Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1352

Mədəniyyət Nazirliyi müzəffər Ordumuza dəstək məqsədilə yeni layihələrə başlayır: “Mənim qəhrəman əsgərim” və “Ordumuz üçün yarat”

Azərbaycan xalqı müstəqillik tarixinin çox mühüm, taleyüklü, eyni zamanda şanlı, qalibiyyət soraqlı günlərini yaşayır. Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xətti zonasında yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi növbəti dəfə intensiv atəşə tutmasına və təcavüzkar əməllərini davam etdirməsinə cavab olaraq Silahlı Qüvvələrimiz Ali Baş Komandanın əmri ilə düşmənə qarşı indiyədək misli görünməmiş əks hücum əməliyyatına başlayıb. Müzəffər Ordumuz bütün cəbhə boyu işğalçı qüvvələrə sarsıdıcı zərbələr endirərək Vətən torpağını azad edir.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin mötəbər tribunalardan bütün dünyaya bəyan etdiyi tarixi həqiqəti – “Qarabağ Azərbaycandır!” gerçəyini bu günlər qəhrəman əsgər və zabitlərimiz döyüş meydanında rəşadət və şücaəti ilə həyata keçirir. Bütün xalqımız, dünyanın dörd bir yanında ürəyi Vətənlə döyünən soydaşlarımız bu günlər böyük zəfər yolunda tarix yazan igidlərimizlə sonsuz qürur duyur, şanlı Azərbaycan Ordusuna dəstəyini nümayiş etdirir. Millət və cəmiyyət olaraq hamılıqla Ordumuzun yanındayıq, Vətən sevdalı hər kəs bu yolda öz dəstəyini göstərməkdən şərəf duyur.

Müstəqil dövlətimizin suverenliyi və ölkəmizin ərazi bütövlüyü üçün tarixi əhəmiyyət kəsb edən bu günlərdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi müzəffər Ordumuza dəstək olaraq, cəmiyyətdə vətənpərvərlik ruhunun daha da yüksəldilməsi, əsgər və zabitlərimizin döyüş meydanında yazdığı tarixin bədii yaddaşda, sənət əsərlərində yaşadılması, həmçinin illərdir işğal altında qalan, dağıdılıb talan edilən tarixi-mədəni irsimizi bir daha dünyaya tanıdılması məqsədilə silsilə layihələrin icrasına başlayıb. Mədəniyyət və incəsənətimizin, ədəbiyyatımızın, təsviri sənətimizin, el sənətkarlığının Ordumuzla bir olduğunu nümayiş etdirəcək silsilə layihələr müsabiqə, təqdimat və təbliğat aksiyaları, digər tədbirləri ehtiva edir.

Bu layihələr çərçivəsində elan olunacaq “Mənim qəhrəman əsgərim” adlı ədəbiyyat müsabiqəsi Azərbaycan Ordusunun döyüş meydanındakı rəşadətini, igid hərbçilərimizin şücaətinin bədii nümunələrdə əks etdirilməsi məqsədi daşıyır.

Həyata keçiriləcək daha bir layihə “Ordumuz üçün yarat” aksiyasıdır. Layihəyə qoşulacaq hər bir iştirakçı özünün əl işi, təsviri və dekorativ tətbiqi sənət əsərləri, digər nümunələrlə müzəffər Ordumuza sənət dəstəyini, eyni zamanda qabiliyyət və təxəyyülünü ifadə edə bilər. Layihə çərçivəsində ərsəyə gələcək əl işləri torpaqlarımızın bütövlüyünü qoruyan hərbçilərimizə ərməğan ediləcəkdir.

Qeyd edək ki, bu və digər layihələrin hər biri haqqında ictimaiyyətə ayrılıqda və ətraflı məlumat təqdim olunacaq.

İlkin mərhələdə layihələr barədə ətraflı məlumat almaq üçün (012) 498 20 62 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

XƏBƏRLƏR

25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!