Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
150

Macarıstan və Yaponiya ilə mədəni əməkdaşlıq müzakirə olunub

Sentyabrın 30-da Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Macarıstanın ölkəmizdəki səfiri Viktor Sederkenyi ilə görüşüb.

Görüş zamanı iki ölkə arasında mədəni əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fəaliyyət planının hazırlanması, mədəni irsin qorunması sahəsində Macarıstan ilə təcrübə mübadiləsinin aparılması kimi məsələlərə toxunulub. Həmçinin bu ilin noyabr ayında mədəni irsin rəqəmsallaşması ilə bağlı Macarıstanın təşkilatçılığı ilə keçiriləcək beynəlxalq onlayn konfransda Azərbaycan tərəfinin iştirakının vacibliyi vurğulanıb.

Anar Kərimov Şəki Xan sarayı ilə şəhərin tarixi mərkəzinin 2019-cu ildə UNESCO-nun Dünya irs siyahısına daxil edilməsində Macarıstanın dəstəyini yüksək qiymətləndirib. Görüşdə həmçinin Macarıstanın Türk Şurasına daxil olmaq istəyi ilə bağlı müzakirə aparılıb.

Sonda Anar Kərimov Ermənistan işğalçı hərbi birləşmələrinin cəbhə xətti boyunca yeni təxribatları haqqında diplomata məlumat verib. Bildirib ki, düşmən təcavüzkar siyasətini davam etdirərək Azərbaycanın yaşayış məntəqələrini artilleriya atəşinə məruz qoyur, dinc sakinləri qətlə yetirir. Ermənistanın son hücumları nəticəsində Azərbaycanın mədəni irsinə, tarix-mədəniyyət abidələrinə və infrastruktura ciddi ziyan vurulub.

***

Yaponiyanın ölkəmizdəki səfiri Vada Cuniçi ilə görüşdə Anar Kərimov diplomata Azərbaycanda fəaliyyətə başlaması münasibətilə təbriklərini çatdırıb. Qeyd edilib ki, hər iki ölkənin tarixi İpək Yolu üzərində yerləşməsi böyük həmiyyət kəsb edir və Azərbaycan bu tarixi marşrut üzərində yerləşən ölkələrlə əməkdaşlığa önəm verir. Hazırda ölkəmizdə bir çox sahədə Yaponiya şirkətlərinin fəaliyyət göstərdiyini diqqətə çatdıran Anar Kərimov mədəniyyət sahəsində fəaliyyət göstərən şirkətlərin də sayının artması arzusunu ifadə edib.

Görüşdə eyni zamanda Yaponiyada Azərbaycan dilinin Azərbaycanda yapon dilinin təbliği ilə bağlı layihələr haqqında söhbət aparılıb. Anar Kərimov qeyd edib ki, mədəni irsin qorunmasında Yaponiyanın böyük nailiyyətləri var: “Biz istərdik ki, yapon ekspertlərini ölkəmizə dəvət edək və onların təcrübəsindən faydalanaq. Həmçinin yaradıcı sənayenin ölkəmizdə inkişafı, mədəni irsin rəqəmsallaşması, mədəni sahədə əqli mülkiyyətin qorunması, özəl sektorun mədəniyyət sahəsinə investisiya qoya bilməsi ilə bağlı yapon təcrübəsi bizim üçün maraqlıdır”.

Görüşdə Yaponiyada Azərbaycan evinin Azərbaycanda Yaponiya evinin təsis edilməsinin əhəmiyyəti vurğulanıb, bu sahədə müvafiq addımların atılmasının zəruriliyi qeyd edilib.

Sonda Anar Kərimov işğalçı Ermənistanın hərbi təxribatları və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi üçün apardığı haqlı mübarizə barədə diplomatı məlumatlandırıb.

 

XƏBƏRLƏR

20.10.2020 16:37
Mədəniyyət Nazirliyinin Xudafərin körpüləri ilə bağlı Bəyanatı
15.10.2020 18:02
Anar Kərimov Ermənistanın Gəncə şəhərinə raket hücumu ilə bağlı UNESCO baş direktoruna müraciət edib
14.10.2020 09:30
Şuşa qalasına həsr olunmuş virtual sərgi açılıb
12.10.2020 09:15
Mədəniyyət obyektlərinin oğurlanması və ya qeyri-qanuni ixracı ilə bağlı beynəlxalq onlayn konfrans keçirilib
09.10.2020 18:14
Mədəniyyət Nazirliyi “Qarabağnamə” layihəsini təqdim edir
09.10.2020 10:27
Mədəniyyət Nazirliyində Özbəkistan səfiri ilə görüş keçirilib
07.10.2020 11:35
Mədəniyyət Nazirliyi tərəfindən beynəlxalq təşkilatlara müraciət ünvanlanıb
05.10.2020 11:13
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin BƏYANATI
03.10.2020 16:18
“Ordumuz üçün yarat” layihəsinin təqdimatı keçirildi
03.10.2020 12:29
Anar Kərimov Rusiya və Kolumbiyanın ölkəmizdəki səfirləri ilə görüşüb
02.10.2020 15:17
Anar Kərimov Böyük Britaniyanın ölkəmizdəki səfiri və Britaniya Şurasının təmsilçisi ilə videokonfrans formatında görüşüb