Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
938

“Mədəniyyət/Culture” jurnalı “Humay” mükafatına layiq görülüb

“Bakılı” Beynəlxalq Mədəniyyət Cəmiyyəti və “Humay” Milli Mükafatı Akademiyası tərəfindən təsis olunan “Humay” milli mükafatının qalibləri məlum olub.

Mükafat “Humay” Milli Mükafatı Akademiyasının üzvləri tərəfindən hər il cəmiyyətin müxtəlif sahələrində fərqlənən şəxslərə verilir.

Bu dəfə mükafata Azərbaycan milli xoreoqrafiya sənətinə verdiyi töhfəyə görə Əməkdar artist Nigar İbrahimova və Tahir Eynullayev, milli muğam ifaçılığı sənətində əldə etdiyi uğur və nailiyyətinə görə müğənni, Əməkdar artist Arzu Əliyeva və Aytən Məhərrəmova, mədəniyyətimizi uğurla təbliğ etdiyinə, dövri nəşrlər arasında öz dəsti-xətti ilə seçildiyinə görə “Mədəniyyət/Culture” jurnalı (Baş redaktor, Əməkdar mədəniyyət işçisi Zöhrə Əliyeva) və “Mir Literaturı” qəzeti (Baş redaktor Elmar Şeyxzadə) layiq görülüblər.

Mükafatın kitab nəşri nominasiyasında “Əhsən sənə, Əhsən” kitabına görə yazıçı-publisist Rafiq Hacıyev, “Gənclərə dəstək” musiqi layihəsinin Azərbaycanda və xarici ölkələrdəki uğurlu təşkilatçılığı və təbliği nominasiyasında musiqişünas, layihənin koordinatoru Ayla Kərimova-Zəkəriyyə, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin Beynəlxalq Festival və Müsabiqələrdə uğurlu çıxışları nominasiyasında orkestrin direktoru, Əməkdar artisti Nərgiz Əliyeva, “Şirvanşahlar” irsi dünya muzeylərində” və “Kəlağayı sənəti” kitabları nominasiyasında isə Əməkdar mədəniyyət işçisi, “İçərişəhər” Muzey Mərkəzinin direktoru Əminə Məlikova “Humay” mükafatı qazanıblar.

Müstəqil Azərbaycanın ilk milli mükafatının bu ilki, 28-ci təqdimatı xalqımız üçün olduqca əlamətdar bir dövrə təsadüf edir. Belə ki, bu günlər bütün xalqımız doğma Qarabağımızın işğaldan azad edilməsinin sevincini yaşayır. Zəfər tariximizin yazıldığı bu günlərdə təəssürat və düşüncələrini bölüşən mükafatın təsisçisi Fikrət Zərbəliyev edib: “Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qanı, canı bahasına biz nəhayət ki, ərazi bütövlüyümüzü bərpa etdik. “Humay” mükafatının rəmzi olan Humay ilahəsi, ana obrazı da mədəniyyətimizi və bütün xalqımızı hifz edən qüvvə, öz qanadları altına alan müqəddəs varlıq kimi anlaşılır. Mükafatımızın laureatları Möhtərəmlər Şurasının qərarı ilə seçilir. “Humay” Milli Mükafatı Akademiyasının üzvlərini hər bir ziyalı və sadə azərbaycanlı, həmçinin digər ölkələrin vətəndaşları da yaxşı tanıyır. Bunlar görkəmli yazıçılar Anar, Çingiz Abdullayev, kino xadimləri Oqtay Mirqasımov, Rasim Balayev, musiqi xadimlərindən Səyavuş Kərimi, Faiq Sücəddinov, rəssamlıq sahəsindən Çingiz Fərzəliyev və bir çox digər yaradıcı şəxslər akademiyamızın üzvləridir. Laureatların seçimi onların fikrindən, rəyindən asılıdır. Hər bir qalibimizə yeni-yeni uğurlar arzulayırıq”.

XƏBƏRLƏR

24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib