Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
7271

“Qarabağ mədəniyyətimizin beşiyi” layihəsinin növbəti təqdimatı Üzeyir Hacıbəylinin Şuşadakı ev-muzeyinə həsr edilib

Noyabrın 23-ü dahi bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi, müsəlman Şərqində ilk operanın müəllifi, görkəmli musiqişünas-alim, publisist, pedaqoq, ictimai xadim Üzeyir Hacıbəylinin anım günüdür.

Azərbaycan və dünya mədəniyyəti xəzinəsinə parlaq incilər bəxş edən, musiqinin müxtəlif janrlarında ölməz əsərlər yaradan, Azərbaycanın Dövlət Himninin möhtəşəm melodiyasını yazan, opera sənətimizin zirvəsi sayılan “Koroğlu”nun uvertürası ilə vətənpərvərlik duyğularımızı coşduran böyük sənətkarın ruhu bu gün şaddır.  

Çünki Üzeyir bəyin doğma şəhəri, boya-başa çatdığı musiqi beşiyi, millətimizin qürur rəmzi, Qarabağımızın baş tacı olan Şuşa noyabrın 8-də müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu işğaldan azad edilib. Xalqımızın 28 illik Şuşa həsrətinə son qoyulub.

1959-cu ildə Şuşa şəhərində Üzeyir Hacıbəylinin uşaqlıq illərini keçirdiyi evdə onun ev-muzeyi yaradılmışdı. Mədəniyyət Nazirliyi, Elmlər Akademiyası, Azərbaycan Tarixi Muzeyinin dəstəyi ilə fəaliyyətə başlayan muzeyin ekspozisiyasında bəstəkarın ilk yaradıcılıq illərinə aid əşyalar, əsərlərinin əlyazmaları, digər eksponatlar, həyat və yaradıcılığını əks etdirən fotoşəkillər nümayiş etdirilirdi.  1975-ci ildə dahi bəstəkarın Bakı şəhərində ev-muzeyi açılandan sonra da Şuşadakı muzey Üzeyir irsini yaşadan mədəniyyət ocağı kimi fəaliyyətini davam etdirib.

Bəstəkarın anadan olmasının ildönümləri, yubileyləri muzeydə mütəmadi olaraq dövlət səviyyəsində qeyd olunub. 1985-ci ildə Üzeyir Hacıbəylinin 100 illik yubileyi UNESCO tərəfindən geniş qeyd olunmuş, dünyanın bir çox ölkələrindən gəlmiş qonaqlar dahi bəstəkarın Şuşadakı ev-muzeyini ziyarət etmiş, burada böyük yubiley tədbirləri keçirilmişdi. 

1992-ci ilin mayında Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra muzey fəaliyyətini dayandırdı. İşğal öncəsi muzeyin eksponatlarının – bəstəkara məxsus əşyaların düşmən əlinə keçməsinə yol verilmədi. Bu eksponatlar hazırda Ü.Hacıbəylinin Bakıdakı ev-muzeyində saxlanılır.

Şuşadan gətirilmiş eksponatlar arasında Üzeyir bəyin şəxsi əşyaları, uşaqlıq papağı, kostyumu, eynəyi, paltosu, Qori Seminariyasında ifa etdiyi skripka, yazı ləvazimatı, mürəkkəbqabı, qələmdan, şəxsi albomu, şəkilləri, anası Şirinbəyin xanımın gəlinlik paltarı, bəstəkarın həyat və yaradıcılığına həsr olunmuş və muzeyə yadigar verilmiş kitablar var. Bu eksponatlardan ən dəyərlisi isə muzeyin həyətindəki Üzeyir bəyin çox sevdiyi armud ağacının dibindən götürülmüş bir ovuc Şuşa torpağıdır. 

Üzeyir bəyin xatirəsini yaşadan bu dəyərli eksponatların dahi bəstəkarın doğma şəhərinə, doğma evinə qayıdacağı, Şuşadakı ev-muzeyinin bərpa olunaraq fəaliyyətə başlayacağı günə isə az qalıb.


XƏBƏRLƏR

21.10.2021 16:02
Azərbaycan filmi Polşada beynəlxalq festivalda yarışacaq
21.10.2021 12:23
İkinci Azərbaycan Beynəlxalq Vokalçılar Festivalının təntənəli bağlanış mərasimi keçirilib
21.10.2021 10:36
Daşkənddə “Nizami Gəncəvi: Şərqin böyük şairi” adlı tədbir təşkil edilib
21.10.2021 10:24
Sankt-Peterburqda dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi qeyd olunub
20.10.2021 17:24
Mədəniyyət Nazirliyi “Qarabağın bərpa, yenidənqurma və inkişafı” beynəlxalq sərgisində təmsil olunur
20.10.2021 16:43
“Euronews” telekanalı “İşıq festivalı. Nizami Gəncəvi” ilə bağlı süjet yayımlayıb
18.10.2021 16:35
Əməkdar jurnalist Tamilla Haşımova vəfat edib
18.10.2021 13:36
"Biz" filmi VI Türk Dünyası Sənədli Film Festivalında mükafata layiq görülüb
18.10.2021 11:11
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində “Ölülər” tamaşası nümayiş olunub
18.10.2021 10:29
Akademik Milli Dram Teatrı uzun fasilədən sonra pərdələrini açdı
18.10.2021 10:06
Azərbaycan Respublikasının mədəniyyət xadimlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
18.10.2021 10:02
Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
15.10.2021 18:45
"Azərbaycanın Cənub bölgəsinin mətbəx mədəniyyəti" respublika elmi-praktiki konfransı keçirilib
15.10.2021 13:11
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov “Anadolu” Agentliyinə müsahibə verib
15.10.2021 12:38
Bakıda Nizami Gəncəvinin 880 illiyinə həsr olunan işıq festifalı keçirilir
14.10.2021 18:17
Nazir Anar Kərimov Çexiyanın Azərbaycandakı səfiri ilə görüşdü
14.10.2021 16:30
Nazir Anar Kərimov GUAM təşkilatının baş katibi ilə görüşüb
13.10.2021 17:52
Bakıda son illərin ən möhtəşəm kitab sərgisindən təəssüratlar...
13.10.2021 16:58
“Zəfər: körpələrin gülüşü”
13.10.2021 12:36
“Nəşr məhsullarının satınalınması” müsabiqəsinin nəticələri müəyyən olundu
12.10.2021 18:18
VII Bakı Beynəlxalq Kitab Sərgisi kitab sənayəsində yeni dönüş nöqtəsi yaratdı
12.10.2021 17:57
Kamil Əliyevin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
12.10.2021 12:18
Akademik Opera və Balet Teatrı 113-cü mövsümünə "Qıpçaq rəqsləri"nin premyerası ilə başlayıb
11.10.2021 14:04
Gəncədə Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş ümumşəhər tədbiri keçirilib
08.10.2021 17:30
Nazir Anar Kərimov İtaliyanın Azərbaycandakı səfiri ilə görüşdü
07.10.2021 17:07
Bakıda Nizami Gəncəvinin 880 illiyinə həsr olunan İşıq festivalı keçiriləcək
06.10.2021 16:29
VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı keçirildi