Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
231

Xalq artisti Yalçın Rzazadə vəfat edib

Azərbaycan mədəniyyətinə və  musiqi sənətinə ağır itki üz verib. Respublikanın Xalq artisti, Prezident təqaüdçüsü, tanınmış müğənni Yalçın İmran oğlu Rzazadə 2021-ci il fevralın 22-də 81 yaşında vəfat edib.

Yalçın Rzazadə 1939-cu il dekabrın 15-də Lənkəranda anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) aktyorluq, 1970-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) vokal fakültələrini bitirib.

Əmək fəaliyyətinə 1957-ci ildə başlayıb və 50 ildən artıq müddətdə Azərbaycan Dövlət Filarmoniyasında, “Azərkonsert” Birliyində, eləcə də “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin “Dan ulduzu” ansamblı və digər musiqi kollektivlərinin solisti kimi öz sənəti ilə xalqa xidmət edib.

Tanınmış sənətkarlarımızın ifaçılıq ənənələrini ləyaqətlə qoruyub saxlayan Yalçın Rzazadə eyni zamanda, ifa üslubu ilə milli musiqi sənətimizi daha da inkişaf etdirib. Özünəməxsus ifa tərzi, musiqi duyumu ilə seçilən müğənni Azərbaycan bəstəkarlarının bir çox estrada mahnılarının ilk və mahir ifaçısı olub. Uzun illər ərzində onun yüksək məharətlə ifa etdiyi “Bakı, sabahın xeyir” mahnısı bir çox televiziya kanallarının səhər proqramlarının açılışında səslənərək tamaşaçıların zövqünü oxşayıb. Müğənni "Dədə Qorqud", "Gün keçdi", "Qaynana", "Baladadaşın ilk məhəbbəti" kimi filmlərin musiqilərinə öz ifası ilə ölməzlik bəxş edib.

Yalçın Rzazadə dünyanın müxtəlif ölkələrində – Rusiya, Gürcüstan, Ukrayna, Özbəkistan, Türkiyə, İran, Almaniya, Avstriya, Hindistan, Polşa, İordaniya, Misirdə Azərbaycan estrada sənətinin təbliğində diqqətəlayiq xidmətlər göstərib.

Milli musiqi sənəti sahəsində nailiyyətlərinə görə 1979-cu ildə Əməkdar artist, 1999-cu ildə Xalq artisti fəxri adlarına layiq görülüb. 2005-ci ildən o, Prezident təqaüdçüsü idi.

Müğənni həmçinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət  göstərib, Estrada sənəti kafedrasının professoru olub.

Yalçın Rzazadə ən yaxşı insani keyfiyyətlərə malik olan bir sənət xadimi kimi həmkarlarının dərin hörmət və nüfuzunu qazanmışdı. İstedadlı müğənni, gözəl insan Yalçın Rzazadənin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

Allah rəhmət eləsin.

XƏBƏRLƏR

23.02.2021 16:42
Mədəniyyət Nazirliyində Fransa Milli Assambleyasının nümayəndə heyəti ilə görüş keçirilib
23.02.2021 13:52
Birinci və İkinci Qarabağ müharibəsi iştirakçıları işlə təmin olunub
22.02.2021 09:37
Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin konsepsiyasının hazırlanması ilə əlaqədar İtaliyalı ekspertlərlə görüş keçirildi
22.02.2021 09:31
Əməkdar rəssam Qüdrət Məmmədov vəfat edib
22.02.2021 08:31
Rusiya Etnoqrafiya Muzeyi Azərbaycanın xalça və dekorativ-tətbiqi sənət incilərini təqdim edir
19.02.2021 18:30
Nazir Anar Kərimov Almaniyanın ölkəmizdəki səfiri ilə görüşüb
19.02.2021 15:27
Ölkəmiz Minsk Beynəlxalq Kitab Sərgisində təmsil olunur
18.02.2021 19:35
İşğaldan azad olunmuş ərazilərdə tarix və mədəniyyət obyektlərin vəziyyətinə dair məlumat
18.02.2021 16:19
Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
18.02.2021 11:35
Özbəkistanda “Nizami Gəncəvi İli”nin rəsmi açılış mərasimi olub
18.02.2021 11:21
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin BƏYANATI
18.02.2021 09:28
Xalq şairi Nəriman Həsənzadəyə
16.02.2021 18:37
Mədəniyyət naziri ilə televiziya kanalları rəhbərləri arasında görüş keçirilib
16.02.2021 16:50
Mədəniyyət Nazirliyi sistemində kadr təyinatları
12.02.2021 12:26
Mədəniyyət Nazirliyində Türkmənistan səfiri ilə görüş keçirilib
11.02.2021 14:46
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ICESCO-nun “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə keçirdiyi tədbirdə videoformatda çıxış edib
10.02.2021 15:20
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi 2021-ci il üçün əsas hədəflərini elan edir
09.02.2021 15:36
Bakı Xoreoqrafiya Akademiyasına yeni kadr təyinatı
05.02.2021 17:55
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi böyük bəstəkarın doğum gününü qeyd edib
05.02.2021 16:29
Dahi bəstəkar Qara Qarayevin doğum günündə məzarı ziyarət olundu
05.02.2021 15:10
“Mədəniyyət” qəzetinin 30 yaşı tamam oldu
05.02.2021 13:02
Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin yaradılması ilə bağlı İşçi qrupunun onlayn iclası keçirilib
04.02.2021 18:54
UNESCO-nun 2005-ci il Konvensiyasının Hökumətlərarası Komitəsinin 14-cü iclasında çıxışlar baş tutub
04.02.2021 16:04
Böyük Britaniya Film Festivalı bu il onlayn formatda keçirilir
03.02.2021 17:37
İstedadlı gənclərə dövlət qayğısı
02.02.2021 17:01
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini bir sıra tarixi abidələrə baş çəkib
02.02.2021 14:54
Mədəniyyət Nazirliyinin 2021-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirildi
01.02.2021 17:44
“Azərbaycanda Yaradıcı Sənayelərin İnstitusional Quruluşuna Dəstək” adlı layihə çərçivəsində görüş keçirildi
28.01.2021 11:39
Şəhid mədəniyyət işçilərinin ailə üzvləri və döyüşlərdə yaralanan mədəniyyət işçiləri ilə görüş keçirilib
28.01.2021 11:15
Qara Qarayevin “Yeddi gözəl” baleti Moskva Quberniya Teatrında nümayiş olunacaq