Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2587

Mədəniyyət naziri Anar Kərimov İranın ölkəmizdəki səfiri ilə görüşdü

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov martın 18-də İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə görüş keçirib.

Səfiri səmimi salamlayan nazir Anar Kərimov Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin xalqlarımızın əsrlər boyu malik olduğu mədəni, tarixi və dini bağlara söykəndiyini bildirib. İkitərəfli əlaqələrin bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində də sürətlə inkişaf etdiyini qeyd edən nazir Azərbaycan və İranın beynəlxalq təşkilatlar çərçivəsində hər zaman həmrəylik nümayiş etdirdiyini və bir-birinin mövqeyini dəstəklədiyini vurğulayıb. 

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Seyid Abbas Musəvi  Azərbaycan və İran xalqlarının tarixi dostluğunu xatırladaraq ölkələr arasında mədəni əlaqələrin gündən-günə inkişaf etdiyini bildirib, mövcud əməkdaşlığın daha da genişləndirilməsi və möhkəmləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Ölkələrimizin sahib olduğu ortaq dəyərlərin təbliğ edilməsi üçün geniş imkanların mövcud olduğunu vurğulayan diplomat ölkəsinin bu sahədə əməkdaşlığa hazır olduğunu dilə gətirib.

Görüşdə nazir Anar Kərimov Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində İran İslam Respublikası tərəfindən nümayiş etdirilən dəstəyin Azərbaycan xalqı tərəfindən yüksək dəyərləndirildiyini qeyd edib, İranın hər zaman Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını dəstəklədiyi vurğulayıb. 

1993-cü ildə Cəbrayıl rayonu Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra dağıntılara məruz qalan Xudafərin körpüsünün üzərində 27 il sonra Azərbaycan bayrağının ucaldıldığı diqqətə çatdırılıb. Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində yerləşən  Xudafərin körpülərinin UNESCO-nun Dünya İrsi Siyahısına salınması məqsədilə birgə tədbirlərin həyata keçirilməsi məsələsinə toxunulub.

Görüş zamanı dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi və Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar birgə tədbirlərin, o cümlədən sərgi və təqdimatların keçirilməsi ilə bağlı da fikirlər səsləndirilib. 

Azərbaycan və İran arasında imzalanan sazişlərin yenilənməsi, qarşılıqlı mədəniyyət günlərinin və həftələrinin təşkili, birgə filmlərin çəkilməsi, işğaldan azad edilən ərazilərdə tarixi-mədəni və dini abidələrin bərpası sahələrində əməkdaşlıq, habelə tərəflər arasında maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

 

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib