Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3083

Şəhid mədəniyyət işçilərinin ailə üzvləri və döyüşlərdə yaralanan mədəniyyət işçiləri ilə görüş keçirilib

Mədəniyyət naziri Anar Kərimovun tapşırığına əsasən yanvarın 27-də Milli Kitabxanada Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan mədəniyyət işçilərinin ailə üzvləri və döyüşlərdə yaralanan mədəniyyət işçiləri ilə görüş keçirildi.

İlk olaraq Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Mədəniyyət Nazirliyinin Regional siyasət şöbəsinin müdiri vəzifəsini icra edən Vüqar Məmmədov çıxış edərək 44 günlük Vətən müharibəsində qazanılan Qələbə münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Bildirdi ki, xalqımızın bir yumruq kimi Ali Baş Komandanın ətrafında birləşməsi nəticəsində müzəffər Ordumuz 30 ilə yaxın həsrətində olduğumuz Qarabağımızı işğaldan azad etdi.

Vüqar Məmmədov qeyd etdi ki, tarixi Zəfərlə başa çatan müharibədə 8 nəfər mədəniyyət işçisi şəhidlik zirvəsinə ucalıb, 10 nəfər mədəniyyət işçisi yaralanıb. Mədəniyyət sahəsində çalışan 160-dan çox insanın yaxın qohumu şəhid olub: “Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş və yaralanmış mədəniyyət işçilərinin ailələrinə nazirlik tərəfindən maddi yardım göstərilib. Məsələ Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin daim diqqətində saxlanılacaq və bundan sonra da bu istiqamətdə əhəmiyyətli addımlar atılacaq. Belə ki, əvvəllər çalışdığı müəssisələrdə və aidiyyəti rayonların aparıcı mədəniyyət müəssisələrində şəhidlərə dair guşələrin yaradılması, regionlarda fəaliyyət göstərən xalq teatrları tərəfindən Vətən müharibəsində iştirak etmiş, şəhid olmuş və yaralanmış şəxslərin keçdiyi döyüş yolunu əks etdirən tamaşaların hazırlanması, 27 sentyabr - Anım Günündə, habelə digər əlamətdar günlərdə şəhidlərə həsr olunmuş xatirə və dəstək tədbirlərinin təşkili kimi işlər həyata keçiriləcəkdir”.

V.Məmmədov çıxışının sonunda Vətən torpağının azadlığı kimi müqəddəs amal uğrunda özünü fəda etmiş bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə, yaxınlarına mətanət, yaralılara şəfa dilədi.

Daha sonra şəhid mədəniyyət işçilərinin ailə üzvləri çıxış edərək övladlarının adlarının əbədiləşdirilməsi haqqında təkliflərini irəli sürdülər. Döyüşlərdə yaralanmış mədəniyyət işçiləri isə onlara göstərilən diqqətə görə Mədəniyyət Nazirliyinə təşəkkürlərini bildirdilər.

Sonda Vətən müharibəsində canını fəda edən mədəniyyət işçilərinə həsr olunmuş videoçarx nümayiş olundu.

Qeyd edək ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə minlərlə Vətən övladı ilə bərabər, mədəniyyət müəssisələrində çalışan insanlar da könüllü ordu sıralarına yazılıb və onlardan 65 nəfəri səfərbərliyə cəlb olunub. Müxtəlif döyüş bölgələrində qəhrəmanlıq göstərən mədəniyyət işçilərindən 8 nəfər – Füzuli şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimi Toğrul Hacıyev, Qobustan şəhər R.Behbudov adına Uşaq İncəsənət Məktəbinin müəllimi Rauf Əliyev, Gəncə şəhər Nizami məqbərəsinin bələdçisi Hikmət Məmmədov, Göyçay şəhər Uşaq Musiqi Məktəbinin müəllimi Alim İbrahimov, Cəbrayıl rayon Mahmudlu kənd Uşaq Musiqi Məktəbinin müəllimi Zamin Rəhimov, Lənkəran şəhər Mədəniyyət Mərkəzinin kurs rəhbəri Tural Hümmətov, Azərbaycan Dövlət Akademik Musiqili Teatrın işıq operatoru Əliağa Məmmədov, Tərtər şəhər Uşaq Musiqi Məktəbinin müəllimi Mehman Əliyev şəhidlik zirvəsinə ucalıblar.

10 nəfər mədəniyyət işçisi – İsmayıllı Regional Mədəniyyət İdarəsinin aparıcı mütəxəssisi Orxan Babazadə, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının üzvü Fərrux Həsənov, Balakən rayon 1 saylı şəhər Sənətkarlıq klubunun müdiri Turan Musayev, C.Cabbarlı adına Lənkəran şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin təsərrüfat müdiri Cəmaləddin Şahməmmədov, Yevlax şəhər 6 nömrəli Diyarşünaslıq klubunun metodisti Ələmdar Quliyev, Abşeron rayon Qobu qəsəbə Uşaq İncəsənət Məktəbinin müəllimi Məsim Məsimzadə, Leopold və Mstislav Rostopoviçlərin Ev-Muzeyinin elmi işçisi Vüqar Məmmədzadə, “Dublaj” studiyasının montajçısı Ömər Mirzəxanov, Akademik Milli Dram Teatrın rəssamı Tərlan Əsgərli və Azərbaycan Dövlət Akademik Filarmoniyasının rəqqası Firdovsi Eyvazov döyüşlərdə yaralanıblar.

Onu da bildirək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən, şəhid mədəniyyəti işçiləri Əliağa Məmmədov, Toğrul Hacıyev, Rauf Əliyev, Hikmət Məmmədov, Alim İbrahimov, Zamin Rəhimov, Tural Hümmətov ölümlərindən sonra “Vətən uğrunda” medalı ilə təltif ediliblər. Həmçinin döyüşlərdə yaralanmış mədəniyyət işçiləri də müxtəlif medallarla təltif olunmuşlar.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib