01.10.2020 10:50
“Qarabağ – mədəniyyətimizin beşiyi” layihəsi çərçivəsində Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi haqqında məlumatı təqdim edirik:
Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi
Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi 1982-ci ildə yaradılmışdır. Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalından sonra Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi öz fəaliyyətini dayandırmış, muzeyin fondu tamamilə itirilmişdir. 1993-cü ildən isə muzey Bakı şəhərində qismən bərpa edilmişdir.
Hazırda Mehdiabad qəsəbəsində yaşayış binasının birinci mərtəbəsində fəaliyyət göstərir. Muzeyin əsas və köməkçi fondu 6.237 ədəd eksponat təşkil edir.