Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
687

Bakı şəhər muzeylərinin rəhbərləri ilə onlayn görüş keçirilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Bakı şəhər muzeylərinin rəhbərləri ilə videokonfrans formatında görüş keçirildi. 

Görüşdə çıxış edən Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri vəzifəsini m.i.e. Nərgiz Abdullayeva azad edilmiş rayonlarda geniş quruculuq işlərinin başlanacağı, həmin ərazilərdə mədəniyyət infrastrukturunun yaradılması, tarixi-mədəni abidələrin, o cümlədən muzeylərin bərpası ilə bağlı Nazirlik tərəfindən müvafiq işlərə başlanılması barədə məlumat verdi.

Videokonfransda tarixi Zəfərlə başa çatan Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşərək qazi olan muzey əməkdaşlarının adları qeyd edilmiş, onların daim diqqət və qayğı altında saxlanılmasının əhəmiyyəti vurğulanmışdır. 

Görüşdə iştirak edən muzey rəhbərləri azad edilmiş torpaqlarda bərpa ediləcək muzeylərlə bağlı təkliflərini irəli sürmüş, bərpa prosesində iştirak etməyə hazır olduqlarını bildirmişdir. Belə ki, “Qarabağın musiqi xadimləri muzeyi”nin yaradılması, muzeylərin fondunda saxlanılan Qarabağa aid eksponatların bərpası, işğaldan azad edilmiş ərazilərdə bərpa ediləcək muzeylərin fondlarının formalaşdırılması məqsədilə müvafiq işlərə başlanılması səsləndirilən təkliflər arasında olmuşdur. 

Eyni zamanda görüşdə muzeylər tərəfindən 2020-ci il ərzində görülən işlər müzakirə olunmuşdur. Videokonfransda qeyd olunmuşdur ki, muzey müəssisələri pandemiya dövründə onlayn fəaliyyət vasitəsilə çox qısa zamanda öz işlərini karantin dövrünün tələblərinə uyğunlaşdırmış və bu müddət ərzində bir sıra onlayn sərgilər keçirilmiş, uğurlu layihələr reallaşdırılmış, muzeylərin sosial şəbəkələrdəki səhifələrində mütəmadi olaraq məlumatlar paylaşılmışdır.

XƏBƏRLƏR

15.01.2021 13:47
İCESCO nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransı
14.01.2021 16:33
Zəfər muzeyinin məzmununun hazırlanması ilə əlaqədar ekspert qrupu yaradılıb
13.01.2021 14:46
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
13.01.2021 09:41
Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin məzmunu ilə əlaqədar müzakirələrin aparılması məqsədilə onlayn görüş keçirilib
12.01.2021 18:13
İCESCO nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edib
11.01.2021 19:35
Mədəniyyət naziri ICESCO-nun Baş direktoru Salim əl-Malik ilə görüşdü
11.01.2021 10:42
Kitabxana və nəşriyyat-poliqrafiya müəssisələri ilə görüş keçirilib
08.01.2021 18:13
“Mədəniyyət/Culture” jurnalının “Zəfər” sayı...
08.01.2021 10:08
Anar Kərimov ilə Birləşmiş Millətlər Təşkilatının ölkəmizdəki Rezident Əlaqələndiricisi Qulam İsakzai ilə görüşdü
07.01.2021 19:39
Nazir Anar Kərimov və Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Tural Gəncəliyev arasında videoformatda görüş keçirildi
06.01.2021 17:27
Prezident İlham Əliyev Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib
05.01.2021 12:38
Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
30.12.2020 18:12
"Mədəniyyət və yaradıcılıq sahəsində rəqəmsal həllər” startap müsabiqəsinin qalibləri ilə onlayn görüş keçirildi
29.12.2020 17:27
İşğaldan azad edilmiş ərazilərdə yerləşən abidələrin qorunması və bərpası ilə bağlı məsələlər müzakirə olunub
28.12.2020 09:30
Əməkdar artist Almaz Mustafayeva vəfat edib
25.12.2020 18:55
Görkəmli ədib və ictimai-siyasi xadim Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyinə həsr olunan videokonfrans keçirildi
24.12.2020 14:07
Mədəniyyət Nazirliyində kadr təyinatı
23.12.2020 16:34
Mədəniyyət Nazirliyi “Yurda Qayıdış: Qarabağ adətləri - ənənələri” layihəsi ilə bağlı müraciət edir
22.12.2020 17:54
Görkəmli rejissor və kinodramaturq Həsən Seyidbəylinin xatirəsi anılıb
22.12.2020 15:04
Şəhid mədəniyyət işçilərini ehtiramla anırıq!
22.12.2020 13:02
Xalq artisti Sabir Əliyev dünyasını dəyişib
22.12.2020 11:20
Xalq artisti Səfurə İbrahimova vəfat edib
21.12.2020 09:42
Mədəniyyət xadimləri ilə videokonfrans formatında görüş keçirilib
21.12.2020 09:22
Əməkdar artist Atabala Səfərov vəfat edib
18.12.2020 10:50
Mədəniyyət Nazirliyi sistemində kadr təyinatı
17.12.2020 16:56
Anar Kərimov İsveç Krallığının ölkəmizdəki səfiri ilə onlayn görüş keçirdi
16.12.2020 19:44
“Miniatür sənəti” UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edildi
16.12.2020 19:31
“Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti” UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edildi
15.12.2020 17:51
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin BƏYANATI
14.12.2020 17:22
UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin 15-ci iclası öz işinə başlayıb
14.12.2020 10:05
Milli Kitabxanada Ümummilli lider Heydər Əliyevə həsr olunmuş guşənin açılış mərasimi keçirildi
11.12.2020 18:42
İtaliyadan satın alınan qədim xalçalarımızın təqdimatı və Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq Muzeyinin 40 illik yubiley tədbiri keçirildi