Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2012

Əməkdar rəssam Qüdrət Məmmədov vəfat edib

Azərbaycan mədəniyyətinə itki üz verib. Respublikanın Əməkdar rəssamı, uzun illər Şəki Dövlət Dram Teatrının baş rəssamı işləmiş Qüdrət Məmmədov 2021-ci il fevralın 20-də, 85 yaşında vəfat edib.

Qüdrət Hacıbəy oğlu Məmmədov 12 dekabr 1936-cı ildə Şəki şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1952–1957-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, 1957–1964-cü illərdə Xarkov Dövlət Rəssamlıq İnstitutunda (Ukrayna) təhsil alıb.

1964-cü ildə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunda müəllim kimi əmək fəaliyyətinə başlayan Qüdrət Məmmədov 1965-ci ildən Gəncə şəhərinin baş rəssamı olub. 1970-ci ildə Gəncə Pedaqoji Texnikumunun Rəssamlıq şöbəsində müəllim, 1975-ci ildən 2012-ci ilə kimi Şəki Dövlət Dram Teatrında baş rəssam vəzifələrində çalışıb. 1973-cü ildə SSRİ Rəssamlar İttifaqının üzvü olub.

Rəssam 1962-ci ildə Ukraynada Xarkov Dövlət Teatr İnstitutunun nəzdində fəaliyyət göstərən “Müasir teatr”da nümayiş olunan tamaşaya bədii tərtibat verib. 1963-cü ildə Moskvada nəşr olunan “İncəsənət” jurnalında S.Vurğunun “Vaqif” dramına işlədiyi eskizi dərc edilib. 1969-cu ildə SSRİ teatr rəssamlarının yaradıcılığından bəhs edən topluda ölkəmizdən Tahir Salahovun “Antoni və Kleopatra” (V.Şekspir), Qüdrət Məmmədovun “Məhsəti” (K.Ağayeva) pyeslərinin tamaşalarına hazırladıqları eskizlər çap olunub.

Rəssamın Gəncədə yaşadığı dövrdə “Köhnə Şəki”, “Taclar”, “Üç təpə”, “Həyat”, “Qədim küçə”, “Dodu”, “Qışlaq” kimi silsilə qrafika, “Gəncə gecələri”, “Çay kənarı”, “Körpü”, “Palçıq evlər”, “Qaranlığa qərq olmuş ağaclar” rəngkarlıq işləri, H.Cavidin “Ana”, “Afət”, “Maral”, “Xəyyam” pyeslərinə işlədiyi eskizləri respublika sərgilərində nümayiş etdirilib.

Qüdrət Məmmədov M.F.Axundzadənin “Hacı Qara”, “Lənkəran xanının vəziri”, S.Rəhmanın “Nişanlı qız”, C.Məmmədquluzadənin “Dəli yığıncağı”, “Danabaş kəndinin məktəbi”, H.Cavidin “Knyaz”, “İblis”, C.Cabbarlının “Almas”, Anarın “Sizi deyib gəlmişəm”, “Adamın adamı”, V.Səmədoğlunun “Bəxt üzüyü”, “Yayda qartopu oyunu”, V.Şeksprin “Kral Lir”, “Romeo və Gülyetta”, M.Qorkinin “Həyatın dibində” – ümumilikdə Azərbaycan və dünya dramaturqlarının 180-dən çox əsərinin tamaşasında tərtibatçı rəssam olub.

SSRİ-də keçirilən Bolqar dramaturgiyası festivalında (1977), Macar dramaturgiyası festivalında (1979), Alman dramaturgiyası festivalında (1981) bədii tərtibat verdiyi tamaşalara (R.Stoyanov – “Ustalar”, Ş.Petefi – “Pələng və kaftar”, B.Brext – “Arturo U.İ.-nin karyerası”) görə birinci dərəcəli diplomlar və medallarla təltif olunub.

Sənətkar 2002-ci ildə “Azərbaycan Respublikasının Əməkdar rəssamı” fəxri adına, 2007-ci ildə Prezident mükafatına layiq görülüb. 

Qüdrət Məmmədovun işıqlı xatirəsi onu tanıyanların qəlbində yaşayacaq.

 

Allah rəhmət eləsin.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib