Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
905

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ICESCO-nun “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə keçirdiyi tədbirdə videoformatda çıxış edib

ICESCO tərəfindən elan olunan “Qadınlar ili” çərçivəsində “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə fevralın 11-də videokonfrans formatında tədbir keçirilib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə videoformatda çıxış edib.

 

Birinci vitse-prezident Mehriban Əliyevanın

çıxışı:

 

- Hörmətli ICESCO-nun Baş direktoru doktor Salim Al Malik.

Xanımlar və cənablar.

Əziz dostlar.

İlk olaraq belə bir mötəbər tədbirdə fəxri qonaq qismində iştirak üçün nəzakətli dəvətə görə Baş direktora təşəkkürümü bildirmək istərdim.

Bu, mənim üçün böyük şərəfdir və mən bu dəvəti bizim qadınların təhsil və elmdə iştirakının inkişafı ilə bağlı siyasətimizin yüksək qiymətləndirilməsinin təzahürü hesab edirəm.

Mən İslam mədəni irsinin qorunması və müsəlman dünyasında təhsil və elmin təşviqi ilə bağlı İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının nəcib missiyasını təqdir edir və Azərbaycan ilə ICESCO arasında məhsuldar əməkdaşlığı minnətdarlıqla qeyd edirəm.

BMT Baş Assambleyasının qəbul etdiyi, 11 fevral tarixini “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü elan edən qətnaməyə uyğun olaraq, bugünkü müzakirə mövzusuna Baş direktor tərəfindən diqqətin yönəldilməsini alqışlayıram.

Əziz dostlar, qlobal çağırışlara cavab vermək üçün elm, texnologiya və innovasiya zərurətə çevrilib. Elm və gender bərabərliyi “Davamlı İnkişaf üzrə 2030 Gündəliyi” daxil olmaqla, beynəlxalq inkişaf məqsədlərinə nail olunması üçün mühüm əhəmiyyətə malikdir.

ICESCO-nu 2021-ci ili “Qadınlar ili” elan etməsi ilə bağlı təşəbbüsünə görə təbrik etmək istəyirəm. Bu, yalnız təşkilat tərəfindən qadınların cəmiyyətimizdəki roluna verilən əhəmiyyətin təzahürü deyil. Bu, həmçinin onların daha firavan və təhlükəsiz dünya naminə misilsiz töhfəsinin təsdiqidir. Biz bu gün COVID-19 ilə mübarizənin ön cəbhəsində dayanan qadın alim, həkim və səhiyyə işçilərinə ehtiramımızı ifadə etməliyik. Biz test üsullarının təkmilləşdirilməsindən tutmuş vaksinlərin hazırlanmasına qədər COVID-19 ilə mübarizənin müxtəlif mərhələlərində həlledici rol oynayan tədqiqatçı qadınlarımızla fərəhlənə bilərik.

Mən yalnız onunla fəxr etmirəm ki, dünyada ilk dəfə, - bir əsrdən öncə, - sənaye üsulu ilə neft quyusunun qazıldığı, Şərqdə ilk operanın açıldığı və ən vacib olan, müsəlman dünyasında ilk demokratik respublikanın yaranmasına görə tanınan ölkədənəm. Azərbaycan həm də 1918-ci ildə qadınlara seçmək və seçilmək hüququnu verən ilk ölkələrdən biri olaraq tarixə düşmüşdür. Qızların təhsilinə gəldikdə isə, müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi azərbaycanlı xeyriyyəçi Zeynalabdin Tağıyev tərəfindən 1901-ci ildə mənim doğulduğum Bakı şəhərində yaradılmışdır.

Bu gün Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır. Qadınlar ölkəmizdə ali təhsil ocaqlarında magistrlərin 54 faizini, fəlsəfə doktorlarının 51 faizini, elmlər doktoru dərəcəsinə malik olanların 46 faizini və elmi tədqiqatçıların 56 faizini təşkil edir. Azərbaycan Milli Elmlər Akademiyasının ümumi kollektivinin 59 faizi qadınlardan ibarətdir.

Bununla yanaşı, sürətlə dəyişən dünyamızda qızların təhsili və onların elm sahəsində iştirakı yeni çağırışlara müvafiq olmalıdır. Dünyada elm, texnologiya, mühəndislik və riyaziyyat fənləri üzrə təhsil alanların 35 faizi qızlardır. Bizim ölkədə bu rəqəm 40 faizdir, yəni orta dünya göstəricisindən artıqdır.

Qeyd etdiyim kimi, bir çox azərbaycanlı qadın elmə böyük töhfələr verib və onlar elm sahəsi ilə məşğul olan qızlar və gənc xanımlar üçün əsl ilham mənbəyidir. Lakin bu gün ən vacib məsələ qızlar və gənc xanımların iştirak səviyyəsinin yaxşılaşdırılması üçün münbit şəraitin yaradılmasının davam etdirilməsi və elm sahəsində gender boşluğunun doldurulmasıdır.

Bir nümunə olaraq bu yaxınlarda BMT-nin İnkişaf Proqramı ilə bərabər başladığımız “Qadınlar elm, texnologiya, mühəndislik və riyaziyyatda” adlı mentorluq proqramını qeyd edə bilərəm ki, burada məqsəd tələbə və gənc xanımların həmin sahədə uğur qazanmış nümunəvi şəxslərlə təmas yaratması və onlara təhsil və karyera sahəsində çağırışların öhdəsindən gəlmək üçün məsləhətlərin verilməsidir.

Xanımlar və cənablar, razılaşaq ki, elm, texnologiya və innovasiya dünyada cəmiyyətlərin sosial-iqtisadi inkişafının aparıcı qüvvəsidir. ICESCO-nun xoşməramlı səfiri qismində mən bütün üzv dövlətlərə bu sahələrə daha çox sərmayə yatırmağa, habelə zəruri siyasət və birgə fəaliyyət planları işləyib hazırlamağa dair çağırış edirəm. Biz qadınlar və qızların sabahın əmək bazarına lazımi bacarıqlara yiyələnmələri üçün innovativ maliyyə mexanizmləri yaratmalıyıq. Azərbaycan bu mənada öz töhfəsini verməyə hazırdır.

Hörmətli tədbir iştirakçıları, qeyd edilənlərlə yanaşı, mən fürsətdən istifadə edərək, Ermənistanın işğal etdiyi ərazilərimizin 30 ildən sonra Azərbaycan tərəfindən azad olunması və tarixi ədalətin bərpası ilə nəticələnən ötənilki 44 günlük Vətən müharibəsi zamanı dəyərli dəstəyinə görə ICESCO-ya, şəxsən onun Baş direktoru doktor Salim Al Malikiyə dərin minnətdarlığımı ifadə etmək istəyirəm. Bir ay bundan əvvəl Azərbaycan Prezidentinin dəvətinə əsasən Baş direktorun rəhbərliyi ilə ICESCO-nun nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur. Qonaqlarımız azad olunmuş bəzi ərazilərə səfər etmək imkanı əldə etmiş və onlarla məscidlərimizin təhqir olunması və yüzlərlə tarixi abidələrimizin dağıdılması daxil olmaqla, ümumi dağıntı və vandalizmin miqyasının şahidi olmuşlar.

Hazırda dövlət qarşısında azad olunmuş ərazilərin canlandırılması və azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışının təmin edilməsi kimi nəhəng vəzifə dayanır. Biz bunun öhdəsindən gələcəyik. Biz dağıdılmış şəhərləri və kəndləri bərpa edəcəyik. Biz orada məktəblər tikəcəyik. Biz yalnız müsəlmanlara deyil, bütün dinlərə məxsus mədəni irsi bərpa edəcəyik. Biz işğal zamanı zərər görmüş mədəni irs abidələrinin vəziyyətinin qiymətləndirilməsində ICESCO-nun Azərbaycan hökuməti ilə birgə çalışmağa hazır olduğunu yüksək qiymətləndiririk. Eyni zamanda, ICESCO-nun Azərbaycanda regional nümayəndəlik təsis etməsi imkanının nəzərdən keçirilməsinə görə xüsusi minnətdarlığımızı bildiririk. Həmin nümayəndəlik digər sahələrlə yanaşı, qadınlar və qızların elmdə rolunun artırılmasına konkret diqqət yetirməklə elm sahəsində əməkdaşlığımızı gücləndirə bilər.

