Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1651

Müvəqqəti komendantlıqlar üzrə Mədəniyyət Nazirliyinin fəaliyyəti ilə bağlı Koordinasiya qrupunun iclası keçirildi

“Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanından irəli gələn məsələlərin, o cümlədən tarix və mədəniyyət obyektlərinin (abidələrinin və müəssisələrinin) ilkin inventarlaşdırılması və mühafizəsi ilə bağlı vəzifələrin icrasını təmin etmək məqsədilə işğaldan azad olunmuş ərazilərdə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar üzrə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyəti ilə bağlı yaradılmış Koordinasiya qrupunun 25 noyabr 2020-ci il tarixində videoformatda iclası keçirildi.

İclası giriş sözü ilə Koordinasiya qrupunun rəhbəri, Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Vasif Eyvazzadə açaraq ilk öncə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xalqımızın böyük qələbəsi, ölkəmizin ərazilərinin işğaldan azad olunması münasibətilə iclas iştirakçılarını təbrik etdi, Vətən müharibəsində tarixi zəfərimizin nəticəsi kimi noyabrın 25-də Kəlbəcər rayonunun işğaldan azad olunduğunu dedi.

V.Eyvazzadə müvəqqəti komendantlıqların nəzdindəki əməliyyat qərargahlarında nazirliyi təmsil edən nümayəndələrin işi ilə bağlı məlumat verdi, Koordinasiya qrupunun fəaliyyətinə dair müvafiq tapşırıqları diqqətə çatdırdı. Eyni zamanda monitorinqlərin daha səmərəli təşkili məqsədilə mədəni irs – abidələr, muzey, kitabxana və digər istiqamətlər üzrə nazirliyin sahəvi ekspert qruplarının formalaşdırılmasının zəruri olduğu qeyd edildi.

Koordinasiya qrupunun əlaqələndiricisi, Mədəniyyət Nazirliyinin Regional siyasət şöbəsinin müdiri Vüqar Məmmədov müvəqqəti komendantlıqların nəzdindəki əməliyyat qərargahlarına daxil olan nazirliyin abidələr və müəssisələr üzrə nümayəndələri tərəfindən işğaldan azad olunmuş rayonların ərazilərində keçirilən monitorinqlərin bu günə olan nəticələri barədə məlumat verdi. Bildirildi ki, ilkin monitorinqlər zamanı işğalçılar tərəfindən dağıdılmış 180 mədəniyyət müəssisəsi ilə bağlı qeydlər aparılıb, habelə 71 tarix-mədəniyyət abidəsinə və tarixi, memarlıq və arxeoloji əlamət daşıyan obyektə baxış keçirilib.

V.Məmmədov koordinasiya qrupunun fəaliyyətindən irəli gələn məsələlərlə bağlı bir sıra məqamları nəzərə çatdırdı.

İclas daha sonra müzakirələrlə davam etdi.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi