Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2819

“Vətənpərvərlik mövzusunda ədəbiyyat müsabiqəsi” qaliblərinin mükafatlandırılması mərasimi keçirildi

İyunun 17-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyi tərəfindən ötən ilin oktyabrında elan edilən “Vətənpərvərlik mövzusunda ədəbiyyat müsabiqəsi” qaliblərinin mükafatlandırılması mərasimi keçirildi.

Tədbirin aparıcısı, Əməkdar artist Elşən Cəbrayılov müsabiqə haqqında məlumat verdi. Bildirdi ki, müsabiqəyə 321 əsər təqdim edilib. 53 əsər müsabiqə qaydalarına cavab vermədiyi üçün qəbul olunmayıb. Müsabiqədə “Peşəkar yaradıcı şəxslər” kateqoriyası üzrə 50, “Həvəskar yaradıcı şəxslər” kateqoriyası üzrə 193, “10-15 yaş arası uşaqlar” kateqoriyası üzrə 25 əsər iştirak edib. 268 əsərin 67-si esse janrı, 75-i hekayə janrı, 126-sı poeziya (nəzm) üzrə nümunələrdən ibarət olub. Müsabiqədə obyektivliyi və şəffaflığı təmin etmək üçün təqdim olunan bütün əsərlər və onların müəllifləri xüsusi şifrə ilə qeydə alınıb. Komissiyanın 9 üzvü tərəfindən əsərlərin mövzu, bədii və peşəkar yaradıcılıq baxımından dəyərləndirilməsi aparılıb və qaliblər müəyyən edilib.

Mərasimdə çıxış edən mədəniyyət naziri Anar Kərimov dedi ki, hamımız Azərbaycanın dövlətçilik tarixinin ən qürurverici hadisələrindən olan 44 günlük Vətən müharibəsinin şahidləriyik: “Vətən müharibəsi Azərbaycan dövlətinin güclü siyasi iradəsini, Azərbaycan xalqının xarakterini, milli maraqlarımız naminə dünya azərbaycanlılarının həmrəyliyini, Ordumuzun döyüş rəşadətini, canından əziz tutduğu Vətən sevgisini və Ali Baş Komandanın bu proseslərdə peşəkar liderliyini dünyaya nümayiş etdirdi”.

Nazir ölkə başçısı tərəfindən Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsinin əhəmiyyətini vurğuladı: “Bir çox dövlətlərin siyasi, iqtisadi paytaxtları var, amma rəsmi formada mədəniyyət paytaxtı olan ölkələrin sayı azdır. Bu, Azərbaycan Respublikası Prezidentinin mədəniyyətimizə göstərdiyi xüsusi diqqətin ən bariz nümunəsidir. Bu gün işğaldan azad olunmuş torpaqlarda intensiv formada aparılan bərpa-quruculuq işləri ilə yanaşı, mədəniyyətimizin, xalqımızın milli ruhunun həmin ərazilərə qaytarılması prosesi də həyata keçirilir. Mədəniyyət Nazirliyi tərəfindən bu istiqamətdə sistemli tədbirlər görülür. Ölkə başçısının təşəbbüsü və ideyası əsasında Şuşa şəhərində may ayında “Xarıbülbül” musiqi festivalı keçirildi. Bu festival Azərbaycanın nə qədər multikultural və tolerant ölkə olduğunu bir daha nümayiş etdirdi”. 

15 İyun – Milli Qurtuluş Günündə ölkəmizin mədəniyyət paytaxtında Azərbaycan və Türkiyə dövlət başçılarının imzaladığı iki qardaş ölkənin müttəfiqliyi haqqında Şuşa Bəyannaməsini yüksək qiymətləndirən Anar Kərimov qeyd etdi ki, bu tarixi sənəd mühüm strateji mahiyyəti ilə yanaşı, işğaldan azad olunmuş ərazilərdə, ümumilikdə regionda mədəni əlaqələrin inkişafına, sabitliyin bərqərar olmasına öz töhfəsini verəcək.

“Vətənpərvərlik mövzusunda ədəbiyyat müsabiqəsi” haqqında söz açan nazir qeyd etdi ki, müsabiqə xalqımızda hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi, Vətənimizin suverenliyi uğrunda Azərbaycan əsgərinin döyüş rəşadətinin və şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, gələcək nəsillər üçün II Qarabağ müharibəsi mövzusunda yeni bədii əsərlərin yaradılması məqsədilə təşkil olunmuşdu. Müsabiqəyə ölkəmizlə yanaşı, Türkiyədən 2, Rusiyadan 2, İrandan 1 nəfər əsər təqdim edib: “Mən qalib olan əsərlərlə tanış oldum və diqqətimi xüsusi bir məqam çəkdi. İndiyə qədər bu mövzuda yazılan ədəbi əsərlərdə Vətən həsrəti, nisgil, kədər tərənnüm olunurdusa, bu əsərlərdə şücaət, məğrurluq, qürur və Zəfər hissi vəsf olunub. Əlbəttə ki, bu amil Vətən müharibəsində qazanılan şanlı Qələbənin yazarlarımızda yaratdığı qalib ruhla bağlıdır. Xatırlayırsınızsa, Azərbaycan Prezidenti Şuşa şəhərinin işğaldan azad olunması xəbərini xalqımıza çatdıran zaman Ordumuzun Vətən müharibəsində, məhz Şuşa şəhərinin azad olunmasında göstərdiyi qəhrəmanlığı xüsusilə qeyd etdi və bildirdi ki, gələcəkdə bu haqda hekayələr, romanlar yazılacaq. İnanıram ki, gələcəkdə bu qalib əsərlər əsasında serial və filmlər ərsəyə gələcək”.

Anar Kərimov nazirliyin ənənəvi “Qızıl kəlmə” ədəbi mükafatının beynəlxalq təcrübəyə uyğun, mütərəqqi və sistemli proqrama əsaslanan yeni bir ədəbi mükafatla əvəzlənməsi üçün layihələndirmə prosesi aparıldığını diqqətə çatdırdı. Dedi ki, bu işə yazarlardan gələn çoxsaylı müraciətlər nəzərə alınmaqla start verilib: Mədəniyyət Nazirliyinin “Azərbaycan kitabının dünyada tanıdılması” layihəsi də daha ciddi tərcümə proqramı ilə əvəz olunacaq. Bu proqram yazarlarımızın xarici dilli müsabiqələrə, geniş oxucu kontingenti olan coğrafiyalara çıxışını təmin edəcək. Bir daha müsabiqədə qalib gəlmiş hər bir şəxsi təbrik edir və fəaliyyətlərində uğurlar arzulayıram”.

Azərbaycan Yazıçılar Birliyinin katibi, müsabiqə komissiyasının üzvü Rəşad Məcid layihənin əhəmiyyətini yüksək qiymətləndirdi. Komissiyanın üzvü, Nizami adına Ədəbiyyat İnstitutu Uşaq ədəbiyyatı şöbəsinin müdiri Elnarə Akimova Mədəniyyət Nazirliyinə ədəbiyyata və sözə verdiyi dəyərə görə təşəkkür etdi.

Çıxışlardan sonra bədii qiraət ustaları Xəzər Süleyman və Sabirə Abdullayeva qalib əsərlərdən parçalar səsləndirdilər.

Daha sonra qaliblərə mükafatlar təqdim edildi. Mədəniyyət nazirinin müvafiq əmrinə əsasən, müsabiqənin “Peşəkar yaradıcı şəxslər” kateqoriyasında hər bir janr üzrə qaliblərə 1500, “Həvəskar yaradıcı şəxslər” kateqoriyasında hər bir janr üzrə qaliblərə 800 manat məbləğində pul mükafatı və nazirliyin xüsusi diplomu təqdim olundu. “10-15 yaş arası uşaqlar” kateqoriyasında hər bir janr üzrə qaliblərə fəxri fərman və nazirliyin tabeliyində olan muzeylərə birillik ödənişsiz ziyarət kartı hədiyyə edildi.

Qalib müəlliflərin siyahısını təqdim edirik:

 

“Peşəkar yaradıcı şəxslər” kateqoriyasında

Esse janrı üzrə

Hekayə janrı üzrə

Poeziya janrı üzrə

“Həvəskar yaradıcı şəxslər” kateqoriyasında

Esse janrı üzrə

Hekayə janrı üzrə

Poeziya janrı üzrə

“10-15 yaş arası uşaqlar” kateqoriyasında

Esse janrı üzrə

Hekayə janrı üzrə

Poeziya janrı üzrə

Sevindik Əliyev - “Zəfərin nişanəsi”

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb