Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3344

Rusiya Etnoqrafiya Muzeyi Azərbaycanın xalça və dekorativ-tətbiqi sənət incilərini təqdim edir

Azərbaycan Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsi üçün önəmli layihələrdən biri də 18 fevral 2021-ci ildə Rusiya Etnoqrafiya Muzeyində açılış mərasimi keçirilən, yüzdən çox nadir eksponatın təqdim edildiyi “Tale ipini xalçaya toxuyaraq... Azərbaycan dekorativ-tətbiqi sənəti Rusiya Etnoqrafiya Muzeyinin kolleksiyasında” adlı sərgidir.

Qeyd edək ki, Rusiya Etnoqrafiya Muzeyinin ekspertləri Azərbaycan Milli Xalça Muzeyinin mütəxəssisləri ilə birgə Rusiyanın ən böyük etnoqrafik muzeyinin kolleksiyasında qorunan Azərbaycana aid xalçaçılıq və dekorativ-tətbiqi sənət nümunələri üzərində tədqiqat apararaq, onların məişət təyinatını, istehsalat texnikasını, bədii xüsusiyyətlərini öyrəniblər. Bu tədqiqatların nəticəsi kimi irihəcmli kataloq çap edilib, həmçinin sərgi üçün ən maraqlı əsərlər seçilib. Sərginin açılış mərasimində sərgi ilə eyniadlı həmin kataloq da ictimaiyyətə təqdim olunub.

Sərgidə Rusiya Etnoqrafiya Muzeyinin kolleksiyasında qorunan xalqımızın milli qürur mənbəyi və maddi-mənəvi mədəniyyətinin misilsiz nümunələri hesab olunan 40-dan çox xalça və xalça məmulatları, habelə Azərbaycan sənətkarlarının XIX-XX əsrlərə aid digər dekorativ-tətbiqi sənət əsərləri nümayiş etdirilir. Əksəriyyəti XIX əsrin ikinci yarısı – ХХ əsrin ilk onilliyinə aid xalçalar arasında XVIII əsrin sonunda Bakıda toxunan qədim və əsrarəngiz "Suraxanı" xovlu xalçası da yer alır. Sərgidə ilk dəfə Azərbaycanın bir çox tikmə, basma naxış, mis üzərində döymə və qadın geyim nümunələri də nümayiş olunur.

Qeyd edək ki, sərgi 18 may 2021-ci il tarixinədək ziyarətçilər üçün açıq olacaq.

XƏBƏRLƏR

21.10.2021 16:02
Azərbaycan filmi Polşada beynəlxalq festivalda yarışacaq
21.10.2021 12:23
İkinci Azərbaycan Beynəlxalq Vokalçılar Festivalının təntənəli bağlanış mərasimi keçirilib
21.10.2021 10:36
Daşkənddə “Nizami Gəncəvi: Şərqin böyük şairi” adlı tədbir təşkil edilib
21.10.2021 10:24
Sankt-Peterburqda dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi qeyd olunub
20.10.2021 17:24
Mədəniyyət Nazirliyi “Qarabağın bərpa, yenidənqurma və inkişafı” beynəlxalq sərgisində təmsil olunur
20.10.2021 16:43
“Euronews” telekanalı “İşıq festivalı. Nizami Gəncəvi” ilə bağlı süjet yayımlayıb
18.10.2021 16:35
Əməkdar jurnalist Tamilla Haşımova vəfat edib
18.10.2021 13:36
"Biz" filmi VI Türk Dünyası Sənədli Film Festivalında mükafata layiq görülüb
18.10.2021 11:11
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində “Ölülər” tamaşası nümayiş olunub
18.10.2021 10:29
Akademik Milli Dram Teatrı uzun fasilədən sonra pərdələrini açdı
18.10.2021 10:06
Azərbaycan Respublikasının mədəniyyət xadimlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
18.10.2021 10:02
Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
15.10.2021 18:45
"Azərbaycanın Cənub bölgəsinin mətbəx mədəniyyəti" respublika elmi-praktiki konfransı keçirilib
15.10.2021 13:11
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov “Anadolu” Agentliyinə müsahibə verib
15.10.2021 12:38
Bakıda Nizami Gəncəvinin 880 illiyinə həsr olunan işıq festifalı keçirilir
14.10.2021 18:17
Nazir Anar Kərimov Çexiyanın Azərbaycandakı səfiri ilə görüşdü
14.10.2021 16:30
Nazir Anar Kərimov GUAM təşkilatının baş katibi ilə görüşüb
13.10.2021 17:52
Bakıda son illərin ən möhtəşəm kitab sərgisindən təəssüratlar...
13.10.2021 16:58
“Zəfər: körpələrin gülüşü”
13.10.2021 12:36
“Nəşr məhsullarının satınalınması” müsabiqəsinin nəticələri müəyyən olundu
12.10.2021 18:18
VII Bakı Beynəlxalq Kitab Sərgisi kitab sənayəsində yeni dönüş nöqtəsi yaratdı
12.10.2021 17:57
Kamil Əliyevin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
12.10.2021 12:18
Akademik Opera və Balet Teatrı 113-cü mövsümünə "Qıpçaq rəqsləri"nin premyerası ilə başlayıb
11.10.2021 14:04
Gəncədə Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş ümumşəhər tədbiri keçirilib
08.10.2021 17:30
Nazir Anar Kərimov İtaliyanın Azərbaycandakı səfiri ilə görüşdü
07.10.2021 17:07
Bakıda Nizami Gəncəvinin 880 illiyinə həsr olunan İşıq festivalı keçiriləcək
06.10.2021 16:29
VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı keçirildi