Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
4472

Harvard İncəsənət Muzeyləri ilə əməkdaşlıq davam edir

ABŞ-da fəaliyyət göstərən Harvard İncəsənət Muzeylərinin (Harvard Art Museums) veb-saytında rəqəmsal kolleksiyalar bölməsində Qarabağ xalçasının erməni mədəniyyəti kimi təqdim olunması barədə Mədəniyyət Nazirliyinə müraciət daxil olmuşdur.

Mədəniyyət Nazirliyi tərəfindən Harvard İncəsənət Muzeyləri şəbəkəsinin veb-saytındakı rəqəmsal kolleksiyalar bölməsində yer alan həmin “Talış xalçası”nın (Eksponat nömrəsi: 1958.169) toxunulduğu məkanın artıq “Azərbaycan” olaraq düzəldildiyi aşkarlanmışdır.

Məsələ ilə bağlı Harvard İncəsənət Muzeyləri şəbəkəsi ilə əlaqə saxlanılmış və muzeyin rəqəmsal kolleksiyalarında səhvən erməni mədəniyyəti nümunəsi kimi təqdim olunmuş 1860-ci illərə aid olan “Talış xalçası”nın toxunduğu məkan bölməsində müvafiq düzəliş olunduğu üçün qarşı tərəfə təşəkkür edilmişdir.

Harvard İncəsənət Muzeylərində qorunan bu “Talış xalçası”nın Azərbaycanda toxunduğu, XIX əsr Azərbaycan mədəniyyəti nümunəsi olduğu və Ermənistanla heç bir əlaqəsi olmadığı qarşı tərəfin bir daha diqqətinə çatdırılmışdır. Əlavə olaraq, həmin xalçanın mənşəyi barədə tarixi arayış elektron poçt vasitəsilə Harvard İncəsənət Muzeylərinə göndərilmişdir.

Məlumat üçün qeyd edək ki, Qarabağ qrupu xalçalarının bədii kompozisiyasını nəbati elementlər, müxtəlif heyvan və quş təsvirləri, həndəsi motivlər təşkil edir. Harvard İncəsənət Muzeyinin kolleksiyasında qorunan həmin Qarabağ xalçası dünyada “Talış xalçası” kimi tanınır. Görkəmli alim, sənətkar, xalça ustası, Azərbaycan Milli Xalça Muzeyinin qurucusu, üç cildlik “Azərbaycan xalçası” kimi fundamental əsərin müəllifi Lətif Kərimovun təsnifatına görə bu xalça məhz Azərbaycan xalçalarının Qarabağ tipinə aiddir.

Eyni zamanda, qarşı tərəfə bu ilin noyabr ayında “Azərbaycanın ənənəvi xalçaçılıq sənəti”nin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10-cu ildönümü olduğu barədə məlumat verilmişdir.

Harvard İncəsənət Muzeylərində qorunan xalçaların atribusiyasının aparılması ilə bağlı hər zaman əməkdaşlıq etməyə hazır olduğumuz qarşı tərəfə bildirilmişdir.

Qeyd edilməlidir ki, dünya muzeylərində saxlanılan Azərbaycan mənşəli eksponatların tədqiqi və Azərbaycana məxsusluğunun sübutu üçün materialların toplanması, atribusiyanın aparılması prosesi bugün də davam etdirilməkdədir. 2017-ci ildə Londonun “HALİ Publications Ltd.” nəşriyyatı tərəfindən dərc olunan “Qafqazın ulduzu: Azərbaycan ipək tikmələri” (orijinalda “The Stars of Caucasus: Silk Embroideries from Azerbaijan”) kitabı tikmələr haqqında müfəssəl informasiyanı və əvvəllər araşdırılmamış eksponatların fotolarını özündə əks etdirən ilk akademik nəşr olmuşdur. Həmçinin, “Azərbaycan inciləri dünya muzeylərində” kitabının nəşr olunmasını da bu istiqamətdə görülən ən mühüm işlərdən biri hesab etmək olar.

Azərbaycan xalçaçılıq sənətinin inkişafı və beynəlxalq arenada tanıdılması, dünya muzeylərində qorunub saxlanılan Azərbaycan xalçalarına düzgün atribusiyanın verilməsi, xarici auksionlarda satışa çıxarılan xalçalarımızın alınaraq vətəninə geri qaytarılması istiqamətində də işlər davam etdirilir. Fransanın Luvr muzeyi və Böyük Britaniyanın Viktoriya və Albert Muzeyi, Britaniya muzeyi və digər muzeylər ilə Mədəniyyət Nazirliyi və nazirliyin aparıcı muzeylərinin əməkdaşlığı bu çərçivədə atılan mühüm addımlardandır.

 

Sözügedən xalça ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiz:

https://www.harvardartmuseums.org/collections/object/214565?position=0

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb