Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1669

Mədəniyyət naziri Gürcüstanın ölkəmizdəki səfiri ilə görüş keçirib

Aprelin 1-də Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze ilə görüşdü.

Səfiri səmimi salamlayan nazir Anar Kərimov Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin zəngin tarixə malik olduğunu vurğulayaraq, mövcud dostluq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələrin uğurla inkişafına böyük təkan verdiyini qeyd etdi. Gürcüstanla mədəni əlaqələrin inkişafının vacibliyini bildirən nazir dövlət başçılarının qarşılıqlı səfərlərinin, iki ölkə arasında imzalanmış sənədlərin əməkdaşlığın genişləndirilməsinə əhəmiyyətli töhfə verdiyini vurğuladı. 

Azərbaycanla Gürcüstan arasında kreativ sanəye, film istehsalı, ümumilikdə mədəniyyətin müxtəlif sahələrində təcrübə mübadiləsi, qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, rəsmi səfərlərin və birgə tədbirlərin təşkili məsələləri barədə fikir mübadiləsi aparıldı. 

Səmimi qəbul üçün minnətdarlığını bildirən səfir Zurab Pataradze xalqlarımız arasında münasibətlərin qədim tarixə malik olduğunu qeyd etdi. İki ölkə arasında qardaşlıq münasibətlərinin daim möhkəmlənəcəyinə,  ölkələrimiz arasında ikitərəfli münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edən diplomat mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində birgə layihələrin reallaşdırılmasının vacibliyini diqqətə çatdırdı.
Sonda iki ölkə arasında mədəniyyət sahəsində qarşılıqlı fəaliyyətin perspektivlərinə toxunulub, əməkdaşlıqla bağlı maraq doğuran digər məsələlər müzakirə edilib.

XƏBƏRLƏR

07.05.2021 20:41
Şuşadakı Qazançı kilsəsinin bərpası Azərbaycan dövlətinin öz mədəni irsinə, o cümlədən xristian irsinə diqqətini nümayiş etdirir
07.05.2021 17:33
Mədəniyyət Nazirliyi “Səhnədən səngərə” layihəsini təqdim edir
07.05.2021 11:58
Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
07.05.2021 10:03
Xalq artisti Arif Quliyev vəfat edib
06.05.2021 15:36
Gənc istedadlar “Səhnədə” parlayacaq!
06.05.2021 12:15
Azərbaycan Milli Xalça Muzeyində “Ənənələrimizi yaşadanlar”
05.05.2021 17:26
Xalq şairi Fikrət Qoca
05.05.2021 14:56
İNTERACT Online ikinci mövsümü ilə qayıdır!
04.05.2021 16:23
“Xalçalarımız: dünənimiz, bu günümüz, sabahımız” mövzusunda videokonfrans keçirildi
04.05.2021 15:29
“Mədəniyyət/Culture” jurnalı mart-aprel nömrəsi ilə oxucuların görüşünə gəlib
03.05.2021 12:02
Mədəniyyət Nazirliyi sistemində kadr təyinatları
30.04.2021 12:37
“Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinin qalibləri müəyyən olunub
28.04.2021 12:00
Vətən müharibəsindəki şanlı Qələbəmizə həsr olunan bəstəkarlıq müsabiqəsi elan edilir
27.04.2021 15:14
Mədəniyyət Nazirliyi “İslam irsimizi tanıyaq” layihəsini təqdim edir
26.04.2021 17:17
“Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını ifşa edir” mövzusunda vebinar keçirilib
23.04.2021 17:35
Milli Kitabxanada “Cəmiyyətin intellektual inkişafında kitab və mütaliənin rolu” mövzusunda konfrans keçirilib
22.04.2021 16:41
“Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinin sonuncu - pitçinq mərhələsi keçiriləcək
19.04.2021 16:26
“Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinin Bədii seçim mərhələsi başa çatıb
19.04.2021 14:35
Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş videokonfrans keçirilib
19.04.2021 12:13
Azərbaycan Respublikasının Milli Komissiyası ilə ICESCO arasında məsləhətləşmələr aparılıb
19.04.2021 11:38
Mədəniyyət Nazirliyinin nəşr planının tərtibi və nəşriyyat məhsullarının satınalınması üzrə komissiyası yaradılıb
19.04.2021 10:22
Bakı Dövlət Sirkində sirk korifeyləri ilə görüş keçirilib.
16.04.2021 18:41
Eldar Tofiq oğlu Quliyev
15.04.2021 16:53
Mədəniyyət Nazirliyi beynəlxalq tərəfdaşlarla birgə “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal kampaniyasına başlayır
15.04.2021 14:56
Tanınmış alim və mədəniyyət xadimi Adilxan Bayramov vəfat edib
15.04.2021 12:20
Aşıq Ələsgərin 200 illiyi ilə bağlı tədbirlər keçirilib
13.04.2021 18:43
Nazir Anar Kərimov Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralla görüşüb
12.04.2021 10:49
Leyla Əliyevanın “Tanrının səsini eşitmək istəyirəm” şeir toplusunun təqdimat mərasimi keçirilib
09.04.2021 15:40
Rusiya Prezidenti tanınmış xoreoqraf soydaşımızı təltif edib
09.04.2021 12:00
Professor Fərid Ələkbərli vəfat edib
08.04.2021 17:53
Azərbaycanla Əfqanıstan arasında mədəni əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olundu
08.04.2021 14:07
“Müasir dövrdə Nizami mədəni irsinin təfsiri” kitabının təqdimat mərasimi keçirilib
05.04.2021 17:01
“Nizami Gəncəvi yaradıcılığı Azərbaycanın əqli mülkiyyəti və bəşəriyyətin mədəni sərvətidir” mövzusunda vebinar keçirildi
05.04.2021 15:42
Rafiq Hüseyn oğlu Hüseynov
05.04.2021 11:55
UNESCO-nun Mədəni Müxtəliflik üzrə Beynəlxalq Fondu (International Fund for Cultural Diversity, IFCD) layihə qəbulunu açıq elan edir
02.04.2021 12:05
“Davranış Mədəniyyəti Konsepsiyası”nın hazırlanması ilə bağlı ictimai rəyin öyrənilməsi məqsədilə sorğu keçirilir
31.03.2021 18:56
Mart qırğınlarının 103-cü ildönümü ilə əlaqədar Quba Soyqırımı Memorial Kompleksində anım mərasimi keçirilib