Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Mədəniyyət Nazirliyinin əməkdaşları təltif edilib
1925
24.06.2021
24.06.2021 02:38
Hər il iyunun 23-ü Azərbaycan Respublikasında Dövlət Qulluqçularının Peşə Bayramı kimi qeyd edilir. Bu münasibətlə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə bir qrup dövlət qulluqçusu Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 iyun tarixli Sərəncamı ilə təltif edilib.
Qeyd edək ki, təltif edilənlər sırasında Mədəniyyət Nazirliyinin əməkdaşları da var. Belə ki, Mədəniyyət Nazirliyinin Regional siyasət şöbəsinin müdiri Məmmədov Vüqar Rasim oğlu, Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri Cəfərov Aslan Qulu oğlu dövlət başçısının imzaladığı müvafiq sərəncama əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunublar.