Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1605

Anar Kərimov Venesuelanın Azərbaycandakı səfiri ilə görüşüb

Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Venesuela Bolivar Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kristofer Alberto Martinez Berroteran ilə görüşüb.

Qonağı salamlayan Anar Kərimov iki ölkə arasında müxtəlif istiqamətlərdə münasibətlərin inkişaf etdiyini bildirib, mədəni əməkdaşlığın genişləndirilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

Anar Kərimov xalqımızın Vətən müharibəsindəki zəfəri barədə söhbət açıb, 30 ilə yaxın Ermənistanın işğalı altında qalan torpaqlarımızın talan olunduğunu, o cümlədən mədəniyyət müəssisələrinin, tarixi abidələrin məhv edildiyini diqqətə çatdırıb. Azad edilmiş rayonlarda geniş quruculuq işlərinin başlanacağını, həmin ərazilərdə mədəniyyət infrastrukturunun yaradılması, tarixi-mədəni abidələrin bərpası ilə bağlı böyük işlərin görüləcəyini qeyd edib.

Qəbula görə minnətdarlığını bildirən səfir ölkələrimiz arasındakı münasibətlərinin mədəniyyət sahəsində ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa zəmin yaratdığını bildirib. Venesuelada hər il mədəniyyət sahəsində keçirilən beynəlxalq tədbirlərdən bəhs edən səfir bu sırada dünyanın 40-dan çox ölkəsinin qatıldığı beynəlxalq kitab sərgisini vurğulayıb və Azərbaycan tərəfini növbəti sərgidə iştirak üçün dəvət edib. Mövcud  pandemiya şəraitinin 2021-ci ildə sabitləşəcəyinə ümidvar olduğunu deyən səfir gələn il Azərbaycanda bir sıra mədəniyyət tədbirlərinin, o cümlədən Venesuela filmləri festivalı, Venesuela rəssamlarının sərgisi, yazıçılar və şairlər arasında mübadilə, mədəni irsin qorunması və bərpası barədə müzakirələr keçirməyi planlaşdırdıqlarını deyib.

“Azərbaycan-Venesuela mədəni əlaqələrinin inkişafı ilə bağlı təklif və təşəbbüslərə də dəstək göstərməyə hazır olduğunu bildirən Anar Kərimov keçiriləcək tədbirlərin Venesuela mədəniyyəti haqqında Azərbaycan xalqına və Azərbaycanın mədəni irsi haqqında Venesuela xalqına geniş məlumat verəcəyinə inamını ifadə edib.

Görüş qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi