Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1622

“Muzeylərdə müyəssərlik və inklüzivlik” mövzusunda onlayn təlim keçirilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və “British Council”un (Britaniya Şurası) birgə təşkilatçılığı ilə “Muzeylərdə müyəssərlik və inklüzivlik” mövzusunda onlayn təlim keçirilib.

Bakı şəhərində və regionlarda fəaliyyət göstərən muzey və qoruqların əməkdaşlarının iştirakı ilə gerçəkləşən təlimin əsas məqsədi muzeylərdə fiziki məhdudiyyətli insanlar üçün bərabərlik, müyəssərlik və inklüzivliyin tətbiq edilməsinə nail olmaqdır.

Tədbiri açan Mədəniyyət Nazirliyi Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərgiz Abdullayeva Azərbaycan muzeylərində fiziki məhdudiyyətli insanların maneəsiz hərəkəti, eksponatlar haqqında olan məlumatları rahat əldə edə bilmələri üçün inklüziv layihələr və proqramların həyata keçirildiyini bildirib. O, fiziki imkanlarından asılı olmayaraq bütün insanlar üçün muzeylərdəki informasiyaların əlçatan olması məqsədilə inklüziv layihələr bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb: “İnanırıq ki, təlimdə müzakirə edilmiş məsələlər muzeylərin inklüzivlik sahəsində daha uğurlu fəaliyyətinə kömək göstərəcək”.

"British Council"un Azərbaycan üzrə direktoru Samr Şah təlimdə iştirak edən bütün muzeylərin fərqli insanlardan ibarət auditoriyanın və əlilliyi olan insanlar üçün əlçatan olacağına inandığını söyləyib.

Qeyd edək ki, təlim “British Council”un incəsənət və əlillik sahəsində həyata keçirdiyi, kimliyindən və fiziki imkanlarından asılı olmayaraq böyük arzuları olan insanlara heç bir məhdudiyyətin qoyulmaması ideyasına əsaslanan dördillik “Limitsiz proqram”ının (Unlimited programm) tərkib hissəsidir.

Dörd gün davam edən treninqi İngiltərənin “Goss Consultancy” təşkilatının direktoru Nik Qos aparıb. Nik Qos hər gün üç saat davam edən interaktiv sessiyalar zamanı iştirakçılara "Müyəssərlik və inklüzivlik", “Müyəssərlik və inklüzivlik Azərbaycan muzeylərinin uğur qazanması üçün niyə vacibdir”, “Müyəssərlik və inklüzivliyi layihələrin həyata keçirilmə prosesinə necə daxil etmək olar”, “Əlilliyi olan insanlarla necə təmasa girmək olar – başqa tərəfləri nə vaxt və necə cəlb etmək olar” və digər mövzular üzrə geniş məlumat verib.

Treninqin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb