Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2052

Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdə yerləşən Azərbaycanın mədəni irsinə həsr olunmuş brifinq keçirilib

Noyabrın 6-da Azərbaycan Milli İncəsənət Muzeyində Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdə yerləşən Azərbaycanın mədəni irsinə həsr olunmuş brifinq keçirilib.

Brifinqdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini, rəisin vəzifə səlahiyyətlərini icra edən Azad Cəfərli, Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə, Əməkdar memar, professor Fəxrəddin Miralayev iştirak etmişlər.

Brifinqi Azad Cəfərli açaraq Ermənistanın ölkəmizə qarşı 30 ilə yaxın davam edən hərbi təcavüz və işğalçılıq siyasətinin eyni zamanda Azərbaycanın mədəni irsini hədəf aldığını bildirmişdir. Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən işğal edilən Dağlıq Qarabağ və ona bitişik 7 rayonun ərazisində 2600-dən çox tarix və mədəniyyət abidəsinin əksəriyyətinin dağıdıldığı, mənimsənildiyi, təyinatına uyğun olmayan şəkildə istifadə olunduğu qeyd olunmuşdur.

Dövlət Xidmətinin rəsmisi Ermənistan Respublikası tərəfindən həyata keçirilən vandallıq aktlarından danışaraq vurğulayıb ki, işğal olunmuş rayonlarda yerləşən, öz zəngin koloriti və memarlıq quruluşu ilə seçilən məscidlər, Qafqaz Albaniyası dövrünə aid memarlıq abidələri məhv edilmiş, vandalizmə məruz qoyulmuş, mənimsənilmişdir.

Vurğulamışdır ki, Ermənistan Respublikası hazırda ölkəmizə qarşı beynəlxalq miqyasda da çirkin kampaniya aparmaqdadır. Belə əməllərdən biri, guya Azərbaycan Respublikası Silahlı Qüvvələrinin raket zərbəsi nəticəsində Şuşa şəhərində yerləşən “Qazançılar kilsəsi”nin zərər görməsi ilə bağlıdır. Azərbaycan Respublikasının ərazisində yerləşən istənilən abidə Azərbaycan xalqının mədəni irsinin ayrılmaz tərkib hissəsidir. Bu ərazilərdə yerləşən bütün mədəni irs nümunələri Azərbaycan xalqına məxsusdur. 1868-ci ildə Şuşa şəhərində “Qazançılar” adlanan kilsə inşa edilmişdir. Erməni müəllifi Markar Barxudaryantsa istinadən abidənin sovetlər dövründən qalan sənədlərində də bu kilsə “Qazançılar” kimi qeyd edilir. Abidənin 1987-ci ildə hazırlanmış pasportunda “Qazançılar” kilsəsinin qədim zərdüşt məbədinin üzərində inşa olunduğu qeyd olunmuşdur.

Şuşa şəhəri Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal olunana qədər “Qazançılar” kilsəsi dövlətimiz tərəfindən layiqincə qorunduğu diqqətə çatdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə dövlət qeydiyyatına alınmış (inventar № 358) kilsə ilk dəfə Azərbaycan SSR Nazirlər Sovetinin 1988-ci il  27 aprel tarixli 145 nömrəli qərarı ilə abidələr siyahısına daxil edilmişdir.

Həmçinin, Azərbaycan SSR Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən bərpa emalatxanasının mütəxəssisləri tərəfindən 1981-ci ildə hazırlanan layihə  əsasında 1984-1985-ci illərdə abidədə bərpa işləri aparılmışdır. Memar Fəxrəddin Miralayevin layihəsi əsasında aparılan bərpa işləri zamanı abidə ilə bağlı bir sıra faktlar aşkarlanmışdır. Şuşa şəhəri işğal edildikdən sonra qeyri-qanuni olaraq bu kilsə 3 dəfə “təmir-bərpa” prosesindən keçmişdir.

Dövlət Xidmətinin rəsmisi vurğulayıb ki,  “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixli Fərmanında tarix və mədəniyyət obyektlərinin (abidə və müəssisələrin) ilkin inventarlaşdırılması və mühafizəsi nəzərdə tutulmuşdur. Bütün torpaqlarımız işğaldan azad edildikdən sonra digər infrastruktur layihələri ilə yanaşı, tarix-mədəniyyət abidələrinin inventarlaşdırılması və mühafizəsi, o cümlədən bərpası istiqamətində də dövlətimiz tərəfindən mühüm işlərin həyata keçirilməsi nəzərdə tutulur.

Əməkdar memar, professor Fəxrəddin Miralayev  “Qazançılar” kilsəsinin tarixindən, orada aparılan təmir-bərpa işlərindən, eləcə də Ermənistan tərəfindən abidəyə edilmiş qanunsuz müdaxilələrdən danışıb. Bildirmişdir ki, “Qazançılar” kilsəsinin bərpası zamanı onun altında Zərdüştlüyə aid abidə qalıqları aşkarlanımışdır. Kilsənin memarlıq üslubu da erməni kilsələrinə xas bədii üslubda deyildir.

Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə bildirib ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə yerləşən yaşayış evləri, təhsil, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət, 85 musiqi və rəssamlıq məktəbi dağıdılıb. Bununla yanaşı, 100 mindən çox eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı erməni vandalizminin qurbanı olub.

Brifinqdə mətbuat nümayəndələrinin mövzu ilə bağlı sualları cavablandırılıb.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi