Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
269

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin tərəfdaş alimləri Gəncənin atəşə tutulması ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ünvanlayıblar

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yaxın tərəfdaşları olan tanınmış akademiklər Gəncə şəhərinin mülki əhalisinə və mədəni irsinə qarşı Ermənistan ordusunun təcavüzü ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ünvanlayıblar.

Müraciətdə deyilir: "Hər zaman ədalət, mərhəmət, harmoniya və ümumdünya qardaşlıq tərəfdaşlığını təbliğ edən Nizami Gəncəvinin vətəni olan Gəncənin mülki əhalisinə qarşı Ermənistan silahlı qüvvələrinin hücumlarını kəskin şəkildə qınayırıq. İnsanlardakı fərqliliklərə baxmayaraq, Gəncə şəhəri və Nizaminin məqbərəsi ümumdünya irsinə aid önəmli abidələrdəndir. Bir millətin mədəni irsini hədəfə almaq heç bir şəkildə bəraət qazana bilməz. Ermənistanın zorakılığını kəskin şəkildə qınayırıq, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatını və UNESCO-nu öz rollarını oynamağa, bəşəriyyətin irsini xilas etmək üçün tez bir zamanda məsələyə müdaxilə etməyə, Ermənistanı Azərbaycana qarşı təcavüzünü dayandırmaq üçün fəal iştiraka çağırırıq”.

XƏBƏRLƏR

23.10.2020 15:58
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Zəngilandakı məscidin ermənilər tərəfindən təhqir olunması ilə bağlı BƏYANATI
20.10.2020 16:37
Mədəniyyət Nazirliyinin Xudafərin körpüləri ilə bağlı Bəyanatı
15.10.2020 18:02
Anar Kərimov Ermənistanın Gəncə şəhərinə raket hücumu ilə bağlı UNESCO baş direktoruna müraciət edib
14.10.2020 09:30
Şuşa qalasına həsr olunmuş virtual sərgi açılıb
12.10.2020 09:15
Mədəniyyət obyektlərinin oğurlanması və ya qeyri-qanuni ixracı ilə bağlı beynəlxalq onlayn konfrans keçirilib
09.10.2020 18:14
Mədəniyyət Nazirliyi “Qarabağnamə” layihəsini təqdim edir
09.10.2020 10:27
Mədəniyyət Nazirliyində Özbəkistan səfiri ilə görüş keçirilib
07.10.2020 11:35
Mədəniyyət Nazirliyi tərəfindən beynəlxalq təşkilatlara müraciət ünvanlanıb
05.10.2020 11:13
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin BƏYANATI
03.10.2020 16:18
“Ordumuz üçün yarat” layihəsinin təqdimatı keçirildi
03.10.2020 12:29
Anar Kərimov Rusiya və Kolumbiyanın ölkəmizdəki səfirləri ilə görüşüb