Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1549

V Buktreyler Festivalı qaliblərinin mükafatlandırılması mərasimi keçirildi

Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Kitabı tanıdın, kitabla tanının!” devizi altında təşkil olunan V Buktreyler Festivalı qaliblərinin mükafatlandırılması mərasimi noyabrın 23-də Beynəlxalq Muğam Mərkəzində keçirildi.

Tədbirdən əvvəl Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Mərasimi giriş sözü ilə açan kinoaktyor, prodüser, Buktreyler festivalının təsisçisi Ruslan Sabirli Vətən müharibəsində qələbimiz münasibətilə iştirakçıları təbrik etdi. Ali Baş Komandan və müzəffər Ordumuzun şücaətinin bədii ədəbiyyat və kinoda əksini tapmasının gələcək nəsillər üçün böyük vətənpərvərlik dərsləri ola biləcəyini dedi.

Layihənin məqsəd və perspektivlərindən söz açan Ruslan Sabirli vurğuladı ki, bu il 5 illik yubileyini qeyd edən festivalın pandemiya səbəbindən müddəti uzadılıb və qaliblər ənənəvi olaraq aprel və may aylarında deyil, məhz bu gün elan edilir. Bildirildi ki, buktreyler kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə yönələn, onun ən maraqlı məqamlarını özündə əks etdirən videoçarx və ya kitabın məzmunundan bəhs edən qısametrajlı filmlərdir.

Buktreylerin ədəbiyyat, kino, reklam və internet texnologiyalarını özündə cəmləşdirən incəsənət növü olduğunu diqqətə çatdırdan layihə rəhbəri festivalın təşkilində göstərdiyi dəstəyə görə Mədəniyyət Nazirliyinə və Beynəlxalq Muğam Mərkəzinə təşəkkürünü bildirdi.

Tədbirdə çıxış edən Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Akif Marifli festivalın əhəmiyyətini yüksək qiymətləndirdi, qaliblərə təbriklərini çatdırdı. Bildirdi ki, buktreyler festivalı dünyanın bir çox ölkələrində geniş vüsət alıb: “Müasir rəqəmsallaşmış dövrdə müəlliflərin cəmiyyətə çıxışı üçün onlayn platforma kimi tətbiq edilən, ədəbiyyat və kino sahəsinin insanlarını bir araya gətirmək baxımından təqdirəlayiq layihədir. Arzu edirəm ki, festival hər il daha da yenilənərək inkişaf etsin, Vətənimizi, tariximizi, mədəni irsimizi tərənnüm edən professional işlər reallaşsın. Müəllifin kitaba köçürdüyünü rejissor vizual olaraq çatdıra bilsin və növbəti festivallar oxu sənətimizə layiqli töhfə verə bilsin. Kitaba sevgi və tələb günü-gündən artmalıdır. Təbliğat nə qədər çox olarsa, kitaba sevgi də bir o qədər çox olacaq”.

Münsiflər heyətinin üzvləri Əməkdar mədəniyyət işçisi, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Əməkdar artist Qurban Məsimov, jurnalist İlhamiyyə Rzayeva, Xalq artisti Xalidə Quliyeva çıxış edərək festivalın kitabın təbliği, mütaliəyə münasibətin yaradıcı formalarının inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafına xidmət etdiyini vurğuladılar.

Daha sonra qaliblər mükafatlandırıldı.

Rəşad Hüseynovun “Yeddinci mərtəbədə qətl” buktreyleri I, Ağaməli Əliyevin “Pinqvinlər uçur, Mali”, Orxan Adıgözəlovun “Ölsəm, bağışla” işləri II, Kərim Rəhimovun “Erməni zindanında 8 gün”, Mürsəl Qafarovun “Difai” fədailəri”, Masər Həsənovun “Çin olmuş yuxu” lentləri III yerə layiq görüldü.

Uğur qazanmış müəlliflərə diplom və Mədəniyyət Nazirliyinin mükafatları təqdim olundu.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib