Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3152

Müharibədən əziyyət çəkmiş sakinlər üçün mədəni proqramlar təşkil olunur

Ölkəmizin Qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra bütün istiqamətlərdə olduğu kimi, mədəniyyət sahəsində də bir sıra prioritet hədəflər müəyyən olunub. Aktual məsələlərdən biri də keçmiş təmas xəttində yaşayan əhalimizin mədəni-ictimai həyatının bərqərar olunması, mədəniyyət müəssisələrinin fəaliyyətinin effektiv təşkil edilməsidir.

Vaxtilə təmas xəttinin mövcud olduğu ərazilərdə müharibə şəraitinin ağır şərtləri altında yaşamış vətəndaşlarımızın mədəni həyatına rəng qatmaq, həmin ərazilərdə əcdadlarımızdan yadigar qalan mədəni irs nümunələrini tanıtmaq və təbliğ etmək, gənclərin mədəni-ictimai fəallığını daha da artırmaq məqsədilə Füzuli rayonunda bir sıra tədbirlər təşkil olunub.

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Kürdəmir Regional Mədəniyyət İdarəsi və Füzuli Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbirlər proqramı “Nə? Harada? Nə zaman?” intellektual yarışması, “Bir abidə – bir könüllü” layihəsi, gənc mədəniyyət işçiləri ilə görüş, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın icrasına dair teatr tamaşasının nümayişini əhatə edib.

Mədəniyyət tədbirləri çərçivəsində Füzuli Dövlət Dram Teatrında “Qanadlarıma sığal çək” adlı tamaşa hazırlanaraq onlayn təqdim olunub. Narkomaniyaya qarşı mübarizəyə dair sözügedən Dövlət proqramının icrası məqsədilə səhnələşdirilən tamaşada narkotik maddələrdən istifadə edən bir gənc psixoloqun faciəvi həyatından bəhs edilir. Lentə alınmış tamaşanın narkomaniyaya qarşı mübarizədə təbliğat materialı kimi sosial şəbəkələrdə yayımlanması nəzərdə tutulur.
Füzuli rayonunda fəaliyyət göstərən müxtəlif dövlət və özəl təşkilatların mədəniyyət sahəsinə maraqlarının artırılması, gənclərin intellektual potensialının zənginləşdirilməsi, eyni zamanda faydalı biliklərin bölüşdürülməsi məqsədilə mədəniyyət mövzusuna həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual yarışması təşkil edilib. Müxtəlif qurumların əməkdaşlarından ibarət komandaların bilik yarışmasında Füzuli Rayon İcra Hakimiyyətinin “Zəfər”, Füzuli Müalicə-Diaqnostika Mərkəzinin “Təbib”, rayon Statistika İdarəsinin “Dəmir yumruq”, Təhsil Şöbəsinin “Xarıbülbül”, “Kapital Bank”ın Füzuli rayon filialının “Bir Bank”, 1 saylı Horadiz şəhər məktəbinin “Ərgünəş” komandaları mübarizə aparıblar.

“Qarabağ şikəstəsi”nin sədaları altında başlanan yarışmada gərgin bilik mübarizəsi gedib. Nəticədə “Bir Bank” intellektual yarışın qalibi adını qazanıb. Qaliblərə müxtəlif hədiyyələr və diplomlar təqdim edilib. Digər iştirakçılara isə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən hədiyyələr verilib. Sonda “Xudayar təsnifi” səsləndirilib.

Azərbaycanın zəngin mədəni irs nümunələrinin tanıdılması və təbliği məqsədilə gerçəkləşdirilən “Bir abidə - bir könüllü” layihəsi çərçivəsində müxtəlif türbə, məbəd, hamam və s. tikililər barədə maarifləndirici videoçarxların hazırlanması nəzərdə tutulur. Layihəyə öncə Füzuli rayonunda mövcud olan tarixi abidələrdən başlanılıb. Layihənin gələcəkdə işğaldan azad olunmuş ərazilərimizdə davam etdirilməsi planlaşdırılır.

Füzuli rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrində çalışan gənc əməkdaşlarla görüş keçirilib. Görüşdə mədəniyyət sahəsində qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün birgə fəaliyyətin zəruriliyi diqqətə çatdırılıb.

Tədbirlər proqramı çərçivəsində Vətən müharibəsi şəhidi Araz Baxşəliyevin ailəsi də ziyarət olunub. Şəhidin keçdiyi döyüş yolu və göstərdiyi şücaət haqqında söz açılıb.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb