. Belə müsabiqələrdən birində də Respublika Gənclər Kitabxanası iştirak edir.

Kitabxana İ.F.Varavva adına Krasnodar Vilayət Gənclər Kitabxanasının təşkil etdiyi “Qələbənin şifrəsi - BİRLİKDİR” adlı İnternet Foruma dəvət alıb. Məlumdur ki, Azərbaycan xalqının İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlıq nümunələri haqqında çoxlu sayda şeirlər, kitablar yazılıb, bədii və sənədli filmlər çəkilib, qəhrəmanların şərəfinə abidələr ucaldılıb, onların adları əbədiləşdirilib. İ.F.Varavva adına Krasnodar Vilayət Gənclər Kitabxanasının təşkil etdiyi “Qələbənin şifrəsi - BİRLİKDİR” adlı İnternet Forumun da əsas məqsədi Böyük Vətən müharibəsində iştirak etmiş qəhrəmanların amansız düşmənlə döyüşlərdə göstərdikləri misilsiz şücaət və igidliyini yaddaşlara həkk etmək və bugünkü nəsillər üçün daim örnək olaraq qalmasını təmin etməkdir.

Respublika Gənclər kitabxanası Beynəlxalq İnternet Foruma Azərbaycanın Xalq yazıçısı, 1941-1945-ci illərdə Şimali Qafqaz, Leninqrad, 1-ci və 4-cü Ukrayna cəbhələrində şərəfli döyüş yolu keçmiş Hüseyn Abbaszadə haqqında hazırladığı videomaterial və sözü gedən müəllifin qələmindən çıxmış iki dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanovun qəhrəmanlıqla keçən döyüş yolu və şücaətinə həsr etdiyi "General" romanı haqqında hazırladıqları esse ilə qatılıb. Müsabiqədə iştirak edən kitabxana əməkdaşları ilə yanaşı, İnternet Foruma fəal oxucuların cəlb edilməsi və sözügedən materialların hazırlanmasında oxucuların iştirakını təmin etmək “Qələbənin şifrəsi - BİRLİKDİR” adlı İnternet Forumun əsas şərtlərindən biri olub. Məhz bununla əlaqədar olaraq, Respublika Gənclər Kitabxanasının Xarici ədəbiyyat şöbəsinin fəal oxucuları bu işə cəlb edilib. Bu müsabiqəyə göndərilən materiallar İ.F.Varavva adına Krasnodar Vilayət Gənclər Kitabxanası tərəfindən gələcəkdə hazırlanacaq “Müharibənin müqəddəs səhifələri” adlı interaktiv ədəbiyyat xəritəsinin (elektron resurs) fraqmentlərinə çevriləcəklər. Bu isə öz növbəsində Respublika Gənclər Kitabxanası tərəfindən müsabiqəyə təqdim olunan materialların beynəlxalq aləmdə geniş oxucu kütləsinə çatdırılmasına səbəb olacaqdır.

Hazırda “Qələbənin şifrəsi - BİRLİKDİR” adlı İnternet Forum öz işini davam etdirir.

XƏBƏRLƏR

23.10.2020 15:58
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Zəngilandakı məscidin ermənilər tərəfindən təhqir olunması ilə bağlı BƏYANATI
20.10.2020 16:37
Mədəniyyət Nazirliyinin Xudafərin körpüləri ilə bağlı Bəyanatı
15.10.2020 18:02
Anar Kərimov Ermənistanın Gəncə şəhərinə raket hücumu ilə bağlı UNESCO baş direktoruna müraciət edib
14.10.2020 09:30
Şuşa qalasına həsr olunmuş virtual sərgi açılıb
12.10.2020 09:15
Mədəniyyət obyektlərinin oğurlanması və ya qeyri-qanuni ixracı ilə bağlı beynəlxalq onlayn konfrans keçirilib
09.10.2020 18:14
Mədəniyyət Nazirliyi “Qarabağnamə” layihəsini təqdim edir
09.10.2020 10:27
Mədəniyyət Nazirliyində Özbəkistan səfiri ilə görüş keçirilib
07.10.2020 11:35
Mədəniyyət Nazirliyi tərəfindən beynəlxalq təşkilatlara müraciət ünvanlanıb
05.10.2020 11:13
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin BƏYANATI
03.10.2020 16:18
“Ordumuz üçün yarat” layihəsinin təqdimatı keçirildi
03.10.2020 12:29
Anar Kərimov Rusiya və Kolumbiyanın ölkəmizdəki səfirləri ilə görüşüb