Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
11194

Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.

Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaradaraq, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirmişdir. Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoymuşdur. Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan vermişdir.

Nizami dühası hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olmuşdur. Ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülmüş, əsərlərinin nizamişünaslıqda yüksək qiymətləndirilən elmi-tənqidi mətni hazırlanmış, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilmişdir. Nizaminin ədəbiyyatda və incəsənətdə yaddaqalan obrazı yaradılmışdır. Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi uğurla fəaliyyət göstərir.

Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilmişdir. Dahi şairin 800 illik yubileyi onun irsinin tədqiqi və təbliğində əsaslı dönüş yaratmışdır. Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan ümummilli lider Heydər Əliyev Nizami irsinə də xüsusi diqqət yetirmişdir. Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açmışdır. Ölməz sənətkarın 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilmişdir. 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilmişdir.

2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq qərara alıram:

1. 2021-ci il Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Nizami Gəncəvi İli” ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 yanvar 2021-ci il.

XƏBƏRLƏR

25.05.2022 17:05
“İlyas Əfəndiyev. Geriyə baxarkən” fotoalbomunun təqdimat mərasimi keçirildi
25.05.2022 16:49
Mədəni gənclik bir gecəsini Paris Notr-Dama ithaf edib
25.05.2022 16:29
“Yeni adlar” layihəsinin növbəti konserti keçirildi
25.05.2022 15:35
Türkiyə ilə mədəni əməkdaşlıq məsələləri müzakirə olunub
23.05.2022 17:58
“EU4Culture” qrant müsabiqəsi çərçivəsində I Regional Şəbəkə Konfransı baş tutub
23.05.2022 17:48
Akademik Milli Dram Teatrı “Mədəni gənclik” layihəsinə ev sahibliyi edib
23.05.2022 17:39
Nazir Anar Kərimov Özbəkistan Respublikasının Baş Nazirinin müavini ilə görüşüb
23.05.2022 12:19
“Şuşa mədəniyyətinin inciləri”: Mehmandarovların malikanə kompleksi
23.05.2022 09:24
Mədəniyyət naziri Anar Kərimovun TÜRKSOY-un baş katibi Sultan Rayevlə görüşü baş tutub
20.05.2022 17:34
İCESCO-nun Bakı şəhərində regional ofisinin yerləşməsi haqqında Saziş imzalanıb
20.05.2022 17:05
"Postmünaqişə Humanitar Gündəliyinin İnkişaf Etdirilməsi: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” adlı beynəlxalq konfransın iştirakçılarının birgə müraciəti oxunub
20.05.2022 16:29
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib
20.05.2022 15:09
Beynəlxalq konfransda “Yerli və regional icmalarda dayanıqlı həyat tərzinin dəstəklənməsi və ekosistemlərin qorunması” mövzusu müzakirə olunub
20.05.2022 14:15
“Keçmiş problemlər – gələcək perspektivlər: urbisid kontekstində irsin idarə olunması siyasətinin tətbiqi” mövzusunda panel sessiya keçirilib
20.05.2022 13:21
İzmirdə "Şuşa ili" çərçivəsində "Gənclərə dəstək" layihəsinin konserti
20.05.2022 12:36
Xalq artisti Vaqif Əsədov vəfat edib
19.05.2022 19:29
Postmünaqişə dövründə dialoq və əməkdaşlığın qurulmasında mədəniyyətin rolu
19.05.2022 16:41
Şuşada “Postmünaqişə humanitar gündəliyinin inkişaf etdirilməsi: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfrans keçirilir
19.05.2022 11:26
Beynəlxalq Muzeylər Günü münasibətilə "Muzeydə gecə" adlı tədbir keçirildi
18.05.2022 16:06
“Yeni adlar” layihəsi maraqlı konsert proqramları ilə davam edir
18.05.2022 15:13
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada Beynəlxalq konfrans keçiriləcək
18.05.2022 14:24
Məclisi-fəramuşan” Azərbaycan-Özbəkistan şairlərinin növbəti poeziya görüşləri keçirildi
18.05.2022 10:17
Nazirliyin təşkilatçılığı ilə Birinci Bakı Beynəlxalq Piano Festivalı keçiriləcək
17.05.2022 11:42
“Ustad dərsləri” layihəsinə start verilib
17.05.2022 09:47
“4 seasons of Shusha” beynəlxalq fotoqrafiya layihəsinin ilk iştirakçısı Hüseyn Taşkın Azərbaycanda səfərdədir
16.05.2022 16:23
Rauf Hacıyevin doğum günündə məzarı ziyarət olundu
16.05.2022 14:06
Dünya şöhrətli həmyerlimiz xüsusi proqramla Bakıda səfərdədir
16.05.2022 12:03
“Şuşa mədəniyyətinin inciləri”: Əbdürrəhim bəy Haqverdiyev
14.05.2022 21:02
V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı başa çatıb
14.05.2022 16:30
Orxan Alptekin: Azərbaycan və Türkiyə qardaşlığı əbədi yaşayacaq
14.05.2022 16:18
“Xarıbülbül” festivalında ölkəmizin folklor kollektivləri səhnəyə çıxıb