Sonda ICESCO-ya nəcib və mühüm işində uğurlar diləyir, bütün iştirakçılara və onların yaxınlarına cansağlığı, səadət və xoşbəxtlik arzu edirəm. Sağ olun.

XƏBƏRLƏR

23.02.2021 16:42
Mədəniyyət Nazirliyində Fransa Milli Assambleyasının nümayəndə heyəti ilə görüş keçirilib
23.02.2021 13:52
Birinci və İkinci Qarabağ müharibəsi iştirakçıları işlə təmin olunub
23.02.2021 10:55
Xalq artisti Yalçın Rzazadə vəfat edib
22.02.2021 09:37
Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin konsepsiyasının hazırlanması ilə əlaqədar İtaliyalı ekspertlərlə görüş keçirildi
22.02.2021 09:31
Əməkdar rəssam Qüdrət Məmmədov vəfat edib
22.02.2021 08:31
Rusiya Etnoqrafiya Muzeyi Azərbaycanın xalça və dekorativ-tətbiqi sənət incilərini təqdim edir
19.02.2021 18:30
Nazir Anar Kərimov Almaniyanın ölkəmizdəki səfiri ilə görüşüb
19.02.2021 15:27
Ölkəmiz Minsk Beynəlxalq Kitab Sərgisində təmsil olunur
18.02.2021 19:35
İşğaldan azad olunmuş ərazilərdə tarix və mədəniyyət obyektlərin vəziyyətinə dair məlumat
18.02.2021 16:19
Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
18.02.2021 11:35
Özbəkistanda “Nizami Gəncəvi İli”nin rəsmi açılış mərasimi olub
18.02.2021 11:21
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin BƏYANATI
18.02.2021 09:28
Xalq şairi Nəriman Həsənzadəyə
16.02.2021 18:37
Mədəniyyət naziri ilə televiziya kanalları rəhbərləri arasında görüş keçirilib
16.02.2021 16:50
Mədəniyyət Nazirliyi sistemində kadr təyinatları
12.02.2021 12:26
Mədəniyyət Nazirliyində Türkmənistan səfiri ilə görüş keçirilib
10.02.2021 15:20
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi 2021-ci il üçün əsas hədəflərini elan edir
09.02.2021 15:36
Bakı Xoreoqrafiya Akademiyasına yeni kadr təyinatı
05.02.2021 17:55
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi böyük bəstəkarın doğum gününü qeyd edib
05.02.2021 16:29
Dahi bəstəkar Qara Qarayevin doğum günündə məzarı ziyarət olundu
05.02.2021 15:10
“Mədəniyyət” qəzetinin 30 yaşı tamam oldu
05.02.2021 13:02
Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin yaradılması ilə bağlı İşçi qrupunun onlayn iclası keçirilib
04.02.2021 18:54
UNESCO-nun 2005-ci il Konvensiyasının Hökumətlərarası Komitəsinin 14-cü iclasında çıxışlar baş tutub
04.02.2021 16:04
Böyük Britaniya Film Festivalı bu il onlayn formatda keçirilir
03.02.2021 17:37
İstedadlı gənclərə dövlət qayğısı
02.02.2021 17:01
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini bir sıra tarixi abidələrə baş çəkib
02.02.2021 14:54
Mədəniyyət Nazirliyinin 2021-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirildi
01.02.2021 17:44
“Azərbaycanda Yaradıcı Sənayelərin İnstitusional Quruluşuna Dəstək” adlı layihə çərçivəsində görüş keçirildi
28.01.2021 11:39
Şəhid mədəniyyət işçilərinin ailə üzvləri və döyüşlərdə yaralanan mədəniyyət işçiləri ilə görüş keçirilib
28.01.2021 11:15
Qara Qarayevin “Yeddi gözəl” baleti Moskva Quberniya Teatrında nümayiş olunacaq